İğdırda Ermənistanın işğalçılıq siyasətinə qarşı etiraz aksiyası keçirilir

Türkiyənin İğdır bölgəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə etiraz və ölkəmizə dəstək məqsədilə yürüş-mitinq təşkil olunub. İzdiham Türkiyə-Ermənistan sərhədinə doğru hərəkət edir.
AZƏRTAC xəbər verir ki, aksiya İğdırın Orta Əlican kəndində başlayıb. İştirakçılar Azərbaycan və Türkiyənin dövlət bayraqlarını dalğalandırır, təcavüzkar Ermənistanın işğalçı siyasətinə etiraz, Azərbaycan-Türkiyə qardaşlığına, Ordumuza dəstək şüarları səsləndirirlər.

Mənbə: Azərtac
Müxbir: kafkazh.com xüsusi müxbiri Jalə Hüseynova