Hun dövləti Laoşanq xaqanın hakimiyyəti illərində
Laoşanq (Göyxan) xaqan
Dövlətin qurucusu Teoman və dövləti ən böyük qüdrətinə çatdıran isə Mete idi. 174-cü ildə Metenin ölümündən sonra oğlu Jiyu (Jiyu, bəzi mənbərlərdə Göyxan) onu əvəz etdi. Onun rütbəsi Laoşanq idi. Yeni Çanyu (Tanhu) hakimiyətdə olarkən, Çin imperatoru Ven sülh müqaviləsi üçün evlilik yolu ilə sülalədən bir şahzadə göndərdi. Yan xalqından olan Conqhanq Yue şahzadəni Çanyuya aparmaq üçün təyin edildi. Conqhanq Yue getmək istəmirdi, amma o məcbur göndərildi. O Hun ərazisinə çatan kimi Laosanq Çanyunun xidmətinə keçdi. Onun fikirləri yüksək qiymətləndirildi
və hörmət edildi.
Laoşanqın Çinə heyranlığı:
Çanyu Çinin həyat tərzinə, yeməyə və paltara heyran olunmuşdu. Conqhanq Yue daha sonra xəbərdarlıq edərək dedi: “Hundakı bütün əhali Çinin bir vilayətinin əhalisindən çox deyil”. Hunları güclü edən şey Çindən asılı olmamaları, geyimləri və yeməklərindəki fərqlərdir. Bu gün Çanyu öz adət-ənənəsini dəyişir və Çin məhsullarını sevir. Əgər bu belə davam etsə Hunlar iki Çin məhsulu tükənmədən Çinə tabe olacaqlar. Əgər Çin ipək parçalarını götürüb ata minsəniz, paltar və şalvarlarınız çəmənliklə, tikanlarda cırılacaq. Sonra da onların keçə və dəri qədər gözəl olmadıqlarını görəcəksiniz. Çinin yemək və məhsulllarını atanda görəcəksən ki, bizim kimi gözəl və faydalı deyil”. O, Çiçi xaqanın ətrafındakılara qeyd sistemini öyrətdi və onlar bunun vasitəsilə insanların və heyvanların sayın hesabladılar.
Laoşanqın Çinə qarşı diplomatik üslubu və Hunlar haqqında qeydlər:
Çin imperatoru: “İmperator hörmətlə Çanyunun sağlığını istəyir”, – deyərək başlayan və təxminən 25 santimetirlik bir lövhəyə yazılmış məktubu hədiyyələrlə Çanyuya göndərdi. Laosanq Çanyunun müşaviri olan Conqhanq Yue isə Çanyudan ondan bir neçə sətir çox, möhürlənmiş və zərflə bir məktub göndərməyi istəyir. Çanyunun məktubu: “Göy və yer tərəfindən yaradılan, Günəş və Ayın hakim olduğu Hunların böyük Çanyusu Çin imperatorunun sağlığın soruşur”. Bundan sonra ona yenidən hədiyyələr göndərilməsini məsləhət gördü.
Hun bazasına gələn Çin səfirir görüş zamanı hunların yaşlılara hörmət etmədiklərini dedi. Conqhanq Yue Hunlar haqqında qeyd edir: Çində müharibəyə gedən əsgərlərin ətrafındakılara ən yaxşı qida və paltar verilir. Hunlarda isə bu çox böyük işdir. Çünki yaşlı və zəiflər döyüşmək qabiliyyətində deyillər və yaxşı qida və içki isə çox keyfiyyətlidir. Onlar güclülərə verilir amma bütün bunların güclülərə verilməsi o demək deyil ki, yaşlılara hörmət edilmir. Çıxışında Çin səfiri bu dəfə Hunlarda ata ilə oğulun bir çadırda qaldığını, ata öləndən sonra oğulun analığı ilə evləndiyini, Hunların başgeyimləri və kəmər taxmadıqlarını söylədi.
Conqhanq Yue yenə qeyd edir: “Hunların ənənələrində qulluq edilən heyvanın əti yeyilir, südü içilir və dərisi geyinilir. Sürüləri otlatmaq və sulamaq üçün hər fəsil müəyyən ərazilərə köçürürlər. Buna görədə zəruri hallar üçün at çapmaq və ox atmaq öyrədilir. Normal vaxtlarda insanlar dinc olur və heç nə etmirlər. Onların razılaşmaları və qanunları sadədir və asanlıqla tətbiq olunur. Hökmdarlarla idarəedilən insanlar arasındakı əlaqə də sadədir və asanlıqla qurulur. Hökumət tək bir orqana bənzəyir. Ata və qardaş öldükdə oğul ailənin itiriləcəyindən qorxduğu üçün onların arvadı ilə evlənir. Buna görə Hun cəmiyyəti xaosa uğrasa da öz boylarını, soylarını davam etdirirlər.
Bu gün Çində oğullar və qardaşlar vəfat etmiş atalarının və qardaşlarının arvadları ilə evlənmirlər, amma qohumluq əlaqələri zəifləyir və qohumlar bir-birlərini öldürür. Buna görə də, ailələrini (soyadlarını) dəyişməyə gəldikdə qanunların və ritualların yaratdığı zərər səbəbindən hökmdar və idarəolunanlar arasında ziddiyyət yaranır. Yenə də evin və binanın təbiəti enerji sərf edir. İnsanlar paltar və qida əldə etmək üçün tarlalarını şumlayır, ipəkqurdu yetişdirirlər, yaşayış məntəqələrinin ətrafında özlərini qorumaq üçün divar və baryerlər tikirlər. Buna görə də Çin xalqında fövqəladə hallarda döyüş hazırlığı alınmır. Normal vaxtlarda işsiz qalırlar. Palçıq evlərdə yaşayırlar.”.
Laoşanq Xaqan Çin elçisinə deyir: “Əgər verdiyiniz şeylər əla və keyfiyyətlidirsə, bu yaxşıdır, onlar mükəmməl və keyfiyyətli olmasa onda bizim cəld atlarımız gəlib sizin tarlalarınızdakıməhsulları çeynəyəcək”.
Conqhanq Yue gecə-gündüz Çanyunun yanında olurdu. Ona görüləcək işlərin fayda və zərərləri ilə əlaqədar məsləhətlər verirdi.
QAYNAQ: Kürşat Yıldırım- Hun tarihi
TƏRCÜMƏÇİ: Zəhra Dadaşzadə
HƏMÇİNİN BAX: Mete xaqanın Çini tamamilə asılı hala salması
HƏMÇİNİN BAX: Tehsilim.org/serbest-insanlar-olksinde/