Hun- Qərbi Roma münasibətləri və Katalaun döyüşü

Attila hakimiyyətə gəldikdən sonra Qərbi Roma öz elçilərini göndərdi və sülhün davam edəcəyinə razılıq verdilər. Bu, Romanın Sava sahilindəki Pannonia torpaqlarını Atillaya verməsi və ona müəyyən illik ödəniş ödəməsi qarşılığında idi. Hunlar Aetiusu dəstəkləyərək Qərbi Roma siyasətində söz sahibi oldular. Sonrakı proseslərə baxmayaraq, hunların Şərqi Romaya üz tutması ilə əlaqələr heç bir problem olmadan davam edirdi. Anadolu sülhündən sonra tamamilə sıxışdırılan Şərqi Roma, həll yolunu Attilaya sui-qəsd planlaşdırmaqda tapdı. Bu vaxt Atillanım, Şərqi Romalıların Hun torpaqlarından uzaq durmaları və qaçaqların geri qaytarılması istəklərini özündə əks etdirən məktubunu yaxınları Edekon və Orestes İstanbula gətirdi. İmperator və onun ətrafındakılar, Atillanı öldürmək üçün Edekona külli miqdarda rüşvət verərək plan hazırladılar. Atillaya cavab olaraq göndərilən Şərqi Roma səfirliyinin rəhbəri olan Priskus bu plandan xəbərsiz idi. Edekon Atillaya hər şeyi dedi. Beləliklə, sui -qəsd boşa çıxdı. Səfirliyin nümayəndə heyətində bu işdən məsul və məlumatlı olanlar həbs edildi. Yeri gəlmişkən, nümayəndə heyəti gələndə Attila hədəfini Qərbi Romaya yónəltmişdi. Buna görə də, Şərqi Roma ilə heç bir problem yaranmadan müqavilə imzaladı.

Attila Qərbi Romaya qarşı yürüşə hazırlıqlarını davam etdirirdi. Qərbi Roma İmperatoru III Valentinianın bacısı Honoria, evli olmadığı üçün taxta çıxa bilmirdi. Sonra o, İstanbula göndərildi.  Nəzarət altında olan Honoria Atilladan kömək istədi və ona nişan üzüyü göndərdi. Bunu qəbul edən Attila Valentiniandan cehiz olaraq Qaliyanı istədi. İmperator Honorianı Romaya çağırdı və bu evlilik bir göstəriş idi. Bundan sonra, sanki şimalda almanlara qarşı hərəkət edirmiş kimi orduya rəhbərlik edən Attila, Romalı Yuvith ilə müttəfiq olduğunu elan etdi. Öz növbəsində, onun əsas məqsədi almanları və visiqotları səfərbər etmək idi. Bu arada Şərqi Roma İmperatoru II Teodor 450-ci ildə qəflətən öldü və onu əvəz edən, imperatoriçaya istəklərini qəbul etdirən Attila şərq tərəfinin təhlükəsizliyini təmin etdi. Attilanın 451-ci ildə müxtəlif qruplar daxil olmaqla böyük bir ordu ilə Qaliyaya doğru irəlilədi. Bu vaxt Şərqi və Qərbi Romaya elçilər göndərdi və onun üçün bir saray tikilməsini əmr etdi. Hun ordusunda çoxlu sayda almanlar, gepidlər, şərqi qotlar, franklar və s. var idi. Atilla ordunu ikiyə böldü.  Bir hissə Dunayın sağ sahilindəki Roma qalalarını ələ keçirəcəkdi. Digər hissə Dunayın sol sahillərindən başlayaraq bütün xalqları özünə qoşacaqdı. Hər iki hissə sonda Reyn sahillərində birləşdi. Bu vaxt o, Qaliyaya doğru hərəkət edən Attila Reyn çayını keçdi və Qaliyanınn şimal -şərqindəki şəhərləri ələ keçirməyə başladı. Buna cavab olaraq Roma ordusu geri çəkildi.  Bəzi Burqundiya və Frank qoşunları da əvvəlcə müqavimət göstərməyə çalışsalar da sonradan geri çəkildilər. Atilla uzun çəkən bir mühasirə ilə Metz şəhərini ələ keçirdi. Şəhəri ələ keçirən və irəliləyən Hun ordusu Reyms şəhərinə yaxınlaşdı. İnsanlar qaçdıqca şəhər dərhal çökdü.  Bundan sonra ordu Orlean şəhərinə yollandı. Oradakı daş körpü, Visiqot torpaqlarına giriş və çıxışa nəzarət etmək üçün çox vacib idi. Şəhər əhalisi hunlara tabe olmağa razılıq verərək şəhəri təslim etdi. Bu vaxt Aetius, Qaliya xalqlarından topladığı ordu ilə hərəkətə keçdi. O, Visiqot Kralını da özü ilə apardı.Visigot Kralı, əsasən alan, frank, sarmat, saksonlardan ibarət olan ordusu ilə Atillanı qarşıladı. Atilla rəqibini özünə tərəf çəkdi.

Katalaun döyüşü:
Bu arada əsgərləri ruhlandırmaq üçün aşağıdakı nitqi söylədi: “Bu qədər tayfa üzərində qazandığınız qələbələrdən sonra, dünyanı işğal etmək ərəfəsindəykən, indi sizi təşviq etməyi uyğun görmürəm. Çünki bu, yalnız təcrübəsiz orduya qarşı təcrübəsiz komandirlərə aiddir. Müharibədən başqa bir şey bilirsinizmi? Bir insan üçün əlində silahla qisasını almaqdan daha yaxşı bir şey varmı? Qəlbi qisas istəyi ilə doldurmaq təbiətin ən böyük nemətidir.  Bunun üçün hər halda düşmənə hücum edək. Çünki ilk hücum etmək həmişə ən cəsarətlisidir. Müxtəlif birləşdirilmiş qəbilələri isə nəzərə almayın. Müdafiə üçün birləşmək də qorxu əlamətidir. Görürsünüz?  Hücumdan əvvəl qorxu hissi onları bürüdü. Onlar təpələrə getmək istəyirlər. Ancaq bura da onları xilas edə bilməyəcək.. Sığınacaq axtarıb düzənlik yerlərdə yerləşəcəklər. Bunu da edə bilməyəcəklər.  Romalıların çox yöndəmsiz silahlardan istifadə etdiyini bilirik. Deməzdim ki, bu, onlar üçün uğursuzluğun ilk əlaməti idi. Ancaq toz təbəqəsi onlara qarşıdır.  İntizamsız şəkildə birləşmək və özlərini qalxanları ilə müdafiə etmək istəyirlər. Bunlara heç vaxt əhəmiyyət verməyərək alanlar və visiqotları ittiham edirlər.  Döyüşün ən çətin olacağı yer budur. Sinirlər pozulduqda, ətraflar zədələndikdə və sümüklər qırıldıqda bədən özünü saxlaya bilmir.  Qəlbləriniz həyəcanlı olsun, adətiniz üzrə həyəcanla hücum edin. Silahlarınızın gücünü, hunların əzəmətini göstərin. Əgər müharibə olmasaydı, hunlar bu qədər tayfa üzərində hakim olaraq qala bilərdimi? Niyə Maeotis əsrlər boyu atalarımıza qapalı, gizli yollarını açdı?  Bu döyüş meydanı hunlara xeyir və yalniz xeyir vəd edir.  Birinci oxu düşmənə vururam və oxumun vurduğu adam ölüdür.  Çünki Atilla müharibə edir ”.

Bu vaxt Atilla, bir kahindən savaşın taleyi haqqında soruşdu. Bir qoyun kəsilərək kürək sümüyü yandırıldı və sümüyün şəklinə görə müharibənin sonu öyrənilməyə çalışıldı. Buna görə düşmən komandiri öləcək, ancaq hunlar da məğlub olacaqdı. Nəticədə, iki ordusu, Sena çayının sol sahilində, Mauriakus  bölgəsində görüşdü. Günorta saat 3 -dən axşama qədər davam edən döyüşdə heç bir tərəf qalib gələ bilmədi. Atilla düşərgəsinə qayıtdı. Visiqot-Roma ordusu hunların ağır oxları qarşısında hücum edə bilmədi və düşərgələrinə çəkildilər. Visiqot qoşunları döyüşdə öldürülən padşahının cənazəsini götürdü və tez məmləkətinlərinə qayıtdı. Digər Roma müttəfiqləri də dağıldı. Aetius isə az sayda əsgərlə bir müddət düşərgədə qaldı. Dunay üzərindən göndərilən Şərqi Roma elçisini qəbul etməyən Atilla, torpaqlarına qayıtdı. Vergi ödəməyi tələb etdi və müharibə təhdidi verdi.

Hunlar və Qərbi Romalılar arasındaki bu müharibə Jordan tərəfindən aşağıdaki kimi təsvir edilir:

“Romalıların rəhbəri düşmənləri məğlub etmək üçün bir çox ordu qrupu toplayan Aetius idi. franklar, sarmatlar, ripariolenlar, brionerlər və bəzi Alman tayfaları Aetiusun əmrində idilər. Hadisə, başqa cür bilindiyi kimi‚ Katalaun və ya Maunak çöllərində sona çatdı. Bu çəmənliklər bir çox xalqların döyüş meydanı idi.

Bəs niyə bu şiddətli müharibələr aparılırdı? İnsanların bir-birinə silahla hücum etməsinə səbəb olan bu nifrət haradan gəlirdi? Məlumdur ki, insanlar yalnız liderləri üçün yaşayırlar və minlərlə insan yalnız bu liderin sözü ilə mübarizə aparır. Axı təbiətin əsrlər boyu yaratdığı gözəlliklər birdən yox olur. Əsl müharibəyə keçməzdən əvvəl sizə bu məşhur, böyük və mürəkkəb müharibədən əvvəlki hadisələr haqqında danışmaq istərdim:

Təhlükəli gələcəkdən qorxaraq, Domain Kralı Sanqibanus Atillaya təslim olacağını və ona yaşadığı Orlean şəhərini verəcəyini vəd etdi. Ancaq Aetius və Teodor bunu öyrənəndə şəhərin ətrafında hündür divarlar tikdilər və Atillanın gəlişindən əvvəl Sanqibanusu izlədilər. Bundan qorxan və güvəndiyi adamların xəyanətini görən Atilla müharibəyə başlamamaq üçün bir qədər ləngidi. Qaçmaq fikrinə düşdü, amma bununla fəxr edə bilmədi və kahinlərin yanına gedərək gələcəklə bağlı məlumat istədi. Kahinlər gələcəyin hunlara pislik gətirəcəyini, ancaq düşmən liderinin öləcəyini söylədilər. Bunun üzərinə, Aetiusun ölməsini istəyən Atilla, şər bahasına olsa da, müharibəyə başladı.

Döyüş, daha əvvəl də qeyd edildiyi kimi, Katalaunda baş verdi. Bura çox yüksək bir yer olduğundan hər iki tərəf bu yüksəklikdə məskunlaşmağa çalışırdı. Hunlar sağ bölgəni, romalılar və visiqotlar isə sol bölgədəni işğal etdilər. Müharibə əvvəllər boş qalmış bu yüksəklikdə həll olunmağa başladı. Roma ordusunun sağ qanadına Teodor və visiqotlar, sol qanadına Aetius və romalılar, mərkəzə isə Sanqibanus rəhbərlik edirdi. Hunlarda Atilla ortada idi və qanadları müxtəlif tayfalardan olan xalqlardan ibarət idi. Bunlara Şərq qotlarının liderləri Valamir, Teodemir və Videmer, Attilanın müdrikliyi ilə sevdiyi Ardarik və ordusu daxil idi. Hamısı istisnasız olaraq Atillanın sözünü dinlədi və əmrlərinə uyğun hərəkət etdi. Atilla hamısını idarə etdi və taleyini tək həll etdi. Müharibə, daha əvvəl də qeyd edildiyi kimi, doğru yerə gəlməyə başladı. Atilla ordusuna dağın zirvəsinə doğru irəliləməyi əmr etdi. Ancaq Torismund və Aetius onlardan daha sürətli hərəkət edərək zirvəyə çatdılar və gələn hunları yuxarıdan dəf etdilər.

Ordusunun ləngiməyə başladığını görən Atilla, onları ruhlandırmağa çalışırdı. Atillanın sözlərini eşidən ordu özünü toplayıb düşmənə hücuma keçdi. Bu, əsrin indiyə qədər gördüyü ən şiddətli, ən böyük müharibə oldu. Bu müharibə heç yerdə olmayan və əvvəllərdə heç yerdə görülməmiş şəkildə qorxunc, mütərəddid, qanlı və qəzəbli olan bir müharibə idi. Döyüşün keçirildiyi yerin sol tərəfində axan çayın suları ölülərin, yaralıların qanı ilə öz rəngini dəyişmişdi. Susuzluqdan və quruluqdan ağızları yanan yaralılar çay axınının kənarına gəldilər və ölülərin cəsədləri ilə dolu yeri taparaq dodaqlarını yalnız yaralıların qanı ilə islatmalı oldular. Bu müharibədə Atilla, öz atını döyüşün ortasına sürərək onları ruhlandırmağa çalışmışdı, amma döyüş zamanı o, atdan yıxılaraq öz adamları tərəfindən əzilmişdi. Və beləliklədə, kahinlərin Atillaya dedikləri doğru çıxdı. Ancaq Atilla elə ümid edirdi ki, bu Teodrikə deyil, Aetiusa aid ola bilər. Visiqotlar alanları keçərək hunlara hücum etdilər. Atilla son anda  çoxlu at arabaları ilə əhatələnmiş sığıanacağa  qaçaraq öz həyatını xilas edə bildi. Kral Teodrikin oğlu Teodrismus, hava qaraldığı üçün düşmən ərazisində yolunu azdı və yalnız onu axtaran dostlarının köməyilə oradan qaçmağı bacardı.

Növbəti səhər, romalılar çoxlu ölülərin  tapıldığı ərazidə heç bir Hun görmədikləri üçün döyüşü qazandıqlarını zənn etdilər. Amma onlar Atillanın qorxaq kimi qaçmadığını, lakin məğlubiyyətin təhlükədə olduğu üçün geri çəkildiyini də bilirdilər. Çünki Atilla qətiyyən qaçaq kimi davranmırdı. Uzaqdan atılan silah səsləri və hay-küylə o öz varlığını bildirirdi. Baxmayaraq ki, o bu döyüşdə məğlub oldu, amma düşmənlərini qorxutmağı bacardı. Düşmənləri onunla necə davranacağını düşünürdülər. Nəhayət ki, sonda onu mühasirəyə almağa qərar verdilər. Atilla sığınacağın qarşısında böyük bir alov yandırdı. Beləliklə, əgər düşmən gələrsə, əllərinə düşməkdənsə alova atılaraq ölməyi üstün tutmuşdu.

Eyni zamanda, visiqotlar çoxlu cəsədlərin olduğu ərazidə öz krallarını ölmüş tapdılar. Böyük mərsiyələr və ənənələrinə uyğun mərasimlə onun cəsədini apardılar. Torusmund (Teodrik böyük oğlu) Aetiusdan atasının ölümünün təsiri altında hunlardan necə qisas ala biləcəklərini soruşdu. Aetius Torismundun hunlarla döyüşdən sonra qotların Roma imperiyası üçün təhlükə yarada biləcəyini düşündüyü üçün ölkəsinə qayıtmasını və hakimiyyəti ələ keçirməsini təklif etdi. Çünki atasının ölümündən sonra qardaşları miras üçün hərəkətə keçə və qarışıqlıq yarada bilərdi. Bunun bir hiylə olduğunu başa düşməyən Torismund hunlarla mübarizədən əl çəkdi və Qaliyaya, vətəninə qayıtdı. Bu dünya şöhrətli müharibədə, hər iki tərəfdən təxminən 165 min insan öldü. Atilla qotların ayrıldığını öyrənəndə zəfər hissi keçirdi.

Müəlliflərin bu müharibə haqqında fərqli fikirləri var. Qərbi Romaya yürüş edən Hun ordusunda 500 minə qədər əsgər sayını artıranlar var. Hər iki tərəfdən ölənlərin 300 ilə 500 min arasında olduğunu söyləyənlər də var. Digər tərəfdən, Türkiyədəki Avropa Hunlarının tarixi ilə bağlı yeganə tədqiqatçı olan Əli Əhmədbəyoğlunun araşdırmalarına görə, bütün bu rəqəmlər şişirdilir və o dövrün şərtlərinə görə Attilanın ordusu 20-30 min idi. Hər iki tərəfin itkiləri Jordanın dediyi 165 minin beşdə biri idi. Yenə Əhmədbəyoğlunun fikrincə, Attilanın məğlubiyyətini qeyd edən Roma mənbələrinə və kilsə tarixlərinə baxmayaraq, müharibədə qalib və məğlub tərəf yoxdur.

QAYNAQ: Kürşat Yıldırım- Hun tarihi
TƏRCÜMƏÇİLƏR: Fəridə Mahmudova, Xanım Abdullayeva və Nəzrin Elyazova
HƏMÇİNİN BAX: Atillanın I və II Balkan səfərləri
HƏMÇİNİN BAX: Tehsilim.org/usaq-gencler-idman-sahmat-mekteblerinin-yetirmeleri-avropa-cempionu-oldular/