Hüceyrə nəzəriyyəsi

T.Şvannın hüceyrə nəzəriyyəsinin sonradan yeni müddəalarla zənginləşdirilməsi nəticəsində müasir hüceyrə
nəzəriyyəsi yaranmışdır.
Müasir hüceyrə nəzəriyyəsinin aşağıdakı əsas müddəaları vardır:
1. Hüceyrə bütün canlı orqanizmlərin ən kiçik quruluş və inkişaf vahididir.
2. Bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinə və maddələr mübadiləsinin
gedişinə görə oxşardır.
3. Hüceyrələrin çoxalması onların bölünməsi yolu ilə baş verir. Hər bir yeni hüceyrə bölünmə yolu ilə ana
hüceyrədən yaranır.
4. Mürəkkəb quruluşlu çoxhüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri funksiyalarına görə
ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirir.
5. Toxuma və orqanlar bir-biri ilə sinir və humoral sistemlə tənzimlənir.