Ho’oponopono metodu
Həyatınızda 100% dəyişiklik yaradacağınız. Sərvət, səhhət, əmin-amanləq naminə Havay sisteminin sirri-Hooponopono metodu. Hoʻoponopono (ho-o-pono-pono) — Qədim havay razılaşma və bağışlama tətbiqidir. Hooponopono-səhvi düzəltmək, düz hərəkət etmək deməkdir.
Xoşbəxtlik əslində ətraf mühitdən deyil, düşüncələrimizin yönündən asılıdır. “Özünü sevmək, özünü yaxşılaşdırmaq üçün ən yaxşı vasitədir. Və özünüzü yaxşılaşdırdığınız zaman – bütün dünyaya yaxşılaşırsınız.” Qısacası, hooponopono, sadəcə, problem həll edən prosesdir. Bunu öz daxilinizdə etməlisiniz. Bu yeni və inkişaf etdirilmiş metoddur. Doktor İhaleakala Hew Lenə 1982-ci ilin noyabr ayında onun yaradıcısı olan kahin xanım Morrnah Nalamaku Simeona tərəfindən öyrədilmişdir. Dr. İhaleakala ilə birlikdə Dr. Joe Vitale birlikdə kitab yazıb dünyaya yaydı. Dr. İhaleakala bir ruhi xəstəxanada, xəstələri görmədən, toxunmadan, problemlərini bilmədən sağaldıb. Və bunu sadəcə Hooponopono edərək bacarıb. Hooponopono metodunda hərkəsdən, hər şeydən 100% məsuliyyət daşımalısınız. Məsələn: sizin qarşınızda biri yıxılsa, siz məsuliyyət daşıyırsınız. Çünki, sizin daxilinizdə nə baş verir ki, bu hal qarşınıza çıxır. Siz hooponopono etməklə həm o problemi həll edirsiz, həmdə içinizdə onun çıxma səbəbini yəni özünüzü arındırırsınız.
Həyatımızda baş verən hər bir şey, sadəcə bizim “proqram”ların təzahürüdür. Dr. Hew Len xəstələrin xəstəlik tarixçələrinə baxırdı və o sakitcə Tanrıya sakitcə deyirdi: Mən səni sevirəm, mən təəssüf edirəm, xahiş edirəm, məni bağışla, təşəkkür edirəm. Və o, bunu öz daxilində edirdi, xəstələr şəfa tapırdı.
Hooponopono sadəcə, problem həll edən prosesdir. Lakin bu sizin öz daxilinizdə edilir.
Hooponopono cümlələri:
Mən səni sevirəm
Mən üzr istəyirəm
Mən təəssüf edirəm
Lütfən, məni bağışla
Təşəkkür edirəm.
Bunu Allaha (inanc kimə, nəyə isə ona deyilir), problemin qaynağına deyə bilərsiz.
Məsələn: Allahım mənim daxilimdə nə baş verir ki problem var. Və o cümlələri deyirsiz. Ardıyca, Allahım bu problemin həlli üçün yenə o cümlələri deyirsiz. Yaxudda problemin qaynağına deyirsiz. Bunu əşyaya, insana, hər şeyə deyə bilərsiz. Hər şeyin enerjisi var. Mənfi enerjini, müsbətə çevirə bilərsiz. Hansısa məkana da deyə bilərsiz. Sadəcə o cümlələri deyin. Və arınmış olursunuz. Pis xatirələri silməlisiniz. Bunun üçün arının. Və sonra içinizdə sanki titrəmə, sərinlik hiss edəcəksiz. Bunu özüm illərdir edirəm. Bu səbəbdən sizlərlə paylaşmaq istəyirəm. Həyatımın möcüzəsidir sanki. Mən səni sevirəm.
Oxuduğunuz üçün təşəkkür edirəm.
Yazar: Günel Həsənova WCU.
Həmçinin bax Eşitmə funksiyası pozulmuş uşaqların idrak proseslərinin xüsusiyyətləri
həmçinin bax https://turaz.org/