Informasiya Texnalogiyaları (İT)

İnformasiya texnologiyası — informasiya ehtiyatlarından istifadə olunması proseslərinin ağırlığını azaltmaq, onların etibarlığını və operativliyini çoxaltmaq məqsədilə informasiyanın toplanması, emalı, saxlanması, ötürülməsini təmin edən və texnoloji zəncirdə birləşdirən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur.

İnformasiya texnologiyaları dedikdə kompüter texnologiyaları başa düşülür. Kompüter üzrə mütəxəssislər İT mütəxəssisləri adlandırılır.

İnformasiya texnalogiyasının xüsusiyyətləri

  • Emal obyekti verilənlərdir
  • Məqsəd informasiyanın alınmasıdır;
  • Emal prosesinin vasitələri proqram və aparat təminatıdır;
  • Verilənlərin emal prosesləri ardıcıl əməliyyatlara bölünür.

 

 

 

 

 

 

 

 

 

 

Tarixi

İnformasiya texnologiyalarının yaranması XX əsrin 60-cı illərinə təsadüf edir. Bu zaman ilk informasiya sistemləri yaradılmağa və təkmilləşməyə başlamışdır.

İnternetin  inkişafı, yeni-yeni proqram və sistemlərin yaradılması, qloballaşma XX əsrin 90-cı illərindən İnformasiya texnologiyalarının inkişafının daha sürətlə getməsini göstərir.

Programlaşdırmanın ilk illərində programlaşdırma dilləri bir çox rəqəmlər seriyasından ibarət olduğu üçün, demək olar ki, ilk informasiya texnalogiya mühəndisləri, əsasən, riyaziyyat yönümlü  ixtisaslarda təhsil almış şəxslər idi.1950-ci illərdə və 1960 ci illərin əvvəllərində əgər programçı olmaq istəsəydiz ilk öncə riyaziyyat üzrə bakalavr təhsili almalı idiniz. İllər ötdükcə  isə daha asan programlaşdırma dillərinin yaranması bu sahəyə maraqlı olan digər şəxslərədə imkanlar açdı. Mühəndislər, riyaziyyatçılar isə programlaşdırma ilə deyil, kompyuter elmlərində daha mürəkkəb işlərlə məşğul olmağa başladılar.

İnformasiya texnologiyalarının inkişafı

İnformatika, eləcə də informasiya texnologiyaları elmi inkişaf etdikcə yeni-yeni elmi terminlər, anlayışlar da meydana gəlmiş və gündəlik həyata daxil olmuşdur. Bunlara misal olaraq: İnfokommunikasiya, informasiya infrastrukturu, informasiyalaşma, informasiya mühiti, informasiya cəmiyyəti, informasiya resursları və xidmətləri, bilik bazası, audio-video konfrans, telekonfrans, axtarış serverləri, relevant  informasiya, spam , provayder,   host, çat, meynfreym, LAN, WAN, XML, HTTP və s. göstərmək olar.

İnkişaf prinsipləri

İnformasiya texnologiyalarının üç əsas prinsip üzrə inkişaf edir:

  • kompüterdə interaktiv rejimində iş;
  • proqram məhsullarının qarşılıqlı əlaqələndirilməsi;
  • proqramlaşmada həm verilənlərin, həm də məsələnin qoyuluşunun dəyişdirilməsi prosesinin çevikliyi.

İnformasiya texnalogiyaları gələcəyin ən vacib sahələrindən biridir. Bu sahə çox geniş və çox maraqlı sahədir.

Bu mənim ilk məqaləm idi. Qarşıda sizi bu sahə ilə bağlı daha maraqlı məqalələr gözləyir. Diqqətinizə görə təşəkkürlər.

 

YAZAR : Vadim Abdulxalıqov ( Bakı Avrasiya Universiteti – İnformasiya Texnologiyaları )

 

Həmçinin bax:https://turaz.org/xarici-isler-naziri-ceyhun-bayramovun-yaponiyanin-olkemize-yeni-teyin-olunmus-sefiri-ile-gorusune-dair-melumati/  

https://tehsilim.org/on-deqiqelik-kitab-klubu/

https://kafkazh.com/kino-ve-edebiyyatin-bagliligi/