İnsanın təkamülü. Embrioloji və müqayisəli anatomiya dəlilləri.
İnsanla heyvanların oxşarlığını göstərən müxtəlif morfoloji, fizioloji, embrioloji dəlillər var.
Atavizm.
Atavizmlər insanın heyvanlardan əmələ gəldiyini göstərir. Bəzən quyruqlu, çoxməməli, bütün bədəni sıx tüklərlə örtülü, qulaq seyvanını hərəkət etdirə bilən insanlar doğulur. Bu onların əcdadlarının əlamətlərini təkrar etməsidir.
Rudimentlər.
İnsan təkamülündə əcdadlarda olan bəzi orqanlar öz əhəmiyyətini itirmiş olur və qalıq halında qalmışdır. Müəyyən olunmuşdur ki, insanda rudimentlərin sayı çoxdur.
İnsanın onurğalı heyvanlarla müqayisəsi göstərir ki, o, uzun sürən tarixi inkişaf yolu keçmiş və formalaşmışdır.
İnsan və heyvan rüşeymlərinin inkişafını nəzərdən keçirdikdə onların oxşar xüsusiyyətlərinin olduğu müəyyən edilmişdir. İnsan da öz inkişafına mayalanmış yumurtahüceyrədən – ziqotdan başlayır. Ziqotun bölünməsi nəticəsində blastomerlər yaranır, çoxheceyrəli rüşüym formalaşır. Rüşeymin inkişafı zamanı bir aylığında iki kameralı ürək , üç cüt qəlsəmə qövsü görünür. Barmaqlarının arasında pərdə, kloakası, balıqlarda olduğu kimi, qovcuqlardan ibarət baş beyin olur. Rüşeym inkişaf etdikcə onun baş beyninin yarımkürələri formalaşır, üzərini qırışlı qabıq örtür. Onurğa sütununun quyruq şöbəsidə inkişaf zamanı formalaşır. Onun fəqərələrinin bir qismi reduksiyaya uğrayır, bir qismi isə birləşib büzdüm sümüyünü əmələ gətirir. Dölün 3-4 aylığında bədənin üzəri tüklərlə örtülü olur. Ancaq inkişaf etdikcə tüklər tökülür, yalnız başda uzun tüklər qalır. Hətta 6 həftəlik rüşeymdə çoxlu süd vəzilərinə rast gəlinir. Onun ürəyi döyünən borudan ibarətdir. Rüşeym inkişaf etdikcə onda insana məxsus əlamətlər formalaşır.
YAZAR: Gülaf Məhərrəmova
Həmçinin bax: https://kafkazh.com/insan-tekamulu-paleontoloji-deliller/
Həmçinin bax: https://turaz.org/tehsil-muessiselerinde-xocali-soyqirimina-hesr-olunmus-tedbirler-kecirilib/