II Göytürk xaqanlığı

680-cı ildə  Aşina  ailəsində  Göktürk  başbuğu  Qutluq  istiqlal  üçün  gizli  bir  cəmiyyət  qurub,  az bir  müddətdə beş  min nəfər ətrafına  yığa  bildi. Bunların  arasında  böyük  siyasət  adamı  Tonyuquq  da  vardı. Qutluq   Çinin  şimalında  Yun-çu  əyalətinə  hücum  edib,  çoxlu  qənimət  ələ  keçirdi. Sonra   türklərin  müqəddəs  mərkəzi  olan Ötükənə  hücum  etdi. Bu  zamanda  bu  bölgənin  oğuzları  xotanlar  və  çinlilərlə  birləşib  göktürklərə  qarşı  gəldilər. Lakin  məğlub  oldular(682). Qutluq  Ötükəni  alıb  xaqan  elan  edildi   və  İltəriş  ünvanını  aldı.

Bu zaman  Qutluğun    qardaşı Qapqanşad (naib əs-sətənə)  və  Tonyuquq  da  baş  vəzir  və  məclis  rəisi (ayğuçu)  oldu. Ordu  və  siyasət  onun  öhdəsinə  buraxıldı. Sonra  azuqə, paltar  və at  ələ  keçirmək  üçün  Çinə  hücüm  etdilər  və  Pekin  ilə  Qaansu  arasındakı  şəhərləri  aldılar  və  Çin  ordusunu   məğlub  edib  dağıtdılar. İltəriş  dəfələrlə  xotanlar   və  oğuzlarla   savaşdı ,  onları   özünə  tabe  etdi  və  692 –ci  ildə  Ötükəndə  Göktürk bayrağı  altında  öldü. İltərişin 2 oğlu –Bilgə  8 yaşında  və  Gültəkin  7  yaşında  idilər. Onun   üçün  qardaşı  Qapqan xaqan  oldu. Tonyuquq  da  baş  vəzir  qaldı.

Qapqan  Göktürk  xaqanlarının  ən  böyüklərindəndir. Onun  siyasəti  üç  əsasa   dayaqlanırdı:

1. Çin  basqı  altında tutulmalıdır, ta ki,  türk  dövləti rahat  olub  azuqə  ilə  təmin  olunsun;

2. Çində  pərakəndə  şəkildə  yaşayan  türklər  ana  yurdu  Ötükenə   qayıtmalıdırlar.

3.Asiyada  nə  qədər  türk  varsa, türk  xaqanının  bayrağı  altında  yığılmalıdırlar.

Fikir  və  arzularını həyata kçirmək üçün  əvvəla  Çinə  hücum  etdi və Link-çu və  Ordos  əyalətlərini   aldı. Sonra  Çin imperatriçası Vuya  yardım  etmək  üçün  hücuma keçmək istəyən xotanlara   hücüm  edib  onları  məğlub   etdi  və  Çin  məlakəsindən  azuqə , dəmir  kənd  təsərrüfatı   vasitələri   göndərib,  türkləri   öz  yurdlarına    qaytarmağını  istədi. Qapqan  sonra  Yenisey  çayı ətrafındakı qırğızlara  hücum  edib  onları  asılı hala saldı.

Göytürk ordusunun  qərb  cinahı Tonyuquq  baş   komandanlığı  və  Qapqanın  oğlu  İynal   və  Bilgənin   iştirakı  ilə   Altay  dağlarından   keçib  Cunqariyaya  girdilər  və  Bolçuda  onoxları  təslimə   məcbur  edib, Talas, Ço  türklərini  də  göytürklərə  tabe  etdilər. Bu zaman   xaqanlığın  qərb  hüdudu   Fərqanəyə  qədər uzandı. Qapqanın   üçüncü  arzusunu həyata keçirmək  üçün  Mavərənnəhri  də  almaq lazım  idi. Bu  zaman  Mavərənnəhrdə  məhəlli  hökummətlər 685-ci  ildən   bəri  müsəlmanların   hücumlarına  müqavimət  göstərirdilər. Türk  ordusunun  qərb  cinahı   Ceyhundan  keçib   cənuba sarı  irəli  getdilər  və soğdları  təslim  etdirib,  Dəmir  qapıya  qədər qabağa  getdilər  və  çoxlu  qənimət  ələ  keçirdilər.  Qapqan  tədricən  çox  sərt   və  bədxah  olmuş və  daxili iğtişaşlara  səbəb  olmuşdu. Məsələn, turkişlərin və qarluqların qiyamları  daxili  savaşlara  və  çoxlu adamın  ölümünə  səbəb  oldu.(713)

Bir  il  sonra  oğuzlar qiyam  etdilər  və  xaqanla   müharibədə məğlub  olduqdan  sonra, bir qismi  Çinə  sığındı. Xaqan Ötükənə  dönərkən  oğuzlar  tərəfindən  öldürüldü. Oğuzlar  xaqanlığın  əsas  qismini  təşkil   etdiyinə  görə,  onların qiyamları  xaqanlığın  zəifləməsinə  səbəb  olmuşdu. Bu  məsələ  Orxon  daş  yazılarında  da  nəql  edilmişdir.

Qapağandan  sonra  oğlu  İynal  bir  ildən  artıq  hakimiyyətdə   dayana  bilmədi  və 2  əmioğlusu – Bilgə və Gültəkin  tərəfindən  öldürüldü  və yerinə Bilgə  xaqan  oldu. Gültəkin  ordu  komandanı  Tonyuquq  isə baş vəzir  oldu. Bu  sırada  Çin xotanlar  və basmıllara   türklərə  hücum  etmək  üçün  yardım  etdi. Nəticədə,  Tonyuquq  Çinə  hücum  etməyə  məcbur  oldu. Çinlilər  və basmıllar  məğlub  oldular və  Beşbalıq  türklərin   əlinə  keçdi  və  Göktürk dövləti  əski  qüdrət  və  əzəmətinə geri döndü. Bu  nailiyyətlər  bu  üç  türk   rəhbəri Bilgə  xan, Gültəkin və Tonyuququn   həmkarlığının nəticəsi idi.

Tonyuquq  826-cı  ildə  vəfat   etdi. O böyük  komandan  və  gələcəyi  görən  siyasət   adamı  idi. Ordu  və  ədliyyəni  o  nizama  saldı. Qərb  tədqiqatçıları   onu  göktürklərin  Bismarkı  adlandırmışlar. Onun  öyüdləri   həmişə  Bilgə  xaqan  tərəfindən   eşidilir və  əməl  olunurdu. Məsələn ,  Bilgə  xaqan   çinliləri   təqlid  edib, böyük  şəhərlərin   ətrafına   divar  çəkmək  istədiyi zaman, o mane  oldu  və  dedi: “Biz  bozqır   milləti  olmuşuq,  müvəffəqiyyətimiz  də  bunda  olmuşdur.  Qüvvətli  olduğumuz  zaman   hücm  edərik, zəif  olduğumuzda   da bozqırda  geri  çəkilərik. Çinlilər bizim  yüz  bərabərimizdirlər, əgər  biz,  şəhərdə  məhsur  qalarsaq , onlar bizi  aradan apara bilər.” Sonra  xaqan  Budda  və  Tai   məzhəblərini  türklər  arasında  yaymaq   istədikdə, Tonyuquq icazə vermədi və dedi: “Bu  məzhəblər  insanı  həssas qılar və  hökumət  etmək qüdrətini  insandan alar”.

Tonyuquq  öləndən  sonra  onun  xatirəsinə  qəbir  üstə  bir  yazılı  daş (kitabə)  qoyuldu. Bu  kitabə  Tonyuququn  özü  tərəfindən  yazılıb və  türk  dil və ədəbiyyatının  çox  mühüm  yadigardır. Tonyuquq, eyni zamanda  ilk  türk yazıçısıdır.

731-ci  ildə  Gültəkin  vəfat  etdi və qardaşı  Bilgə  xaqan  tərəfindən  onun  adına bir  yazılı  daş (abidə) ucaldıldı. Bu  kitabə  Yollıq –təkin  tərəfindən  və Bilgə  xaqanın  dilindən  yazılmışdır. Kitabədə Bilgə  xaqan  belə  deyir: “Üçoğuzlar  paytaxta  hücm  etdikləri zaman  Gültəkin  olmasaydı, hamımız  aradan  getmişdik”

734-cü  ildə Bilgə  xaqan  öldü. Onun öz  millətinə  böyük  sevgi  və  inamı vardı. Oğlu tərəfindən  xatirəsinə  yazdırılan  məzar  daşında öz  dilindən  belə  deyilir: ” Ey türk milləti, üstdə  göy yıxılmaz , altda yer dəlinməzsə , dövlətini,  törəni kim poza  bilər”.

Bilgə xaqanın  ölümünə, hətta, Çin  imperatoru  matəm  tutdu və  imperatorun  istədiyinə  görə  məzar daşının  bir  tərəfinə  çincə  yazı  əlavə  edildi. Bilgə xaqanın  ölümündən  sonra xanlıqda  tənəzzül əlamətləri  zahir  oldu. Əvvəla,  xanədan üzvləri  arasında  ixtilaf çxdı, sonra basmıllar  qarluqlar  və  uyğurlarla   birləşərək  üsyan  etdilər  və  Göktürk  dövlətini  yıxıb , bir çox keşməkeşdən  sonra uyğur  iltəbəri Qutluq Kulu xaqan  elan etdilər(745).  Bu  tarixdən  sonra  Uyğur  dövləti  Ötükəndə quruldu.

 

Ədəbiyyat:

Cavad  Heyət-Türklərin Tarix və Mədəniyyətinə bir  baxış-Bakı  2009.
Əsməd Muxtarova- Türk Xalqları Tarixi

YAZAR: Samirə İbrahimli
HƏMÇİNİN BAX: I Göytürk xaqanlığı
HƏMÇİNİN BAX: Tehsilim.org/ildirim-ebdulmehemmed-oglu-almaszade/