Hunlarda idarəetmə sistemi: Xaqan

Asiya Hunlarında dövlətin başçısı Tanhu (Şanyü) titulunu daşıyırdı. Hun tarixi kitabında qeyd edildiyinə görə insanlar onu  Tanhu Çengli Qutu deyə adlandırırdılar. Qeyd edilir ki, çengli “səma” və ya “Tanrı” , qutu isə “oğul” mənasını verir.Etimoloji izahı Çin mənbələrində bir çox digər nümunələrdə göründüyü kimi düzgün olmasa da , bu titulun orfoqrafiyası bizim üçün önəm daşıyır. Digər tərəfdən isə həmin titulun “Tanrıkut” adlanmasını düşünənlər də var. Avropa Hunlarında bu titul məlum deyil.Bu səbəbdən tədqiqat əsərlərində hökmdar, imperator kimi titullar verilir.  Avropa və Asiya Hunlarında dövlətin 2 qolu var idi: Sağ və Sol və ya Şərq və Qərb. Asiya Hunlarında həmin qolların başçısı “müdrik bəy” (Çin mənbələrində: şianvanq), Avropa Hunlarında isə “şahzadə”(Latın və Bizans mənbələrdə) adlanırdı. Qolların başçısı birbaşa olaraq kral ailəsindən olurdu. Mənbələrdə adı çəkilən ilk Asiya Hun hökmdarı Teoman, Avropa Hun hökmdarı isə Balamirdir.

Şanyüdən sonra Asiya Hunlarınən dövlət təşkilatındakı rütbələr aşağıdakı kimi idi:Sol-Sağ Müdrik bəy, Sol – Sağ Luli bəy ,Sol-Sağ Hərbi başçı, Sol – Sağ Ali rəhbər, Sol-Sağ Dunqular, Sol-Sağ Kutular gəlirdi.Hunlar tuçini “müdrik” sözü ilə adlandırırdılar. Vəliəhd Tuçi bəy olacaqdı.Cəmi 24 başçı var idi.Onlar on min atlının və ya bölmələrin başçısı kimi tanınırdılar. Yüksək rütbələr atadan oğula keçirdi. Hunlarda Huyan, Lan ,Şubu adlı zadəgan ailələri var idi.İdarəçilikdə sol qolu əhatə edənlər şərqdə yaşayırdılar.Sol qolun idarə etdiyi torpaqlar, yəni dövlətin sol qanadını təşkil edən torpaqları Şanqunun şərqindən Mancuriya xalqları olan Huimo və Xaosyanın (Koreya) ərazisinə qədər əhatə edirdi. Dövlət idarəçiliyində sağ qolu təşkil edənlər isə qərbdə yaşayırdılar.Sağlar tərəfindən idarə olunan ərazilər, yəni dövlətin sağ qanadını təşkil edən torpaqlar isə Şanqjunun qərbindən Tibetlilərin əcdadları olan Di və Çanq xalqlarının Kök Nör(Çinxay)ərazisindəki yaşadığı yerlərə qədər idi.Şanyünün məskunlaşdığı torpaqlar, Çinin mərkəzi-şimal hissələri olan Dai və Yunkonq torpaqlarına qədərdir.

Aydın idi ki, Hunlarda hər kəs torpağa sahib idi.İnsanlar su və qida ehtiyatından sonra mal-qara ilə birlikdə köç edirdilər  və bununla da onlar köçəri həyat tərzinə sahib idilər.Sol və Sağ Müdrik bəy, Sol və Sağ Luli bəy ən çox əraziyə sahib idi. Sol və Sağ Kutular isə  köməkçi  idilər. 24 rəhbər minbaşı, yüzbaşı, onbaşı, kiçik bəy, köməkçi, ordu başçısı, dunqu, juçu kimi rütbələr yaratmışdılar. Bizim Avropa Hunları barəsində  o qədər də ətraflı məlumatımız yoxdur. Xaqandan sonra bölgələri idarə edən və sülaləyə mənsub olmadan mərkəzdə yabqu kimi vəzifə yerinə yetirən  “şahzadə”  olardı. Aydındır ki, Hun dövlətində imperiya idarəçilik sisteminə uyğun olaraq asılı və azad bir mərkəzi sistem var.Biz digər rütbələr və səlahiyyətli şəxslər haqqında məlumata sahib deyilik. Mənbələrdən də aydın olduğu kimi, yabqu şanyüdən (xaqandan) sonra 2ci şəxs sayılırdı və müharibə zamanı orduya başçılıq  edirdi. Mütərəqqi qanunlar  vəzir, böyük sərkərdə, ordu başçıları,elçilərdən ibarət olan mərkəzi məclis tərəfindən qəbul olunurdu. Dəstələrin başçıları tam olaraq mərkəzə tabe idilər, lakin hökmdarın bilməsi şərti ilə qonşu dövlətlərlə əlaqə yarada bilərdilər.

QAYNAQ: Kürşat Yıldırım- Hun Tarihi
TƏRCÜMƏÇİ: Lamiyə Süleymanlı 
HƏMÇİNİN BAX: Böyük Hun dövləti Huyandi Tanhunun hakimiyyəti illərində
HƏMÇİNİN BAX: Tehsilim.org/turk-edebiyyatinda-elisir-nevainin-rolu-adli-seminar-kecirilecek/