İnter” “Napoli”yə qarşı, çempion “Kalyari” səfərində

Bu gün İtaliya A Seriyasında 37-ci tura start veriləcək.

 

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Açılış matçında “Atalanta” səfərdə “Parma”nın qonağı olacaq.

 

Turun mərkəzi görüşü Milanda keçiriləcək. “İnter” doğma meydanda “Napoli”ni qəbul edəcək. Çempion “Yuventus” “Kalyari”nin qonağı olacaq, “Milan” isə çətin “Sampdoriya” səfərinə yollanacaq.

 

İtaliya A Seriyası, 37-ci tur

 

28 iyul

 

21:30 Parma – Atalanta

23:45 İnter – Napoli

 

29 iyul

 

21:30 Latsio – Breşiya

21:30 Sampdoriya – Milan

21:30 Sassuolo – Cenoa

21:30 Udineze – Leççe

21:30 Verona – SPAL

23:45 Kalyari – Yuventus

23:45 Fiorentina – Bolonya

23:45 Torino – Roma

Müxbir: kafkazh.com xüsusi müxbiri  Ramid Əskərov