Hun adının mənşəyi və hunların kökəni
Hun adının mənşəyi:
İlkin məlumatlara görə‚ Hunların əcdadları‚ yəni Şan Ronqlar e.ə 2350-ci illərdə Şianyun, Hunyu adları altında Çinin şimal sərhədlərində yaşayırdılar. Ümumilikdə‚ onlar, həmçinin Di‚ Ronq‚ Hu kimi də adlandırılırdılar. E.ə 16-cı əsrdə Çin tərəfindən bir bayraq altında birləşdirildikdən sonra hunların tarixi vahid şəkil aldı. Bu hadisədən sonra‚ Hun adı Çin mənbələrində Şionqnu olaraq qeyd edildi. Bu söz hun adının ekvivalenti idi.
Hun adına istinad edən bir sıra Çin mənbələri mövcuddur. Şiji və Han Şunun ilk sülalələrənin tarixlərinə aid qeydlərə görə, Şionqnuların ilk əcdadları Çunvey adlanırdı. Tanq və Yu eralarından əvvəl, onlar Şan,(dağ) Ronq, Şianyun, Hunyu adları ilə tanınırdılar. Jin Şu-da belə bir qeyd var: “Şionqnular ümumilikdə Şimal Di adlanırdılar. Şia erasında isə onlar Şunyu‚ Yin erasında Quifanq‚ Kou erasında Şinayun və Xan erasında Şionqnu olaraq tanınırdılar”.
Beləliklə‚ Hunların e.ə 2500-1600-cü illər arasında Ronq, Şanyun, Hunyu‚ e.ə 1600-1000-ci illər arasında Quifanq‚ e.ə 1000-250-ci illər arasında Şiti və nəhayət‚ e.ə 3-cü əsrdə, yəni Xan erasında isə Şionqnu olaraq adlandırıldıqları məlum olur. Bu Çin adları çinlilərin Hun adını müxtəlif dövrlərdə fərqli formalarda eşitməkləri və fərqli tələffüzlərindən ibarətdir.
Çin mənbələrindən əlavə‚ həmçinin Hun adının çəkildiyi müxtəlif dillərdə mənbələr mövcuddur. Bu da Hunların yayıldıqları geniş ərazidə müxtəlif icmalarla əlaqə qurmalarından və tarixlərinin həmin icmaların ədəbi qeydlərində yer almasından irəli gəlir.
İlk adları: Hun, Huna, Hyaona və Hyon fomalarında görülür. Həmçinin, Hun adı ilə bağlı bəzi fikirlər də mövcuddur. Bunlardan ən ağlabatanı isə türk dilində “Kün”, “xalq” anlamını bildirəndir.
Hunların kökəni:
XVIII əsrdə Avropa sahəsindəki Hunlar ilə Asiya və Çin mənbələrində Şionqunu adlandırılan insanların eyni olduğu barədə fikirlər ortaya çıxmağa başladı. Beləliklə də, Hunların mənşəyi marağa səbəb oldu. Hunların əcdadı deyə biləcəyimiz bir sıra icmalar mövcuddur. Xan sülaləsinin rəsmi tarixi olan Xan Şuya görə hunların qurucusu ən qədim Çunvay bəylərindən olan Teoman olmuşdur. Onlar min ildən artıq yaşadılar. Dövlət bəzən parçalanmış, zəifləmiş bəzən birləşmiş və güclənmişdi. Mete sülaləsinin dövründə daha da güclənmiş və bütün şimal xalqlarını özlərinə
tabe etmişdilər .Bundan sonra onlar Çin məşəli sayıldılar və dövlət təşkilatlarında mövqe tutmağa başladılar. Bu mənbələrə əsasən müxtəlif şərhlər verilmişdir.
Hunlar tərəfindən qurulan bu dövlət müxtəlif qəbilələr, topluluqlardan ibarət bir konfederasiyadır. Hun birliyinin tərkibindəki türklər, Çinin şimalında və şimal-qərbində yaşayırdılar. Tez-tez Qansu, Ordos, Şimali Çin bölgələrini zəbt edirdilər. Qobi səhrasını şimal və cənubunda, Altay və Tanrı dağlarının ətəyində izdihamlar var idi. Onlar zaman-zaman Orta Çinə daxil olurdular. Çinin içərisinə doğru enən türklərin arasında Moğollar da var idi. Yenə də Hunların şərqində Tunquz əcdadlarının olduğu güman edilir. Bu baxımdan hunların Türk, Monqol, Türk-Monqol qarışığı, Türk-Monqol-Mançu qarışığı olduğu barədə müxtəlif fikirlər mövcuddur.
Buradaki baxışlarda 3 fərqli millət vurğulanır. Buna uyğun olaraqda Hunlar Türklərin, Donqu Monqolların və Şuşen Tunquzların əsdadları sayılır.
Mete e.ə 209-cu ildə xaqan olduqdan sonra sonra ilk olaraq Donquya hücum etdi. E.ə 221-206-cı illər arasında Çinə hakim olan Çin Dövləti ilə əlaqəli hadisələrdən bəhs edən çinli Hui Yao da bir qeyd var: “Donqu…Onlar Şionun (Hun) ilə əməkdaşlıq etdilər və inkişaf etdilər. Ox atan əsgərlərin sayı 200 mindən çox idi. Onlar Çin dövrünün sonlarına yaxın Şionun tərəfindən məğlub edildi.”Onlar oxşar görünməsələrdə Hunlar və Donqular “etnik” baxımdan eynidirlər. Əlbəttə ki, mənbələrdən “onların adət-ənənələrinin,dövlət qurumlarında” adlarının mahiyyəti etibarı ilə Şionqu (Hun) ilə eynidir, lakin bu Türk və Monqol tarixi üçün doğrudur. Çinlilər eyni olan şimal köçərilərini gördülər və onlardan birini saxladılar. Buna görə də qeydlərində tez-tez türklər və monqollar arasında fərq qoymadılar.
Yeri gəlmişkən, Donqu`nun Tunquzların əcdadı olduqları məsələsinə də toxunmaq lazımdır. Belə bir fikir coğrafi oxşarlığa görə daha əvvəl yaranmışdır. L. Ligeti bu mövzuda bunları söyləyir: “Məlum olduğu kimi, Donqu Şionnu (Hun) ilə müharibədə məğlub olduqda, Vuhuan və Şianbey olaraq ikiyə ayrıldılar. Şianbeylərə gəldikdə, Şiite (Kumoii) və Çidan (Kıtan) tayfalarından ayrıldıqları, Aca qolundan çıxdıqları kimi məlumatlar vardır ki, bunu da
Çin mənbələri təsdiq etmişdir. Bu tayfaların qurduğu koalisiya 10-cu əsrin əvvəlindən 10-cu əsrin sonunadək Şivey (Türk Yazılarında Otuz Tatar olaraq xatırlanır) olaraq adlanmışdır. ” Şiveylər həqiqi monqollar kimi qəbul edilir.
Donqu “şərqdə hular” deməkdir (“hu” Çinli olmayan insanlara verilən ümumi addır). Bəzi müəlliflərin etimoloji araşdırmaları onu göstərir ki, Donqu`nun Tunquzların əcdadı olması fikri yanlışdır, bu, Donqu və Tunquz sözləri arasındakı səs bənzərliyindən irəli gələn məcburiyyət bənzərlikdən başqa bir şey deyil. Bundan əlavə, Tunquz sözünün nə qədər istifadə edildiyi məlum deyil. Çin mənbələrində qeyd olunur ki, türklərin şərqində olanlar Donqu adlandırılır, bu da “şərqdə Hu” mənasını verir.
Bu baxımdan tarixi prosesdə türklərin şərqində olan Monqolların əsl əcdadları Donqu hesab olunur. Zahirən sadə görünən bu yer əsas məsələni həll edir. Bunlar Mancur xalqı ilə Hunlar arasında idi. Əvvəllər zəif olan bu toplum
Mod dövründə Şimal-Şərqi Asiyada gücləndi. Əvvəlcə ovçu olan bu insanlar hunların təsiri altında heyvandarlığa başladılar. Çinin şimalında təxminən e.ə. 1000-ci ilə qədər uzanan iki qədim mədəniyyət qeyd etmək olar: at yetişdirən Hunlar və donuz yetişdirən Suşlar. Bu iki mədəniyyət arasında Donqu və Şivey mədəniyyətləri vardır.
Bu son iki mədəniyyət hər iki mədəniyyətlə əlaqədardır. Donqhu mədəniyyəti e.ə. VIII əsrə qədər götürülə bilər. Donqhu və Şivey mədəniyyəti Hun və Suşen’in bir-biri ilə təmasından yaranmış ola bilər. Yenidən, Donqhu mədəniyyəti qonşularından fərqli idi, ancaq ,eyni zamanda, onlarla çox əlaqəli idi. Əvvəla, bu xalqın yaşadığı bölgədə hamı Hunların hakimiyyəti altında idi. Bunlardan bəziləri Hunlarla qarışdı və Hun mədəniyyəti ilə oxşarlıqlar qazandı. Əlavə olaraq, səma, günəş, ulduz kimi kultlar, buynuz yay, qısa saç, kəmər kimi tapıntılar, bəzi xüsusiyyətlərin Donqhuya keçdiyini göstərir. Beləliklə, tarixi mənbələrə görə hunların türklərin əcdadı olduğu başa düşülür.
QAYNAQ: Kürşad İldırım- Hun tarixi
TƏRCÜMƏÇİLƏR: Xanım Abdullayeva, Nilufər Məmmədli və Mehriban Şirəliyeva
HƏMÇİNİN BAX: Hun coğrafiyası və Ötükən
HƏMÇİNİN BAX: Tehsilim.org/almaniyada-ali-tehsil-sisteminin-esas-xarakterik-xususiyyetleri/