İnsan alverindən zərər çəkmiş şəxslər üçün peşə kursları təşkil olunacaq

İnsan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan şəxslərin mütəmadi olaraq əmək bazarında rəqabət qabiliyyəti artırılacaq, onların yeni peşələrə yiyələnməsinə yönəldilmiş kurslar təşkil olunacaq, məşğulluq problemi həll ediləcək.

AzEdu.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planına əsasən, qeyd olunanların təşkil edilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Daxili İşlər nazirlikləri, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə fəaliyyət göstərəcəklər.

Mənbə: azedu.az
Xəbərçi: Raisə Savalanzadə