Hibridləşmə
Həyəcanlanmış atomlardan yaranan molekulun həndəsi forması bilavasitə həmin atomun elektron orbitallarının fəzada istiqaməti ilə müəyyən edilir. Kimyəvi əlaqəni yalnız bir enerji səviyyəsində olan elektronlar yox, müxtəlif enerji səviyyələrinin elektronları da əmələ gətirir. Bu zaman hibrid orbitallar yaranır. Bu hibrid orbitalları əmələ gətirən elektronlar öz ilkin formalarını itirir və yeni formalı və yeni enerjili orbitallar əmələ getirir. Hibridləşmənin mahiyyəti belədir: əgər rabitənin əmələ gəlməsində enerjiləri bir birindən cüzi fərqlənən orbitallar ( məsələn 2s- ,2p- ) iştirak edirsə, onda həmin orbitalları bir birindən maksimum uzaqlaşmış hibrid orbitallar adlanan yeni orbitallar əvəz edir.
Müxtəlif orbitalların kombinasiyasından eyni enerjili və eyni formalı yeni orbitalların əmələ gəlməsi prosesi hibridləşmə deyilir. Hibridləşmədə örtülmələr daha çox olur, beləcə əlaqə daha da möhkəm olur. Ən çox sp, sp2 və sp3 hibrid hallarına rast gəlinir. sp hibridləşmə üçün valent bucağı 180°, sp2 üçün 120°, sp3 üçün isə 109°28`.
Məsələn BCL3 molekulunda B atomunun orbitallarının sp2 hibridləşmə nəticəsində BCL3 molekulu üçbucaq formalı olur.
Beləliklə, atom orbitallarının hibridləşməsi nəzəriyyəsi qeyri üzvi və üzvi birləşmələrin quruluşunu və həmçinin kovalent rabitənin istiqamətliyini düzgün başa düşməyə kömək edir.
YAZAR: Xanım Hacıyeva
Həmçinin bax: https://kafkazh.com/einsteinium-elementi/
Həmçinin bax: https://tehsilim.org/plastik-boru-qaynaqcisi-ixtisasi-uzre-imtahan-elan-edilir/