İlişikli qrupların təyini
Əgər genlər xromosomlarda xətt üzrə düzülmüşlərsə və krossinqover tezliyi onlar arasındakı məsafəni ifadə edirsə, onda genlərin xromosomlarda yerləşdiyi yeri təyin etmək olar. Genlərin yerini xromosomlarda təyin etməzdən əvvəl, mövcud genin hansı xromosomda müəyyənləşdirmək lazımdır. Eyni xromosomlarda yerləşən və birgə nəslə ötürülen genlər ilişikli qrup təşkil edir. Hər bir növdə ilişikli qrupların miqdarı həmin növün xromosomlarının haploid sayına uyğun gəlir. Müasir dövrdə, genetik nöqteyi-nəzərdən dəqiq öyrənilmiş növlərdə, ilişikli qruplar müəyyən edilib, bununla belə bütün hallarda ilişikli qrupların sayı, həmin növün xromosomlarının haploid sayına tam uyğun gəlir. İlişikli qrupların miqdarının xromosomların haploid sayı ilə birbirinə uyğun gəlməsi, bir daha sübut edir ki, irsi informasiyanın maddi daşıyıcısı xromosomlardır.
Genin bu və ya digər ilişikli qrupa mənsub olma prinsipi, həmin genin məlum ilişikli qrupda yerləşən digər genin irsilik xarakterinin müəyyənləşdirilməsinə gətirib çıxarır.Belə təsəvvür edək ki, noxud bitkisində 7 ilişikli qrupun hər birində bir resessiv gen (b, c, d və s.) məlumdur və resessiv a genin hansı qrupa aid olduğunu müəyyən etmək lazım gəlir. Belə ki, a geni ilişikli qruplardan yalnız birinə aid olduğu halda qalan b qrupdan olan genlərdən asılı olmayaraq nəslə ötürülməlidir. İki genotipə malik fərdlərin çarpazlaşması nəticəsində ikinci nəsildə (F2) aşağıdakı parçalanma alınacaqdır:
9AADD: 3Aadd:3aaDD: 1aadd. Lakin bir qayda olaraq 7 ilişikli qrupun bir geni, məsələn, c geni, a geni ilə natamam
ilişiklik müşahidə olunacaqdır. Belə halda arasında çarpazlaşma F2-də gözlənilən dörd siniflərin hamısını – AACC, Aacc, aaCC və aacc verəcəkdir, lakin parçalanmanın nisbəti 9:3:3:1 olmayacaqdır. Burada valideyn formaları üstünlük təşkil edəcək:
Aacc və aaCC. Deməli, eyni xromosomda yerləşə genlər ilişikli qruplar təşkil etməsinə baxmayaraq, daima baş verən krossinqover hadisəsi ilişikliyin tamlığını pozur və yeni kombinasiya dəyişikliklərin əmələ gəlməsinə səbəb olur.
YAZAR: Rüstəmli Ləman
Həmçinin bax: https://kafkazh.com/genlerin-iliskenliyi-ve-krossinqover/