Hunların əcdadları

Çində mifoloji dövr adlandırıla bilən bir dövrdən bəhs edən hekayəyə görə, Şia Dövlətinin (e.ə. 2070-1600) dağılmaq üzrə olduğu zaman, kənd təsərrüfatı naziri Qonq Liu adlı bir adam vəzifəsini tərk edərkən ( ayrılarkən) Çindən qərbə Hunlara qaçıb sığındı.

Hun xalqı kimi yaşamağa başlayan bu insan Bin şəhərində yerləşdi. Bundan 300 il sonra Hunlar daha sonra Çində bir dövlət quracaq olan Cou xalqına hücum etdilər. Cou-nun başında Danfu adlı birisi vardı.

Danfu Bin şəhərinin əhalisini topladı və Çi dağına getdi və orada Cou Dövlətinin (e.ə. 1046-256) əsasını qoydu. Yüz ildən çox bir müddət keçdikdən sonra Cou’un Qərb lordu Zanq, Şanxi tərəfdəki Hunlara (Quan Yi’s) hücum etdi. On ildən çox bir müddət sonra, Qərbi Qubernator Zanqın oğlu Vu Bəy, Şanxay Dövlətinin son ağası Cou’ya (e.ə. 1075-1045 dövrü) hücum etdi.

Bundan sonra qədim Çinin qədim paytaxtlarından biri olan Louyanqı qurdu. O öz xalqını Vey çayının cənubundakı Louyanqın altına (Fenq və Hao bölgələri) yerləşdirdi. Hunlar Luoyanın qərbində, Zhanqan’ın (indiki Şian) şimalından axan Cingin şərqinə paralel olaraq axan Luodan şimala doğru getdilər. Hunlar bundan sonra Çinlilərə xərac verməyə başladılar. Hunların burada yaşadıqları ərazilər Çinlilər tərəfindən “huangfu” adlanırdı. Tərifə görə, bu, Çinin mərkəzi xəritəsindən təxminən 2000 ilə 2500 li (1 li 500 metrə qədər) olan xərac verən bölgə idi.

200 il sonra Cou Dövləti əvvəlki gücünü itirdi. Cou Lord Mu (976-922-ci illərdə) Hunlara hücum etdi və məğlub etdi. Mənbədə Mu-nin ağ qurdun və ağ maralın dörd ədəd başını tutaraq gətirdiyi qeyd olunur. Türklərdə canavar və maral elementini vurğulamaq üçün çox güman ki, belə bir ifadə işlədilmişdir. Bundan sonra “huangfu” bölgəsinin xalqı Çin ilə əlaqə qurmadı, xərac gətirmədi. Mu nəvəsi Yi bəy dövründə (eramızdan əvvəl 899-891) Cou dövlətinin gücü xeyli azaldı. Hunlar Çin torpaqlarını işğal etdilər və talan etdilər. Bu vaxt Çinlilər türklərin əcdadı olan bu icmalar üçün müxtəlif şeirlər yazdılar.

Onlardan biri belədir:
“ Şianyuna, onlara necə diqqət yetirilmədiyinə, Şianyunun gətirdiyi problemə görə evimiz, ailəmiz dağıldı”.

Şianyun bu şeirdəki Hun adının ən qədim görünüşlərindən (formalarından) biridir. Yi Bəyin nəvəsi Şuan Bəyin ( e.ə 827 – 781) dövründə Cou dövlətinin orduları şimalda Hunlar üzərinə (Şianyun) yürüş edərək üstünlük qazandı.

Bunun üzərinə aşağıdakı şeirlər yazıldı:
“Şianyuna yaxınlaşdılar və vuruldu; Taiyuana çatdı; arabalar” bum bum”; dəstlər şimalda quruldu”.

Bu zaman Böyük Çin səddi ucaldılmağa başlandı. Cou ordularının və növbəti Böyük Səddin qələbələrindən sonra, əsasən türklər olan şimal icmaları bir müddət Çinə hücum edə bilmədi. Çində bu dövrdə sakitlik yarandı, içəridə güc topladı.

İndi Bəyin oğlu olan Yu bəyin dövründə (M.Ö. 781-771) Hunlar yenidən tarix səhnəsinə çıxdılar. Buna görə, Yu Bəyin Henan’daki Şen adlı şəhərin hökmdarı olan qayınatası ilə münasibətləri pisləşmişdi. Səbəbi həqiqi həyat yoldaşına deyil, cariyəsinə üstünlük verməsi idi.

Bunun ardınca Şen bəy Hun tayfaları ilə əməkdaşlıq etdi və Yu Bəyi öldürdü. Daha sonra o, Cou torpaqlarını tutaraq Cing və Vey çayları arasındakı torpaqları ələ keçirdi. Oradan Cou əyalətinə hücum etməyə başladı. Bu vaxt Çin Knyazlığının Şianq bəyi Cou Dövlətinə kömək etdi.

Bunun üzərinə, Yu bəyin oğlu Cou Pinq (eramızdan əvvəl 770 -719) Vey çayının cənubundakı Luoyanqın qızılını boşaldaraq şərqə çəkildi və Luoyi (bugünkü Luoyanq. bəylikdəki Şianq bəy) hücum etdi. Hunlar və bütün bu torpaqları indiki Şaanşidə Çi-yə qədər irəliləyərək idarə etdilər, Çi bəyliklərinə hücum etdilər və bunun ardından Çi bəyliyinin Li bəyi (ö.698) onlara müqavimət göstərdi.

44 il sonra Hunlar Yan bəyliyinə hücum etdilər. Yan knyazlığı Chi bəyliyindən kömək istədikdə, Chi knyazlığının Huan bəyi şimala yönəldi və Hunlara hücum etdi. Hunlar qaçdı. 20 ildən çox bir müddət sonra Hunlar Luoyi’yə (indiki Luoyanq) enərək Cou knyazlığının başçısı Shianq bəyə hücum etdilər. Bunun üzərinə Şianq bəy Cou və Sonq bəylikləri arasındakı Cenq torpaqlarına qaçdı.

Buraya girmək üçün Şianq bəy əvvəlcə şimaldakı Hun xalqından bir qızı (e.ə. 637) həyat yoldaşı kimi aldı (e.ə. 637) və evlənmə yolu ilə etdiyi razılaşma ilə Hunlarla birləşərək Çenqə hücum etdi. O müvəffəqiyyətli olduqdan sonra Hun qızını qovdu. Hun qız buna hirsləndi. Bu vaxt Şianq bəyin anası digər oğlu Zi Dayı bəy etməyə çalışırdı. Beləliklə, analıq, oğlu Zi Day və Hun Hatunu hamısı birlikdə hərəkət etdilər. Şianq bəy Cenin Fanyi şəhərinə yaxınlaşdıqda, onlar şəhər qapılarını açıb Hunları yerləşdirdilər.

Şianq bəy bu güclü izdiham tərəfindən məğlub oldu və Zi Dai Cou bəyliyinin başçısı oldu. Hunlar Cenqin şimal-şərqindəki Vey torpaqlarında məskunlaşdılar və talanlara başladılar.

Dörd illik sürgündən sonra Cou-nun keçmiş ustası Şianq, Şanxi tərəfini idarə edən Cin Bəyliyindən kömək istədi. Ven bəy isə Hunlara hücum edərək Zi Dai’yı öldürdü və Şianq’ı Luoyi’yə (Luoyanq) dəvət etdi. Bu vaxt Çin və Cin bəylikləri güclü ölkələr idi. Cin Lord Ven tərəfindən məğlub olan Hunlar, Sarı çayın qərbindəki Huan və Luo çayları arasında yerləşdilər. Bundan sonra onlar “Qırmızı” və “Ağ”a  bölündü.

QAYNAQ: Kürşat Yıldırım-Hun Tarihi
TƏRCÜMƏÇİ: Aydan Abbasova
HƏMÇİNİN BAX: Çağatay xanlığı Alqu xaqanın hakimiyyəti illərində
HƏMÇİNİN BAX: Turaz.org/cin-uygur-turkleri-uzerinde-suni-zehni-hiss-etme-proqramini-sinaqdan-kecirib/