Hİkmet Hacıyev:”ABŞ Konqresindeki bezi şexsler tamamile ermeni lobbisinin esirliyi altındadır

Hikmət Hacıyev: “ABŞ Konqresindəki bəzi şəxslər tamamilə erməni lobbisinin əsirliyi altındadır”

“Son dövrlərdə ABŞ-da olan erməni lobbisi tərəfindən Azərbaycana qarşı ucuz qarayaxma kampaniyası aparılmasına cəhdlər olub. O cümlədən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Təəssüf edirik ki, ABŞ Konqresində bir sıra şəxslər var ki, onlar öz siyasi legitimliklərini açıq şəkildə şübhə altına qoyaraq erməni lobbisi ilə əlbir şəkildə hərəkət edirlər. Bu şəxslər tamamilə erməni lobbi dairələrinin əsirliyi altındadırlar. Düşünürk ki, ABŞ-ın Konqresmen aidiyatı komitələri tərəfindən onların erməni lobbiləri ilə çirkin əlaqələri araşdırılmalıdır”, o bildirib.

Muxbir:Şəmsiyyə İbişova
Mənbə:Report.az