İnsan alveri probleminin mahiyyəti, qarşısının alınması barədə tədris-metodik vəsaitlər hazırlanacaq
İnsan alveri probleminin mahiyyəti, qarşısının alınması barədə tədris-metodik vəsaitlər hazırlanacaq
İnsan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə mütəmadi olaraq tədris-metodik vəsaitlər, maarifləndirici materiallar hazırlanacaq və yayımlanacaq.
Bu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının Tədbirlər Planında öz əksini tapıb.
Tədbirlər Planına əsasən, tədris-metodik vəsaitlərin və maarifləndirici materialların hazırlanması və yayımlanması istiqamətində Daxili İşlər, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Turizm Agentliyi, Milli Televiziya və Radio Şurası birgə fəaliyyət göstərəcəklər.
Mənbə: azertag.az
Xəbərçi: Aytən Abbasova