Hökümət sistemləri- II hissə

Plüralizm:
Plüralizm termini, bir siyasi sistem daxilində fikirlərini ifadə etməkdə sərbəst olan fikir və qrupların çoxluğundan, müxtəlifliyindən və ya çeşidliliyindən bəhs edir. Demokratiya, bütün insanlardan – bütün fərqli ideologiyaları, fikirləri, dəyərləri və s. ilə birlikdə hökumətə bağlanmaqda sərbəst olmağı tələb edir. İdeal olaraq, plüralizmin  tələbinə görə heç bir qrupun başqaları qarşısında dinlənilməsinin və yaxud başqalarını susdurmaq üçün xüsusi bir iddiası olmamalıdır. Bu mənada demokratiya təsdiq edir ki, cəmiyyətdəki bütün qruplar və fikirlər maraq  və ardıcıllar uğrunda rəqabətdə sərbəst olmalıdır. Əgər plüralizmin aşağı səviyyələri ilə ifadə ediləcək bəzi fikir və qruplar sıxışdırılarsa, demokratiyanın səviyyəsi aşağı düşər.

İnkişafçılıq:
İnkişafçılıq demokratiyanın incə bir hissəsidir, onu dəqiqliklə təyin etmək və ölçmək çətindir. Bu termin, insanların öz potensialını demokratik prosesin bir hissəsi olaraq, o cümlədən səsvermə kimi bələdiyyə işləri barədə xəbərdar olmaq üçün yetərincə inkişaf etdirməsindən bəhs edir.

İnkişaf etməkdə olan demokratiya baxımından sual verə bilərik ki, əgər bir ölkədə yaşayan insanlar çox sayda səs verirlərsə və müxtəlif qruplar və fikirlər ortaya çıxırsa, ancaq etdiklərinin fərqində olmadan təsir edirlərsə, demokratiyanın əhəmiyyətli formada mövcud olduğunu söyləyə bilərikmi?

Sözünü deməkdən çəkinməmək: özünü tanıma və ya özünüidarədə zərurət şüuru yoxdursa, özünü idarəetmə (yəni demokratiya) necə mümkün ola bilər? Demokratiya inkişaf etmiş bir intellektual özünüdərk səviyyəsini nəzərdə tutmurmu?  Əks təqdirdə, interaktiv varlıqların (məsələn kompüterlərin) demokratiyaya qadir olduğunu söyləyə bilmərikmi? Demokratiyanın inkişaf ölçüsünə məhəl qoymasaq, robotların demokratiyaya qadir olduğu qənaətinə gəlmək məcburiyyətində qalmazdıq, çünki bütün robotların proqramlaşdırıldıqlarından xəbəri olmasa belə, səsvermə funksiyasını yerinə yetirmək üçün proqramlaşdırıla bilərdi. Bir xalqın inkişaf demokratiyası baxımından özünü idarə etməsinin nə demək olduğunu düşünməyə başladığımız zaman ortaya çıxan suallar bunlardır.

Demokratiyanın qoruyucu komponenti, hökumətlərin zalım olmamaları üçün demokratiyanın hökumət gücünü məhdudlaşdırmaq öhdəliyidir. Demokratiyanın həqiqi olması üçün, xalq demokratik özünü idarəetmə prinsipinə uyğun olmayan həddindən artıq hökumət tənzimləməsindən və nəzarətindən qorunmalıdır. Demokratiyaların hökumət gücünü məhdudlaşdırmaq üçün bir çox variantları var.

Hökumət hakimiyyəti söz, mətbuat, birlik və din azadlığının konstitusiya müdafiəsi ilə məhdudlaşdırıla bilər: Bir hakimiyyət qolunun mütləq gücə sahib olması ehtimalından qoruyan yoxlamalar və tarazlıqlar vasitəsilə və özlərini ömürlük hökmdar elan edə biləcək  idarəçi yuxarı təbəqənin yüksəlişindən qoruyan siyasətçilər üçün müəyyən vəzifə müddətləri vasitəsilə.

Hökumətləri müdafiə baxımından müqayisə edərkən politoloqlar, sistemlərin konstitusiya qanunları, sabit vəzifə müddəti və ya fərdlərin şəxsi azadlıqlarının müdafiəsi üçün digər müddəalar kimi təsirli mexanizmlərə malik olub -olmamasından asılı olaraq sistemləri çox yüksək, orta və ya minimum demokratik olaraq qiymətləndirirlər.   Hökumət səlahiyyətlərinin xalqın həyatında genişlənməsinə qarşı əvvəlcədən müəyyən edilmiş təhlükəsizliyə malik olmayan hökumətlər, qoruyucu demokratiya mövzusunda aşağı reytinq alırlar.

Demokratiyaya həmçinin performans komponenti də daxildir. Bir hökumət demokratikdirsə – xalqı əks etdirirsə və onlara xidmət edirsə – xalq, əyalətin ərazisində mövcud olan mənbələr nəzərə alınmaqla mümkün qədər yaxşı yaşamalıdır. Əks təqdirdə, hökumətin demokratik (xalq(demo) yönümlü) bir şəkildə çıxış edib-etmədiyini sorğulamaq olar.

Eramızdan əvvəl V əsrdə Afinalı lider Perikl (e.ə 495-429) demokratiyanın performans həcmini tanıdı. O izah etdi ki, Afina demokratiyası təkcə insanların idarə etməsi və qanunda bərabərlik daxil olmaqla bir çox xüsusiyyətlərlə deyil, həm də insanların xoşbəxtliyini təmin edən bir həyat standartı ilə xarakterizə olunurdu. Bu gün demokratiyanın səviyyələri, bu mənada, həyat keyfiyyətinin hökumət qanunlarından və siyasətindən müəyyən bir yerə qədər təsirləndiyi  insanların həyat keyfiyyətinin araşdırılması ilə ölçülə bilər. Ölkələri performans demokratiyası baxımından öyrənən  politoloqlar gəlir səviyyələri, savadlılıq dərəcələri, ömür uzunluğu, tibbi xidmətə çıxış, cinayətə qarşı həssaslıq və digər həyat keyfiyyəti kimi faktorları araşdıra bilərlər. Məsələn, həm təbii sərvətlər, həm də onları inkişaf etdirmək üçün lazım olan texnologiya ilə zəngin bir ölkə yüksək yoxsulluq dərəcələri, hökumət siyasətlərinin özünüidarə edən xalqın maraqlarını əks etdirməsi və onlara xidmət etməsi məsələsini gündəmə gətirə bilər.

QAYNAQ: Ellen Grigsby- Analyzing Politics
TƏRCÜMƏÇİ: Nərgiz Ələkbərli
HƏMÇİNİN BAX: Hökümət sistemləri- I hissə
HƏMÇİNİN BAX: Tehsilim.org/seristeli-metodist-layihesine-qeydiyyat-davam-edir/