Hikmət Hacıyev : ” Bütün dünya pandemiyayla mübarizə apardığı bir vaxtda Ermənistan Azərbaycana qarşı təxribat törədib “

Hikmət Hacıyev : ” Bütün dünya pandemiyayla mübarizə apardığı bir vaxtda Ermənistan Azərbaycana qarşı təxribat törədib ”
Bunu APA TV – yə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi , Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib . Onun sözlərinə görə , bundan əvvəl Ermənistan tərəfi çıxış edərək qeyd etmişdi ki , onlar guya BMT Baş Katibinin qlobal atəşkəs haqqında təşəbbüsünü dəstəkləyirlər və buna sadiqdirlər : ” ATƏT – in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birlikdə olan bəyanatında da bu məqam bu və ya digər formada əksini tapmışdı . Bunun müqabilində biz Ermənistanın növbəti riyakarlığının , çirkin oyununun və hiyləgərliyinin bir daha şahidi olduq . Amma bu hiyləgərliklə özlərini rüsvay etdilər , özlərini çətin vəziyyətə qoydular.
Qaynaq : APA Tv