Hikmət Hacıyev: “Ermənistan region üçün ciddi təhlükə olan Metsamor məsələsini qəsdən şouya çevirib”
📣Hikmət Hacıyev: “Ermənistan region üçün ciddi təhlükə olan Metsamor məsələsini qəsdən şouya çevirib”
✔️“Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Bakı şəhəri və Xəzər dənizindəki neft-qaz infrastrukturlarını vuracaqlarını bildirmişdi. Ermənistanın keçmiş rəhbərliyi Azərbaycanın şəhərlərini Ağdam kimi xarabalığa çevirəcəklərini bəyan edib. Son təxribatlar zamanı da müxtəlif dezinformasiyalar önə buraxılıb. Azərbaycanın Metsamor AES-lə bağlı fikri rəsmi mövqeyi əks etdirmir. Azərbaycanın hər hansı kritik strateji obyektləri hədəf almaq siyasəti yoxdur. Ermənistan Metsamor məsələsini qəsdən şouya çevirib. Metsamor AES özü region üçün ciddi təhlükə doğurur, köhnə texnologiyaya əsaslanır. Metsamor AES radioaktiv maddələrin qaçaqmalçılığı üçün bir vasitəyə çevrilib”. – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev.
Mənbə:Apa.az
Xəbərçi: Kafkaz.com xüsusi müxbir üzvü-Şəbnəm İbrahimli