Heydər Əliyev və Azərbaycan
Tarix boyu bütün millətələri və xalqları düçar olduqları bəlalardan və çətinliklərdən onların içərisindən dəyişən peyğəmbərlərin və dahi şəxsiyyətləri azad ediblər.
Bu baxımdan ulu tanrı vətənin qeyrətli oğlu Heydər Əliyevi xalqimiza xilaskar kimi bəxş etmişdir.O, 10 may 1923-cü ildə dünyaya gələrək Azərbaycanımıza günəş kimi doğmuştur.
1969-cu ildə Azərbaycan respublikasının rəhbərliyinə gələrkən Azərbaycanda bütün sahələrdə oldugu kimi ən çox iqtisadi , siyasi və mədəni sahələrin inkişafına xüsusi önəm vermişdir.Onun uzun illər öncədən hesablanmış böyük siyasətində milli müstəqilliyimizin təməli qoyulmuşdur.
Beləki, 1971-ci ildə general C.Naxçivanski adına herbi liseyin təməlini qoyaraq milli zabitlər yetişdirilməsinin təməlini qoymuşdur. Onun Azərbaycana misilsiz xidmətləri saya gəlməz dərəcədədir.
1981-ci ildə SSRİ mərkəzi idarə sistemində yüksək vəzifə tutan H.Əliyev həmişə respublikamizin mənafeyini mənfur qüvvələrdən qorumuşdur.
O , SSRİ rəhbərliyindən istefa verdikdən sonra mənfur ermənilər ərazimizin ölkəmizin dilbər guşəsi olan -Dağlıq Qarabağı işğal etmek iddiasına düşmüşdür.
15 iyun 1993-cü ildə ulu öndər H.Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtması xalqımız üçün həqiqətəndə qurtuluş oldu və hər bir sahədə köklü islahatlar aparılmasına zəmin yaratdı. Ulu öndər H.Əliyevin dövlətçiliyimizin qüdrətlənməsi və sosial-iqtisadi tərəqqisi naminə fəaliyyət göstərmişdir.
O, hakimiyyətə qayıdışı ilə ilk növbədə ordu quruculuğuda keyfiyyətcə yeni olan mərhələ başlandı.Ordunun arxa dayağı olan cēmiyyətdə siyasi sabitlik bərqərar olunurdu.Qayda qanun bərpa olunurdu. Hakimiyyət böhranina son qoyuldu.Ordu quruculuğu prosesi güçlendirildi.Bu prosesə peşəkar müvafiq təcrübəyə malik hərbiçilərin cəlb edilməsi, vahid komandanlıq mexanizminin real işlək vəziyyətə gətirilməsi ordu sıralarında nizam intizam möhkəmləndirilməsi silahli qüvvələrmizin inkişafinda müstesna əhəmiyyət kesb edir.
Ümummili lider Heydər Əliyevin zabit və əsgərlərimizə göstərdiyi diqqət və qayğı ordumuzda mənəvi ruh yüksəkliyinə səbəb olmuştur.Onun ön cəbhəyə getməsi səngərlərdə əsgərlərə baş çekməsi ordumuzun həyatında böyük rol oynamışdır.Döyüşçülərin mübarizlik əzmi daha da artmışdır.
Döyüşçülər “ Heydər Əliyev uğrunda irəli” şuarı altında Füzuli rayonun 12yaşayış məntəqəsi və Horadiz qəsəbəsi 7 yanvar 1994-cü ildə düşmən torpağindan azad etmişlər.
Bu parlaq qələbənin nəticəsidirki 14 may 1994-cü il tarixində atəşkəs haqqında Bişkek sülh protokolu imzalandı.
Etibarlı atəşkəsdən sonra ölkəmizin yer altı sərvətlərinin – neftin dünya bazarina çixarilması imkanı əldə edilmişdir. 20 yanvar 1994-cü ildə 5 əcnəbi neft şirketi ilə Əsrin müqaviləsi imzalanmışdır.Bu cür muqavilələr davamli olmuşdur.Məhz bunların nəticəsidirki ölkemizin müsteqilliyi daha da möhkemlendirildi.
Xalqimizin rifah hali yükselibdir.
Yeri gəlmişkən onu da qeyd edek ki, əgər ölkəmizdə hər bir adi vətəndaş ümumilli lider H.Əliyev kimi öz peşəsinə uyğun vətənə vicdanli xidmət edərsə öz işində uğur qazanarsa, bu zaman düşmən üzərində qələbəyə daha yaxin olariq.
Hər birimiz vətəndaşı olduğumuz Azərbaycana bütün peşə sahələrində -istehsalatda,incəsənətdə,təhsil və ordu quruculuğunda qələbə qazandirmaqla hamimizin umummili arzumuz böyük qələbəyə tezliklə nail ola bilerik.
Necəki 2 aprel 2016-cı ildə qüdrətli ordumuz tərəfindən Talış və Lələ təpə yükseklikləri düşmən tapdağından azad edildi.
Ümummili lider Heydər Əliyevin işıqlı zəkasının və müdrik dövlətçilik siyasətinin işığında onun layiqli davamçısı silahli qüvvələrin ali baş komandanı İlham Əliyevin rəhbərliyi altında bütün işgal edilmiş torpaqlarımız düşmən tapdağından azad ediləcəkdir.
YAZAR: İlahə Hüseynli