İlahi Nəğmə

Əsər-İlahi nəğmə(uşaq və yeniyetmələr üçün buddizm fəlsəfəsi)

 Əsər haqqında-Əsər gerçək həyatdan götürülmüş və yazarın fantaziyası ilə vəhdət tapmışdır.Əsərdə buddist rahibin sirli və fövqəltəbii qüvvələrin və fəlsəfi,ruhi sakitliklə etdiklərinin şahidi olacaqsınız.Hər bir oxucuya xoş mütaliələr arzulayıram.Ümid edirəm bu əsəri oxumağa sərf etdiyiniz vaxt ziyan olmaz əksinə sizə mənəvi bədii zövq bəxş edər.

Qeyd hadisələr həqiqətdə rus urnalistin başına gələn hadisələrdəndir.Əsərdə buddizm fəlsəfəsi aparıcı mövqe sərgiləsə də yazarın şəxsi fikirləri də mövcuddur.

Əsər şərti adı Olqa olan rus jurnalistin Buddist məbədinin yerləşdiyi kəndə səyahəti ilə başlayır.Tanrının xariqələr yartdığı dünyanın ən gözəl yerlərindən biri olan Şərqi Asiya ölkələrini birinə doğru bir sərnişin təyyarəsi istiqamət götürmüşdü.Sərnişinlərin hər biri müxtəlif səbəblərdən ötrü bu ölkəni istinadgah etmişdilər.Təyyarə hava limanına enəndə hamıdan sonra enən orta boylu dolu bədənli sarısaç bir qadın asta addımlarla gedəcəyi kəndə gedən qatara minmək üçün yola düşmüşdü.Qatarın tərpənməyinə hələ 1 saat vardı.Qatar vağzalına isə 10 dəqiqəlik yol var idi.Qalan zamanı dəyərləndirmək üçün şəhəri gəzməyə başladı.Rəngbərəng binalar,fərqli qoxu və dada malik küçə yeməkləri və bahartlarla zəngin bazarda nə axtarsan tapa bilərdin.Kimisi evcil muymununu oynadır və pul qazanır kimisi kobraya özünü dişlədir-təbii zəhəri və dişləri çıxarılmış kobraya.Narıncı paltarlı rahiblər də arabir gözə dəyərdi.İlk görüşdə insanı valeh edə biləcək bu şəhər sanki sirli və möcüzəli nağıllardan çıxmışdı.Sanki bura inkişamda olan mədəniyyət və sivilizasiyadan fəqli formada inkişaf edirdi.Şərq motivləri və heykəllərlə bəzədilmiş məbəd və binalar hər yerdə idi…Qatarın tərpənməyinə 5 dəqiqə qalmış qatara çatdıvə biletlərini verib köhnə qatara minməyə tələsdi.Qatar meşələrdən,dağlardan keçir və Olqa bəzən mənzərənin gözəlliyindən nəfəs almağı belə unudurdu.Nəhayət uca dağın qoynundakı həmin kəndə çatdı.

Buradakı ilk günündə qalacağı evə çatdı.Onun işi buranın xalqı haqqında araşdırma aparmaq idi və ilk gün bədbəxt bir hadisə baş verdi.O səhər yuxudan güclü diş ağrısı ilə oyandı.Nə çarə elədisə xeyiri olmadı.Nəhayət ev sahibindən buralarda həkim olub olmadığını soruşdu?Cavab isə onu çox heyrətləndirdi.Burada həkim o yana qalsın heç dərman da yoxuymuş.Kəndlilərin harası ağrısa qoca və yanlız rahibin yanına gedərlərmiş.

Ona edilən təklifi hansı ki,rahibin yanına getməyi dişi çox ağrıdığı üçün həm də məqaləsinə daxil edə biləcək bir şeylər ola biləcəyi düşüncəsiylə ev sahibi ilə uzun və dolanbaclı yolların snunda məbədə gəlib çatdılar.Məbədə hörmət olaraq ayaqqabılarını çıxarıb içəri daxil oldular.İçəridə narıncı buddist paltarına bürünmüş bir qoca kişi meditasiya edirdi.əldikdən sonrakı bir saatda da istifini pozmadan meditasiyasına davam etdi.Gözləmədiyimiz bir anda gzlərini açdı və nə üçün gəldiyimizi soruşdu.Olqanın dişinin ağrıdığını duyduqda xəncər kimi iti bir alətlə kürəyimi deşməyə başladı.Təbii haqlı olaraq,Olqa bunun nə olduğunu soruşdu və ürəyində bu adamı söyməyə başladı və ağrıya dözdü.Bu prosesi bitirdikdə dişinin ağrısının tədricən azldığını kürəyinin isə ağrımadığını hiss etdi.Təəccüb qarışıq bunu necə və hansı texnologiya ilə etdiyini soruşduqda.Özünün də bilmədiyini dedi və Buddizm haqqında danışmağa başladı…

Buddizm Allahsız dinlərdəndir. Onlar, kainatı yaradan bir qüvvənin mövcudluğu fikrini dilə gətirmir. Buddizmin əsası e.ə. 563 – e.ə. 483-cü illəri arasında yaşadığı güman edilən, bu gün Budda olaraq bilinən Siddharta Qautama tərəfindən qoyulmuşdur.Dünyada təxminən bu dinə 500 milyon insan inanır.

Buddizmi anlamaq üçün onun yaradcısını bilmək və tanımaq,hisslərini,düşüncələrini dərk etmək gərəklidir. Siddharta Qautamanın (budda-Buddizm sanskrit  dili və pali dillərindəki köhnə buddist mətnlərində “oyanmış adam – fərqində olan” mənasını verən “budda” sözündən yaranmışdır.) Nepalın Lumbini ərazisində doğulduğu güman edilir. Onun Hindistan-Nepal sərhədindəki Kapilavastuda doğulduğuna dair iddialar da var, lakin bu fikir o qədər də geniş yayılmamışdır.

Buddanın ümumi qəbul edilən ənənəvi həyat hekayəsi belədir:

Siddharta Qautama Sakya qəbiləsində şahzadə olaraq dünyaya gəlir. Doğumundan qısa bir müddət sonra atası  kral  Suddhodananı müdrik olduğu fərz edilən bir adam ziyarət edir. Siddharta haqqında “Bu uşaq  ya möhtəşəm bir kral (çakravartin) və ya möhtəşəm bir müqəddəs adam (sadhu) olacaq” deyir. Siddhartanın gələcəkdə kral olaraq yerinə keçməsini arzulayan atası isə onun həyatı boyunca əzab və ölüm kimi həyat gerçəklərindən xəbərsiz sarayda  yaşamasına səy göstərir. Buna görə Siddharta həyatının ilk 29 ilini insan nəfsinin arzu edə biləcəyi hər cür zənginlik içində yaşamışdır. Atasının səylərinə baxmayaraq,  Şahzadə Siddharta 29 yaşındaykən ilk dəfə bir yaşlı insanın əzab çəkdiyini görür. Bu hadisədən sonra sarayın xaricində etdiyi gəzintilərdə xəstə bir adam, çürümüş bir cəsəd və dərd çəkən bir dərviş  görüncə həyatın iztirab ehtiva etdiyini fərqinə varır və əzabı məğlub etmək üçün bir dərviş kimi yaşamağa qərar verir.

Dərviş olmaq uğrunda dəbdəbəli həyatı arxasında buraxaraq sarayından ayrılan Siddharta başlanğıcda müxtəlif dərvişlərə qatılaraq onların təlimlərini izləyir. Bu dərvişlər cəmiyyətdən  kənar, məhrum bir həyat sürərək aclıq , özünə əziyyət kimi müxtəlif üsullarla nəfslərinin qarşısını almağa çalışırlar. Uzun müddət bu məhrum həyat şərtlərində yaşayan Siddharta bu üsulların insana aclığa dayanma, həssas pıçıltılar eşitmə, bədəndə ağrı hiss etməmə kimi fövqəladə ruhani güclər qazandırdığının fərqinə varır, lakin eyni zamanda bədəninə  zərər verdiyini də görür.

Siddharta bu üsulların axtardığı cavaba çatmasına töhfə olmadığını anlayır və onların şahzadə olarkən zənginliklər içindəki həyatında olduğu kimi təminsizlik və narahatlıq yaratdığına qərar verir. Beləliklə, dərviş həyatına son verərək  “anapanasati” adlanan “nəfəsi diqqətlə izləmə” meditasiyasını inkişaf etdirir. Dərviş həyatı yerinə nə nəfsin hər istəyinə boyun əyən, nə də bədəni zəiflədəcək qədər məhrum buraxan və orta yol olaraq tanınan bir həyat şəkli inkişaf etdirir. Deyilənlərə görə dərviş həyatını tərk etməsi bir gün kəndli bir qızın gətirdiyi süd və düyünü qəbul etməsiylə olur; və bir əncir  ağacının altında oturaraq nəfəs meditasiyası həyata keçirir. 49 günlük meditasiyadan sonra 35 yaşındaykən elmini tamamlayır və Bodh Qayada olan bu ağacın altında aydınlanmaya çatır.

Buddizm haqqında:

Fərqli dünyagörüşlərinə görə din  və ya fəlsəfə  olaraq təyin olunan buddizmin hədəfi, həyatdakı ağrı, iztirab və təminsizliyin qaynaqlarını açıqlamaq və bunları aradan qaldırmanın yollarını göstərməkdir. Buddizmdə təlimlərin əsas yönünü meditasiya kimi içə baxış üsulları, reinkarnasiya  deyilən doğum-ölüm dövrünün təkrarı və qarışıq deyilən səbəb-nəticə zənciri kimi anlayışlar meydana gətirməkdədir.

 

 

 

Teravada Cənub buddizmi-

Teravada da mistisizm və mistik fərziyyələrə yer verilmir, fəlsəfidir; ruhun və tanrının olmadığı faktı üzərində ən çox duran buddizm məzhəbidir.Qautama Budda təlimlərinin”üstün” olduğu qəbul edilir, digər nura qərq olan və “Budda” adlandırılan şəxslər Qautama səviyyəsində deyillər, digər Buddaların deyil, yalnız Qautamanın təlimləri müqəddəs mətn olaraq qəbul edilir.

 

 

Mahayana təlimi

Mahayana məzhəbi özündə fərqli məktəbləri ehtiva edir. Ən əhəmiyyətliləri arınmış ölkə buddizmi, Zen buddizmi və Niçiren buddizmidir.

Mahayana buddizminə görə Budda təbiəti hər kəsin içində olur. Nura qərq olmuş müxtəlif üstün varlıqların insanlara kömək edə biləcəyi inancı səmavi məkanlar və zəngin bir kosmoqrafiyaya malikdir.

 

Zen buddizm

Zen buddizmi Yaponiya və Çin olmaq üzrə iki əsas məktəbə ayrılır. Çində bu məktəb “Çan” adlandırılır. Yapon zenindən fərqli olaraq, bu, daha fəlsəfidir.. Zen buddizmi anlayışlardan və sözlərdən daha çox mənanın, masanın üzərində dayanır. Zen buddizmi inanca olduğu qədər meditasiyaya və fərdi təcrübəyə verdiyi əhəmiyyətlə digər buddist məktəblərindən fərqlənir. Yenidən doğum faktı və anı yaşamanın əhəmiyyətli olduğuna diqqət çəkilir.

 

Arınmış ölkə buddizmi və ya amidizmdə

Arınmış ölkə buddizmi və ya amidizmdə isə meditasiya və təcrübələr deyil, iman ön plandadır. Amida Budda adı davamlı təkrarlanır, beləliklə, öldükdən sonra yenidən doğulacağına və Nirvanaya çatılacağına inanılır.

Arınmış ölkə buddizmi də qollara ayrılır, bunlardan ən radikalı Jodo Şinşu adlandırılan yapon arınmış ölkə məktəbidir. Bu məktəbə görə insanın özünü qurtarması qeyri-mümkündür; Qautama Buddanın öyrətdikləri ilə qurtuluş artıq mümkün deyil (mappo), hal-hazırda insan özünü əsla qurtara bilməyəcək bir haldadır. Buna görə də meditasiyanın və ya təcrübələrin faydası yoxdur, insan sadəcə Amida Budda adını Namu Amida butsu şəklində davamlı təkrarlamalı (Nembutsu), onun gücünə inanmalıdır. Beləliklə, insan öldükdən sonra arınmış ölkədə doğula bilər.

 

(Şəxsi fikirlərim)Rahib bunları danışdıqdan sonra onun medisayi etdikdən sonra ilahi nəğmə eşitdiyini və meditasiya ilə daxili və mənəvi astral həyata keçərək insana fvqəltəbi gələn amma heç də təbiətin və insanın qüdrətindən böyük olmayan işlər gördüyünü deyir.İnsanlar açıqlaya bilmədikləri nüansları möcüzə,fövqəltəbii pərdəsi ilə örtür.Amma həyata fiziki və maddi məntiqlə yox,iç gözüylə 3 cü astral gözlə baxmaq və bütün məntiqli şeylərin əslində məntiqsiz olduğunu və enerinin hakim mövqede dayandığına inanmalısan.Özüvə məhrumiyyətlər qoymasan kamilləşib ilahiləşə və nurlanıb karmanı qıra bilməzsən.İnsan öz taleyinin memarıdır.İcazə verin daxili aləminiz və ana təbiət sizə yol gstərsin.İnsan təbiətin parçasıdır.Necə ki,budağı ağacdan ayrı təsəvvür etmək mümkün deyil eləcə də insanı təbiətlə bütöv vəhdətdə qəbul etməli və özünüzü təbiətin ixtiyarına buracxaraq özünüzü idarə edib kamilləşəsiniz.(şəxsi fikirlərim)

YAZAR: Amin Xan