Hüceyrənin kimyəvi tərkibi

Müxtəlif hüceyrələr kimyəvi cəhətdən çox oxşardırlar. Beləki bitki, heyvan və mikroorqanizmlərin hüceyrələri oxşar maddələrdən təşkil olunmuşdur. Kimyəvi cəhətdən insan, heyvan, bakteriya və s. hüceyrələrində eyni elementlərə, maddələrə rast gəlinir. Əlbətdə miqdarca həmin maddələr müxtəlif heceyrələrdə müxtəlif olur. Cansız təbiətlə müqayisədə hüceyrədə canlı təbiət üçün səciyyəvi olan hər hansı bir xüsusi kimyəvi element yoxdur. Canlı və cansız təbiətin obyektlərinin tərkibi keyfiyyətcə oxşar, kəmiyyətcə isə fərqldir. Atom səviyyəsində canlı və cansızlar arasında heç bir fərq yaranmır, onlar arasında fərq yalnız molekulyar səviyyədə meydana çıxır.

Mendeleyevin elementlərin dövri sistemində məlum olan 110 elementdən 80-ə yaxını hüceyrə tərkibində tapılmışdır. Lakin bunlardan yalnız 27 elementin hüceyrədə müxtəlif funksiya yerinə yetirdiyi müəyyən edilmişdir. Qalan 53 element orqanizmin həyat fəaliyyəti prosesində, demək olar ki, iştirak etmir.

Hofmeystr adlı alim hüceyrədəki molekulların miqdarını hesablamış və onun hesablanmasına görə bir qaraciyər hüceyrəsində molekulların təxmini miqdarı aşağıdakı kimidir.

Bu rəqəmlər göstərir ki,hüceyrədə müxtəlif molekulların miqdarı olduqca çoxdur.Lakin təkcə hücəyrədə molekulların miqdarı hüceyrənin fəaliyyəti haqqında məlumat vermir.Həmin molekulların hər birinin hüceyrədə müəyyən mövqeyi var.Onlar hüceyrədə elə qanunauygun,ardıcıllıqla yerləşmişlər ki,onların etdiyi proseslər də o qədər qanunauyğun,ardıcıl,biri digərini tamamlamaqla yerinə yetirilir.Bu proseslər ağlasığmaz dərəcədə sürətlə gedir. 1 saniyədə hücyrədə milyonlarla parçalanma və sintez reaksiyaları gedir.Onların gedişini fermentler sürətləndirir.

Hüceyrədə kütlə payı 0,001%-dən çox olan elementlər makroelementlәr, 0,001%-dən 0,000001%-ə qədər olanlar isə mikroelementlәr hesab olunur. Makroelementlərə oksigen, karbon, hidrogen, azot, fosfor, kalium, kükürd, xlor, kalsium, maqnezium, natrium və dәmir aid edili. Makroelementlər hüceyrədə vacib rol oynayır.

Makroelementlər haqqında ümumi məlumat:

  1. Bədənimizin 62 %-i oksigendən ibarətdir.

Hava okeanının 21%-ni oksigen təşkil edir.  Biz nəfəs alarkən yalnız onun 4-5%-ni mənimsəyrik, qalan 16-17% oksigen isə istifadə olunmamış nəfəslə bədənimizdən xaric olur. Bundan əlavə bədənin 63%-ni su təşkil edir və  hər su molekuluna iki oksigen molekulu daxildir. Məhz oksigenin hesabına orqanizmdə həzm, bədənin normal temperaturunun saxlanılması və onun enerji ilə təmin olunması baş verir. Bu o deməkdir ki, bizim əsas qidalarımız oksigenlə zəngin olmalıdır. Oksigenlə bütün ərzaq məhsulları, əsasən, şirəli meyvələr, göyərti və tərəvəzlər zəngindir.

  1. Bədənimizin 20%-i karbondan ibarətdir.

Karbon, orqanik maddələrin formalaşması üçün əsas elementdir və plastik mübadilənin özülünü təşkil edir. Orqanizmi enerji ilə təmin edir və funksional fəaliyyətimizi tənzimləyir. Karbonla zəngin qida maddələrinin siyahısına əsasən, dənli, paxlalı, nişastalı bitkilər, tərəvəzlər aiddir.

  1. Hidrogen bədənimizin 10%-ni təşkil edir.

Hər su molekulunun tərkibinə adətən, iki hidrogen atomu daxildir. Beləliklə, hidrogen bütün orqanizmin maye mühitinin formalaşması üçün həyati vacib olan elementdir. Hidrogen aşağıdakı ərzaqların tərkibində kifayət qədərdir: yaşıl tərəvəzlər, şirəli meyvələr, su, süd. Bü qida məhsulları eyni zamanda, oksigenlə də zəngindirlər.

  1. Azot bədənimizin 3 %-ni təşkil edir.

Zülallardan ibarət amin turşularının molekullarının əsasını azot təşkil edir. Zülallı ərzaq məhsulları azotla zəngindir. Bu sıraya ət, yumurta, süd, kəsmik, paxlalı bitkilər, müxtəlif ceviz növləri və sair daxildir.

  1. İnsanın ümumi çəkisinin 2,5 %-i kalsiumdur.

Kalsium dişlərin, sümüklərin  formalaşmasında, ürək-damar fəaliyyətinin tənzimlənməsində və əsəb sisteminin fəaliyyətində  ciddi rol oynayır, ana südünün tərkib hissəsinə daxildir. Kalsium sümük toxumasının hüceyrarası maddəsinin yaranmasında iştirak edərək sümüklərə möhkəmlik verir. Həmçinin qanın qatılaşmasını normal səviyyədə saxlayır, immun sisteminin fəaliyyətini tənzimləyir. Kalsiumla bütün tərəvəzlər – göyərti, ispanaq, kərəviz, cəfəri və başqaları, şirəli sitrus meyvələri, alma, armud, manqo, ananas, nar, yemiş və üzüm zəngindir. Süd məhsulları, paxlalı bitkilər və qoz da kalsiumla zəngindir. Kalsium yumurta, xırda balıq və bütün dəniz məhsullarının da tərkibində kifayət qədərdir.

  1. Kalium insan orqanizminin 0,25 %-ni təşkil edir.

Kalium duzları yumşaq toxumaların normal vəziyyətinin qorunmasına xidmət edir, onların elastikliyini mühafizə edir və natrium duzları ilə yanaşı bir sıra proseslərdə iştirak edir.

7.Natrium insan orqanizminin cəmi  0,1%-ni təşkil edir.

Qanın plazmasına natrium duzları daxildir. Natrium mübadilə və digər proseslərdə vacib rol oynayır. Natriumla tərəvəzlər, meyvələr, süd və karbohidrogenli ərzaqlar və canlı heyvan mənşəli olmayan bütün ərzaqlar zəngindir.

  1. Ümumi çəkimizin 0,1%-ni fosfor təşkil edir.

Bu kimyəvi element əsəblərin, yumşaq toxumaların, sümüklərin, dişlərin və s. formalaşmasında və bərpasında iştirak edir. İstisnasız bütün ərzaq məhsullarının tərkibində müəyyən miqdarda fosfor olur. Fosforla dəniz məhsulları daha zəngindir.

  1. Ümumi çəkimizin 0,25 faizi kükürdün payına düşür.

Mübadilə proseslərində kükürd vacib rol oynadığından onun balansının pozulması insanın ümumi səhhətinə əks təsir göstərir, əsasən, qaraciyər və sidik kisəsinin fəaliyyətində problemlər yaradır. Soğan, turp, kərəviz, ispanaq, arpa və çiy yumurta kükürdlə zəngin qida məhsulları sırasına daxildir.

  1. Xlor insan bədənində 0,2% həcmindədir.
  2. İnsanın ümumi çəkisinin 0,07%-ni maqnezium təşkil edir.

Dişlərin, sümüklərin və sinir hüceyrələrinin formalaşmasında iştirak edir. Maqnezium duzları tərəvəzlərin çoxunda, müxtəlif növ cevizlərdə var.

  1. Bədənimizin 0,1% dəmirdən ibarətdir.

Bu o deməkdir ki,  çəkisi 70 kiloqram olan adamın bədənində 70 qram dəmir vardır. Dəmir, hemoqlobinin tərkibində oksigeni nəfəs orqanlarından bütün toxumalara daşıyır. Dəmirlə göyərtilər və yaşıl rəngli tərəvəzlər zəngindir. Meyvələrdən bəzilərində, xüsusən, almanın tərkibində dəmir çox olur.  Dəmirlə  şəkər palması, badımcan, acı qabaq, kartof və yemiş də zəngindir.

Sink, mis, yod, flüor, kobalt, selen və bu kimi elementlər mikroelementlәr adlanır. Mikroelementlərin miqdarca az olmasına baxmayaraq onlar hüceyrədə baş verən maddələr mübadiləsində mühüm rol oynayır. Belə ki, sink mədəaltı vəzi hormonunun – insulinin tərkibinə daxildir. Yod isə orqanizmin maddələr mübadiləsini və böyüməsini tənzimləyən qalxanabənzər vəzi hormonunun – tiroksinin əsas komponentlərindən biridir.

Bu kimyəvi elementlərin orqanizmdə qədərindən az və ya artıq olması müxtəlif fəsadlar törədir və xəstəliklərə səbəb olur.

 

Yazar: Abdullayeva Səidə

 

Həmçinin bax: https://kafkazh.com/molekulyar-biologiyanin-yaranmasinda-helledici-rol-oynamis-kesfler/

Həmçinin bax: https://tehsilim.org/sumqayit-dovlet-universitetinin-tarix-cografiya-fakultesinin-gorkemli-sexsiyyetleri/#comment-147