İlk Addım
İlk Addım” dedikdə nə başa düşürük? Mənim ağlıma “İlk Addım” dedikdə fərqli, qəribə fikirlər gəlir. İlk Addım münasibət qurmaq üçün ola bilər, özündə dəyişiklik etmək üçün və s ola bilər. Ama təbii ki, bu mənim təsəvvürümdu, sözsüz hər kəsin fikri ayrıdı. Dünyada 7 milyard insan var və o deməkdirki 7 milyard düşüncə var. Və hərkəsin xarakteri, hərəkətləri fərqlidi. Bəziləri bir hadisəni qısa müddətdə unuda bilir, ama çox insan ömrünün sonuna qədər beyninə həkk edir. Bəzən ilk addım atmaq üçün əlimizdə hər fürsət olar ama o addımı atmağa cəsarət tapa bilmərik, bəzən ama heç bir fürsət əlimizdə olmaz can atarıq ki, fürsət tapaq. Təbii ki mən sizə bir misalda çəkəcəm. Bu gün sizə 16 yaşlı qızın həyatda bəzi dəyişikliklər etmək üçün atdığı addımlardan danışacam. Bu qız 12 yaşında olub və hər zaman lağa qoyulub ama ona rəğmən o qız ayaqda durmaq üçün mübarizə aparıb. Bəlkə hazırda düşünəssiz ki, hər bir uşaq lağa qoyulub. Ama fikirləşin 11-12 yaşınız var və qurduğunuz hər cümləyə hətta dost olmaqa çalışmağınıza belə gülürlər. Başqa biri olsa bəlkə unutmuşdu heç fikirdə etmirdi, amma həmin qız bunu bacarmırdı. Təbii ki, o otaqda ağlıyandan sonra göz yaşlarını silib gülürdü, amma bu sadəcə xaricdən görünüş idi, daxilində isə qız çox sarsıntılar keçirirdi. Zamanla o qız unutdu bunları çünki artıq böyümüşdü.Bəlkədə sizdə artıq maraq yaratdı ki,kimdi bu qiz?. O qız mənəm. Bəli mənəm hazırda o 11-12 yaşlı uşaq deyiləm artıq. Ən əsası həyatda uğur əldə etmək üçün, valideyinlərimin fəxri olmaq üçün ilk addımlarımı atıram. Və siz əgər mənim məqaləmi bu gün bura qədər oxudunuzsa deməli uğurlu yolumda bir addım öndəyəm. Məqaləni yazmaqda isə məqsədim odur ki, heç bir zaman yıxılmayın, dik durun paxıllıqdan deyilən heç bir söz sizi sarsıtmasın, qorxutmasın. Məndə çoxları kimi qorxurdum amma indi qoruxmuram və sizlərə yeni həyata ilk addımımı atıram Sevgilərlə
Yazar: Ülviyyə Hüseynova