İkidillilik və idrakın inkişafı

ABŞ -da digər ölkələrə nisbətən daha az yayılsa da, müasir dünyada ikidillilik (iki dildə danışma bacarığı getdikcə daha çox yayılır. ABŞ vətəndaşlarının 18% -i də daxil olmaqla dünya əhalisinin təxminən yarısı iki dilli böyüyür.

Son illərdə ABŞ -ın bir çox əyalətləri məktəblərdə ikidilli təhsili qadağan edən qanunlar qəbul etmişdir. Bu qanunlar şagirdlərin yalnız ingilis dilində danışdıqları təqdirdə məktəblə, mədəniyyətlə və hökumətlə daha güclü bir şəxsiyyətə sahib olacağı fikrinə həm də iki dildə danışmanın idraki inkişafa mane ola biləcəyi fikrinə əsaslanır.

 

Bəzi erkən psixoloji araşdırmalar göstərdi ki, birdilli uşaqlarla müqayisədə, ikidilli uşaqların dili işləyərkən daha yavaş işləyir və şifahi hesabları daha aşağı olur. Lakin bu testlər uşağın ana dili olmasa belə tez -tez ingilis dilində verilirdi və test edilən uşaqlar çox vaxt tək dilli uşaqlardan daha aşağı sosial -iqtisadi statusa malik olurdular (Andrews, 1982).

 

Bu faktorları idarəedən araşdırmalar göstərdi ki, iki dilli uşaqlar bəzi hallarda birdilli uşaqlardan daha yavaş dil öyrənsə də, (Oller&Pearson, 2002), ikidilli və birdilli uşaqlar, dil öyrənmənin son dərinliyində əhəmiyyətli dərəcədə fərqlənmir və ümumiyyətlə iki dili qarışdırmır (Nicoladis&Genesee, 1997).

Əslində, iki dildə danışan iştirakçıların birdillilərə nisbətən daha yaxşı idrak funksiyasına, idrak elastikliyinə və analitik qabiliyyətə malik olduqları müəyyən edilmişdir (Bialystok, 2009). Araşdırma ikinci bir dil öyrənmənin beynin sol yarımkürəsində dillə bağlı hissədə dəyişikliklər meydana gətirdiyini, bu hissənin daha sıx və daha çox neyrondan ibarət olduğunu tapmışdır (Mechelli et al., 2004). Üstəlik, ikinci dildə ən yaxşı bilən və ikinci dili daha əvvəl öyrənmiş şəxslərdə artan sıxlıq daha güclüdür. Beləliklə, dil inkişafını yavaşlatmaqdansa, ikinci dili öyrənmək idrak qabiliyyətləri artırır.

QAYNAQ: İntroduction to Psychology
TƏRCÜMƏÇİ: Sevinc Əliyeva
HƏMÇİNİN BAX: Su ekosistemləri
HƏMÇİNİN BAX: Tehsilim.org/koreya-respublikasinda-tehsil-almaq-isetyen-erizcilerin-nezrine/