İki söz arasında

” İKİ SÖZ ARASINDA ”

Bir gün bəlkə oyandın, yuxudan  tərs tərəfdən
qarışdırdın  günləri.
Tələsdirdin  təqvimi, məndən qaçmağa görə
yarışdırdın günləri.

Məni görmədin axı qəlbinin  küçəsində
ovuc açdığım zaman.
Başqaları  su ilə, mənsə göz yaşlarımla
oruc açdığım zaman.

Sən tərəfin küləyi  qurutmur  söz yaşını ,
yağışı qəhər dadır.
Nə qəddar qadınmışsan; dilində qırmanc bitib,
baxışın zəhər dadır.

Necə bir yuxu idin;  görmüşdüm kabus kimi,
xeyrimə yozdum səni.?
Tanrı insan yaratdı, şeytan kimi sevirdim,
mələktək  yazdım səni.

Hər dəfə  tək başıma, ölmüş ümidlərimi
dəfn etdim kül qabıma.
İki söz arasında qurutduğun sevgimi
apar qoy gül qabına.

YAZAR: İftixar Ceyhun

 

Həmçinin bax: DUXA TÜRKLƏRİ KİMLƏRDİR ?

Həmçinin bax: turaz.org/valideynlerin-distant-tehsile-munasibeti-video/

Həmçinin bax: tehsilim.org/dovlet-imtahan-merkezi-ve-daad-in-azerbaycandaki-numayendeliyinin-emekdasliq-layihesi-ugurla-tamamlanib-alman-dili-uzre-qiymeti/