İlham Əliyev perulu həmkarına məktub göndərdi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu göndərib.

 

Axar.az xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli cənab Prezident,

 

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Peru xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

 

Azərbaycan-Peru dostluq münasibətlərinin həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalarda daha da inkişafı üçün imkanlar mövcuddur.

 

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq arzulayıram”.

Qaynaq :Axar.az

Müxbir: kafkazh.com xüsusi müxbiri Ələkbərova Nuray