İnsan orqanizmində kimya

İnsan  bədəni çox sayıda elementlərdən ibarətdir.Ümumilikdə insan orqanizmində ən azı  25 müxtəlif kimyəvi elementə rast gəlinir.Bu elementlər sayəsində eyni anda orqanizmdə milyonlarla kimyəvi reaksiya baş verir.Bu elementlərin bəziləri sərbəst bəziləri isə birləşmələr şəkilindədi.

Bizlər düşünən atom yğımlarıyıq. Orqanizmdə olan kimyəvi elementlər miqdarına görə 3 əsas qrupa bölünür:

  • Makro elementlər – Ümumi miqdarı 0,01%-dən çox olan elementlərdir .
  • Mikro elementlər – ümumi miqdarı 0,001% -0,000001% arasında olan elementlərdir.
  • Ultra mikro elementlər – 0,000001% -dən az olan elementlərdir.

Hər bir elementin orqanizmdə müəyyən bir funksiyası var.

Orqanizmdə olan  kimyəvi elementlərin 65% oksigen,  18 % karbon,10 %

hidrogen  ,3  %azot , kalsium 1,4 % , fosfor 1,1 % – dir. Qalan 1,5 % isə kalium, kükürd , natrium, xlor , maqnezium və az miqdarda brom , xrom , kobalt, mis , yod , dəmir və.s elementlərdən ibarətdir. Miqdarından asılı olmayaraq hər bir kimyəvi element orqanizmə eyni dərəcədə lazımdır  .

Oksigen, karbon, hidrogen və azot hüceyrələrin əsas tikinti bloklarıdır. Karbohidratlar,zülallar , yağlar onlardan təşkil olunmuşdur.  İnsan bədəninin 70 % sudan , 24% üzvi maddələrdən və 6% qeyri üzvi maddələrdən ibarətdir ( bu qiymətlər nisbidir ).

OKSİGEN

Havanın 21% -ni oksigen təşkil edir.

Biz nəfəs alarkən yalnız onun 4-5% -ni mənimsəyrik  Mendeliyev cədvəlində  8-ci element olan oksigen bizim bədənimiz üçün ən zəruri element sayılır.Hər su molekulna iki oksigen molekulu daxildir. Məhz oksigenin hesabına orqanizmdə əsas proseslər gedir – həzm, bədənin normal temperaturunun saxlanılması və onun enerji ilə təmin olunması. Oksigen tibbdə geniş istifadə olunur . Ürək – damar xəstəlikləri , metabolik prosesləri yaxşılaşdırmaq üçün mədəyə oksigen köpüyü daxil edilir, fil xəstəliyi, qanqren və digər ciddi xəstəliklərində  müalicəsində istifadə olunur.

Tənəffüs prosesi oksigen vasitəsilə baş verir .

Bu prosesdə iştirak edən ATP (Adenozin Trifosfat) adlı  nukleotidlər hüceyrə daxilindəki biokimyəvi reaksiyalar üçün lazım olan kimyəvi enerjini daşıyırlar. Buna görə də biz davamlı oksigenə ehtiyac duyuruq və bu ehtiyacı qarşılamaq üçün tənəffüs edirik. Daim nəfəs alaraq havanı ağciyərlərimizə daxil edir və nəfəs verərək onu xaric edirik. Bunu o qədər çox təkrarlayırıq ki, nəfəs alıb vermənin normal hal olduğunu düşünürük. Əslində isə tənəffüs olduqca kompleks bir prosesdir.

KARBON

Bu element insan  orqanizmində oksigendən sonra ən çox lazım  olan elementdir . Bədənin 18% -ni təşkil edir. Orqanik maddələrin formalaşması üçün əsas elementdir və plastik mübadilənin özülünü təşkil edir. Bütün üzvi maddələrin tərkibini karbon birləşmələri təşkil edir. İnsan karbonu bitki və canlı orqanizmlərdən alır. Karbon birləşmələri bədənimizi enerji ilə təmin edir . Funksional fəaliyyətimizi tənzimləyir. Karbon – karbohidratlar, lipidlər, proteyinlərin tərkib hissəsini təşkil edir.

 

 

HİDROGEN

Yer kürəsində ən çox yayılmış elementlərdəndir . Bədənimizin 10% -ni təşkil edir.

Orqanizmdə maye mühitin formalaşması üçün həyati vacib olan elementdir. Həyat fəaliyyətinin təmin olunmasında iştirak edən üzvi birləşmələrin – vitaminlərin, hormonların, fermentlərin, zülalların , yağların, karbohidratların,struktur vahididir.

Hidrogen insan bədənindəki bütün mayelərdə mövcud olan, zəhərli maddələrin və tullantıların onun içərisində daşınmasına və xaric edilməsinə imkan verən bir elementdir.

AZOT

Azot bədənimizin 3% -ni təşkil edir.

Zülallardan ibarət amin turşularının molekullarının əsasını təşkil edir. Azot bioelement olub , orqanizmlərin qurulmasında və onların həyat fəaliyyətinin təmin olunmasında iştirak edən üzvi birləşmələrin struktur vahididir. Azot maddələr mübadiləsi prosesləri üçün lazımdır.Zülallar canlı orqanizmdə bir sıra həyati əhəmiyyətli funksiyaları icra edirlər: plastik (hüceyrələrin, toxumaların, orqanların orqanoidlərinin tərkibinə daxildirlər); fermentativ (kimyəvi reaksiyaların bioloji katalizatorlarıdırlar); yığılmaq (hüceyrədə və orqanizmdə hərəkət mexanizmlərini təmin edir); nəqliyyat (maddələri daşıyır); ehtiyat (yumurtada, kürücükdə orqanizmin formalaşmasını təmin edir); müdafiə və.s.

Kalsium

Orqanizm üçün əhəmiyyəti böyükdür.

Kalsium sümüklərin , dişlərin formalaşmasında, ürək-damar fəaliyyətinin tənzimlənməsində və əsəb sisteminin fəaliyyətində,qanin ,əzələlərin tərkibində  mühüm rol oynayır , ana südünün tərkib hissəsinə daxildir. Kalsium bədən üçün tikinti materialı hesab olunur. İnsan orqanizmində orta hesabla 1,8 kq  kalsium vardır, 99% sümük toxumasında duzlar şəkilində olur . Mərkəzi sinir sistemi hüceyrələrinin oyanma qabiliyyətini azaldır,ionları qanın laxtalanmasında iştirak edir .

Kalsium çatışmazlığı:Əzələ və oynaq ağrıları,Sümük əriməsi,Yuxu problemləri,Dişdə çürüklər və diş əti xəstəlikləri kimi problemlərə səbəb olur.

Dəmir

Dəmirin insan orqanizmində rolu əvəzsizdir.Dəmir oksigenin saxlanması və daşımasında iştirak edir. Eritrositlərin (qan hüceyrələri) tərkibinə hemoqlobin zülalı daxildir. Hemoqlobinin hər molekulunda dəmir atomları var. Bədənin dəmir ehtiyatının 60-70% hemoqlobinin, 15% isə qara ciyərdə, dalaqda, sümük iliyində və böyrəklərdə cəmlənmişdir, qalanları isə zülal sintezində və plazmada oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir.

 

Hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir. Dəmir çatışmazlığı dəmir-defisitli anemiyaların yaranmasına səbəb olur. Dəmir orqanizmi oksigenlə təmin edən digər miyoqlobin zülalının da əsas tərkib hissəsinə daxildir.  Dəmir böyümə, nevroloji inkişaf, hüceyrələrin işləməsi və bəzi hormonların sintezi üçün də lazımdır.Dəmir çatışmamazlığının əlamətləri :Torpaq, təbaşır, diş məcunu, xəmir və digər qəribə şeyləri yemək istəmək hissi.

Kalium

İnsan həyatında kalium mühüm rol oynayır.İnsan bədənində kalium belə ateroskleroz kimi xəstəliklərin qarşısını almaq üçün, eləcə də qan təzyiqi dəyişikliklərinin  qarşısını almaq üçün lazımdır. Hüceyrə daxili əsas iondur . Hüceyrələrin izotoniyasının saxlanmasında Na və K  ionlarının qarşılıqlı təsirinin böyük rolu vardır. Kalium ionlarının təsirindən ürəyin oyanma və keçiricilik qabiliyyəti azalır. Kalium sinir impulsların keçirilməsində və digər üzvülərə verilməsində iştirak edir.

 

Natrium

Qan plazmasına natrium duzlarda daxildir.Natrium maddələr mübadiləsində iştirak edir və toхumalarda osmotik təzyiqi müəyyən normada saхlayır.Kalium ilə birlikdə hüceyrənin transmembran potensialını yaradır və hüceyrə membranının həyəcanlanmasını təmin edir.

 

 

 

Fosfor

Fosfor mikroelementi orqanizm üçün çox lazımlı mikroelemntlərdən biriridir.

Bu kimyəvi element əsəblərin, yumşaq toxumaların, sümüklərin dişlərin və s. formalaşmasında və bərpasında iştirak edir.

Fosfor praktiki olaraq orqanizmdə baş verən bütün metobolik reaksiyaların həyata keçməsi üçün əvəzolunmazdır. Gah oksidləşdirici, gah da bərpaedici xüsusiyyətə malikdir. Fosforun  kalsium ilə düzgün nisbəti çox vacibdir.

Fosfor hüceyrələrin ən əhəmiyyətli maddələrinin tərkibinə daxildir: DNT və RNT, fosfolipidlər, qliserin, yağ turşuları və fosfat turşusunun mürəkkəb efirləri, fotosintezdə iştirak edən saxarofosfatlar ; ATF – hüceyrənin universal energetik maddəsi. Karbohidrat, zülal və yağların həzmində iştirak edir.Fosfor orqanizimdə kalsiumdan sonra ən çox yayılmış mineraldır. Fosfor sinir hüceyrələrindədə olur .

Manqan

Manqan -bədənin az miqdarda ehtiyac duyduğu  mineraldır.Beyinin, sinir sisteminin və bədənin bir çox ferment sisteminin normal işləməsi üçün lazımdır.

Manqandan orqanizmdə regenerasiya və oksidləşmə redaksiyalarında katalizi məksədlə istifadə edilir. Manqanın qidada çatışmazlığı patoloji proseslərə səbəb olur. Müəyyən edilmişdir ki qansızlıq xəstəliyinin müalicəsində manqandan istifadə yaxşı nəticə verir. Qüvvətli oksidləşdirici xassəsinə görə tibbdə antiseptik vasitə kimi yaraların yuyulmasında və yanıqların isladılmasında istifadə edilir . Birləşmələrinin normadan artıq olması mərkəzi sinir sisteminə mənfi təsir edir.

Vanadium

Vanadiumun bəzi birləşmələrin qidaya az miqdarda qatdıqda canlılarda iştah artırır. Ağ ciyər xəstəliklərilədə mübarizə edir.

Vanadium duzları antiseptik xassəyə malikdir.Yaşlı adamın orqanizmində 100 m/kq-a yaxın vanadium olur. Qida məhsulları ilə vanadiumun orqanizmə sutka ərzində qəbulu 2 mq olur. Vanadium orqanizmin müdafiə funksiyasının yüksəlməsində əhəmiyyətli rol oynayır. O, faqositlərin – xəstəlik törədici mikrobları udan və orqanizmin infeksiyalı xəstəliklərə tutulmağa dözümlülüyünü artıran hüceyrələrin hərəkətini stimullaşdırır. Biokimyəvi tədqiqatlar sübut etmişdir ki, digər mineral maddələrlə birlikdə vanadium qocalma prosesini ləngidir. Vanadium toxumaların oksigen udmasını gücləndirir, ürək əzələsinin funksiyasına, əsəb sisteminə, böyrəklərə, qara ciyərə, qanda şəkərin miqdarına təsir edir

Xlor

İnsan orqanizmində olan mayenin əsas tərkib hissəsi Natrium və xlor ionlarıdır .

O, orqanizmə natrium xlorid şəklində daxil olur,maddələri mübadiləsini, tüklərin inkişafını stimullaşdırır, gümrahlıq və güc verir. Xlor orqanizmin toxumalarında fiziki-kimyəvi prosesləri müəyyənləşdirir. O, toxumalarda turşu-qələvi tarazlığını tənzimləmədə iştirak edir.Xlor qanın, limfaların və bədənin digər mayelərinin əsas osmotik aktiv maddəsidir.Xlorid turşusu mədədə qidanın həzm olunduğu mədə suyunun bir hissəsidir  . Xlorid turşusu mədədə pepsin fermentinin aktivliyini təmin edərək və bakterisid təsiri göstərərək qida həzmində xüsusi rol oynay .Xlorun bədənə daxil olmasının əsas mənbəyi natrium xloriddir .Qaz və ya elementar xlorun canlılarda toxumalarını məhv etməkdən başqa bir rolu yoxdur.

Yod

Orqanizmin normal fəaliyyəti üçün yodun əhəmiyyəti olduqca böyükdür xüsusilə də tiroid bezi üçün.  O, orqanizmdə enerji idarəetməsini, hər şeydən əvvəl isə fiziki və zehni inkişafı tənzimləyir. Və yalnız bu hormonların “yanacaq” kimi yoda ehtiyacı var. Yod çatışmayanda tiroid bezi böyüyür- hətta vizual olaraq bunu görmək olur. Bu məşhur qalxanabənzər vəzi xəstəliyidir. Yodun çatışmazlığı qalxanabənzər vəzin

xəstəliyinə səbəb olur . Eyni zamanda yodun çatışmazlığı endemik ur (zob) xəstəliyinin əmələ gəlməsinə səbəb olur.Bir gün ərzində qalxanabənzər vəzidən qana 100-300 mkq-a qədər hormonal yod keçir. Dünyada ən çox istifadə edilən dərman maddəsi radioaktiv Yod-131  adlı preparatdır. Radioaktiv yod müalicəsi tireotoksikoz (zəhərli zob) və qalxanabənzər vəzin xərçənginin (zob xərçəngi) müalicəsində istifadə olunur. Yod faqositlərin yaradılmasında iştirak edir. Faqositlər “patrul hüceyrələri ” olub orqaizimdə qana  virusların daxil olmasından qoruyur .

Radioaktiv yod : xüsusilə spesifik olaraq qalxanabənzər vəz toxumasında toplanan və radioaktiv maddə olduğu üçün vəzin toxumasını ləğv edən bir maddədir. Bu müalicə sadəcə xüsusi şəraitdə və radionuklid terapiya şöbəsində xüsusi ixtisaslaşmış mütəxəssislər (nuklear tibb uzmanları) tərəfindən verilir.

Kükürd

Proteinoidlərin tərkibində kükürdün miqdarı, başqa zülallara nisbətən daha çoхdur.B1 vitamininin, insulinin və digər birləşmələrin əmələ gəlməsində iştirak edir,oksidləşmə-reduksiya proseslərində, energetik metobolizmdə və detoksikasiya reaksiyalarında iştirak edir, fermentləri aktivləşdirir.

Kükürd üzvi maddələrin tərkibində olub mühüm bioloji proseslərin gedişində və tənzim olunmasında iştirak edir. Tərkibində kükürd olan amin turşuları- sistein ,sistin, metioninin orqanizim üçün əhəmiyyəti böyükdür. Metionin əvəz olunmaz amin turşusudur . Bu elementdən dəri xəstəliklərinin müalicəsində istifadə olunur.Antibiotiklərin icad edilməsindən qabaq yeganə  etibarlı dava-dərman kimi sifilisin müalicəsində tətbiq olunurdu.

Sink

Sink 200-dən çox fermentin tərkibinə daxildir və onlar müxtəlif mübadilə reaksiyalarında iştirak edir.

Bədəndə sink defisiti özünü müxtəlif formalarda büruzə verə bilər. Belə ki, bu çatışmazlıq depressiya, əsəbilik, immun sistemin zəifləməsi, infeksiyalara həssaslığın artması, xroniki mədə-bağırsaq xəstəlikləri, alkoqol serrozu və digər qaraciyər xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə bu elementin orqanizmdə azlığı diareya, iştahanın itməsi, çəkinin azalması, qanazlığı, furunkulyoz, dermatit, ekzema, trofik yaralar kimi dəri xəstəlikləri ilə də müşahidə oluna bilər. Orqanizmdə sink çatışmazlığı insulin miqdarının azalması, şəkərli diabetin inkişafı və erkən qocalmaya da yol aça bilər.

 

 

Araşdırmaçı Yazar: Şirinzadə Jalə

 

Həmçinin  bax: Talassemiya nədir?

Həmçinin  bax: https://tehsilim.org/tehsil-ixtisasi-uzre-ikili-diplom-proqrami/