İntihar

Qorxmadım heç bir gün,

Ayrıldım həmişə sürüdən,

Hər qəzanı-bəlanı

Saydım təcrübədən.

Türk mahnısından.

Əsər gənc yaşda intihar edənlərə həsr olunub və intiharın səbəbini bəndənizcə tapmağa çalışılıb. Xoş mütaliələr.

Mən Sumqayıtda orta məktəbin 11-ci sinifində oxuyuram. Əgər məktəbə məktəb demək olarsa. Oğlanlar 8-9 da oxuyandan “kişiklərini” sübut etmək üçün siqaret çəkməyə başlayırlar. Bu onların aləmində artıq valideyn nəzarətindən kənarda yaşaya bilərəm mənasına gəlir. Çəkdiyi siqaretin pulunu isə atasının zəhməti və ya məktəbin qabağında tanışlardan,aşağı siniflərdən xahiş-minnət və ya məcburən alınan pullarla  verməsi  onların vecinə deyildi. Uşaqlar uşaq ikən xislətlərini formalaşdırırlar. Çoxlarının xasiyyət və xisləti isə valideynlərindən keçir. Uşaq vaxtı qayğısız olurlar. Bəs görək belə gəncləri hansı cəmiyyət formalaşdırır. Oğlanlar 2-3 də oxuyandan həyətdəki “kruqa”düşürlər. Hər dəstədə bir baş-bilən,hər-şeyə qərar verən olurdu. Halbuki,o da həmin uşaqlarla ya yaşıd ya da 1-2 yaş böyük olurdu. Heç kim onun hakimiyyətini sorğu-sual edə bilməzdi. Həmin uşaq bu dəstənin səlahiyyətli monarxı hesab olunurdu. Bu dəstələr hamısı birləşəndə məhəlləni formalaşdırdı. Məhəllədə isə baş monarx tipli uşaq olurdu ki,məhəllənin müqəddəratını onlar müəyyən edirdilər. Hakimiyyət hərisliyi,yaltaqlıq məhz uşaqlıqdan başlayır.Böyük monarxlara yaxın olanlar onun ətrafında fırlanır, yaltaqlıq edir, lazım gələndə ordu yığır-məhəllələr arası davalar üçün hətda vergi də toplayırlar. Adətən dəstə monarxları da böyük monarxın yaxınlarından seçilirdilər. Kim zəifdirsə, atası varlıdırsa,məhəllə hakimiyyət nərdivanında aşağı pillədə yer tuturdusa vergi verməli olurdu.Vergiləri vaxtı-vaxtında verən,sözə baxanlar hakimiyyət pilləsində yavaş-yavaş qalxırdılar.Vay o günüvə ki,hakimiyyətə qarşı müxalif mövqe sərgiləyib iqtidarı pisləyəsən.Heç bir hakimiyyətdə olmayan təzyiqə məruz qalırsan.Hər fürsətdə döyülür,söyülürsən.Zibil atmağa belə qorxaraq gedirsən…Uşaq vaxtı əslində oynamırsan,oyun adı ilə maskalanan köklü bir sistemə daxil olur və cəmiyyətdə olduğu kimi özüvə yer axtarmağa başlayırsan.Kimin valideyni səhlənkardırsa tərslikdən həmin kolbasa-çörəklə,cipslə böyüyən,çöldə qar-qış demədən atılıb-düşən uşaq daha sağlam və iri cüssəli olduğu üçün yüksək mövqedə qərar tutur.Kimin ki,valideyni məsuliyyətlidirsə,tez-tez onu səsləyirsə o ən aşağı mövqedə yer alır və “anaquzusu” damğası alır.Həmin dövrdə sən söyüşlə,monarxın hakimiyyəti ilə siqaret çəkənlərin hörmətli olduğunu görərək siqaret çəkməyə başıayırsan.İlk dəfə o addımı qorxaraq atırsan və bilmirsən ki,çıxılmaz bir yola girirsən.Evdən aldığın pulla bir ədəd siqaret və saqqız alıb,dəstə monarxının və ya böyük monarxın köməkçilərinin köməyiylə hansısa qarajın arxasında,sakit dalanda,yeni tikililərin həyətində ilk siqaretini çəkirsən.İlk dəfə həyəcan qarışıq təcrübəsizliklə boğulma həddinə gəlirsən.Sonra saqqızı çeynəyib elllərini torpaqlayırsan.Bunları isə baxaraq,müşahidə edərək öyrənmişəm.Həyətdə kimin telefonu varsa və telefonu həyətə gətiribsə hamı onun başına yığılır və hərə bir dəfə oynamaq üçün sıraya girir.Kim güclüdürsə ilk onlar oynayırlar.Yox əgər onlara verməsən məcbur əlindən  alacaqlar,səni döyəcəklər,söyəcəklər,təyziq göstərəcklər.Get-gedə sənin musiqi zövqünü də həyətdəkilər müəyyən edəcək.Hamı kimi səndə avara,mənasız repə,musiqiyə qulaq asmağa başlayacaqsan.Mən hər zaman demişəm ki,insanı musiqi formalaşdırır.Dinlədiyin musiqidən asılı olaraq davakar,sakit,dəli-dolu,mədəni,aristokrat olub-olmayacağın bilinir.Artıq böyüdükcə daha da böyük bataqlıqlığa daxil olursan.Get-gedə yumruqlar bıçağa və başqa soyuq silahlara çevrilir.Artıq telefona baxan uşaqlar gedib yerinə öz dava macəralarını,adam bıçaqlamalarını danışan uşaqlar gəlib.Artıq mikrarayonlar,məhlələr arası əlaqələr başlayır.Bir-neçə qoluzorba uşaq(xoşməramlı səfir) digər məhəllə və mikrarayonlarda yaşayan monarxların elçiləriylə görüşərək məhəllələr arası futbol turniri təşkil edirlər və sülh və güc göstərmə,sınama danışıqları başlanır.Məhəllələr arası futbola ən yaxşı oyunçular dəvət olunur.Təhlükəsizlik maksimum səviyyəyə çıxarılır ki,birdən dava düşər.Adətən davalar da düşür də.Davalarda hamı məhəlləsinin adı üçün ürəklə vuruşur və digər məhəllənin də hakimiyyətini ələ almaq istəyirlər.Təbii hər müharibənin qalibi və məğlubu olur.Bu intriqalar məktəbdə ikinci mərhələyə çatır.Məktəbdə uşaq şəxsiyyətini formalaşdırır.Məktəbdə uşaqlar təbəqələrə bölünür:zəif-güclü,oxuyan-oxumayan və.s.Burada da məhəllədki kimi monarxiya rejimi hökm sürür.Sadəcə burada tək fərq bu hakimiyyətin konsitusiyalı monarxiya olmasıdır.Buradakı hakimiyyət müəllim qorxusu və vaxt limitiylə sərhədləndirilib.Monarxın hakimiyyəti yalnızca tənəffüs,müəllim sinifdə olmayanda,müəllimlər iclası zamanı,məktəb çıxışı ilə məhdud idi.Burada zifliklərin üzə vurulmuşcasına üzə vurulurdu.Çox fərqli bir formada səni biyabır etməyi,insanların gözündən salmağı bacarırdılar.Sual-Bəs mənim hekayəm nədir?Mənim hekayəm isə belə başladı.Mən hər zaman müşahidə edən tərəf olmuşam.Bir zamanlar mən də hamı kimi onların təsirinə düşmüşdüm.Amma bu təsirdən analitik düşünmə bacarığım sayəsində fədakarlıqlarla çıxa bildim.Amma xislətən zəif olduğum üçün və məhəllə monarxına müxalif çıxdığım üçün hər zaman ciddi təyziqlərə məruz qalırdım.Təbii özlüyümdə pis olurdum.Ən azından mən də uşaq idim və mən də oynamaq istəyirdim.O gün uşaqlığımı öldürdüm və uşaq simasında böyüyə çevrildim.Amma məktəbdə məğlub oldum.Çünki həyətə məcbur olmadıqca düşməyə bilirdim amma məktəbə getməyə məcbur idim.Üsyankar təbiətim məni hər zaman geri püskürdürdü. Ən çətin zamanlarım isə 10-11ci sinifdə başladı.O zamankı dəyişikliklər,üsyankarlığım və başqa şəxsi problemlər birləşdi və budur tanış küçələrlə 14mərtəbəyə doğru gedirəm.Artıq geridönülməz yoldayam.Qısa olsa da bir romanlıq həyatım buradaca yekunlaşır.Cəhənnəmdə görüşərik.İnsanları mühakimə etmək ən asan və çox müraciət edilən yoldur.Amma onları anlamağa çalışmaq isə heç kimin ağlına belə gəlmir.İndi mənim intiharımdakı səbəbkar kimdir?Günah məndə,cəmiyyətdə,cəmiyyəti formalaşdıran amillərdədir.Hamımız günahkarıq….

Son

YAZAR: Amin Xan