Həyatınızı dəyişəcək suallar.
Hər bir vəziyyət öz sualını doğursa da, düşünürəm ki , aşağıda qeyd edəcəyim suallar təkcə bir dəfə deyil həyatınız boyu verilməyə layiqdir.
• Vaxtınızı kimlərlə keçirirsiz? Dostlarınız barədə düşünün : Onlar sizi ruhlandırır, dəyərləndirir yoxsa daha da aşağı çəkir? Həyatında heç bir dəyişiklik etmək istəməyən uşaqlarla vaxt keçirən uşaq çox güman ki, irəliyə addım atmayacaq. Faydasız işlərlə məşğul olan, bərbad həyata dözən yetkin insanların əhatəsində olan biri oxşar seçimləri edəcək.
• Olmaq yoxsa etmək ? Siz uğurun nəyə bənzədiyini təsvir edib ona vurulursunuz, heyranlıq bəsləyirsiniz, yaxud da yüksək məqsədlərə fokuslanıb, onları əldə etmək üçün çalışırsınız.Qısacası istəkləriniz sadəcə xəyyalarda qalmasın bunu icra etməyə çalışın.
• Həyatınızda ən önəmli şey nədir? Əgər həyatınızda sizin üçün nəyin əhəmiyyətli olduğunu bilmirsinizsə, onu ilk sıraya necə qoyacaqsiniz? Necə biləcəksiniz ki, ona çatmaq üçün doğru addımlar atırsınız.
• Bizə verilmiş məhdud yaşam vaxtını hazırda düşündüyümüz , narahatlığını keçirdiyimiz, uğrunda mübarizə apardığımız şeylərə sərf etməyə dəyərmi? Təəssüf ki , cavab adətən “yox” olur. Təssəvür edin ki, bu andaca həyatla vidalaşırsız nələr etdiyinizi, dediyinizi və fikirləşdiyinizi aydınlaşdırmaq üçün özünüzə fürsət verin. Bütün bunları nəzərə alaraq həqiqətən qırdığımız qəlblərə, mənasız münaqişələrə dəyərmi?
• Bu, həqiqətən olmaq istədiyimdirmi? Nələrlə məşğul olursunuzsa siz məhz O- sunuz. Nese etmək istəyəndə özünüzə sual verin: Bu olmaq istədiyim şəxsiyyət kimi formalaşmağa necə təsir edəcək? Bu sualı hər hərəkət və düşüncənizdə özünüzə verin.
• Həyatın mənası nədir? Əslində bəzən şüursuzca bu sualın cavabı olaraq məna yoxdur deyirik. Lakin bu qarşısında məqsəd olmayan və yaşam sevgisi olmayanların cavabıdır.Həyat labrint kimi qarışıqdır bəzən yolumuzu tapmaya bilərik, lakin mənanı biz özümüz yaradırıq: seçimlərimiz və inanclarımızla.
Düşünürəm ki, bu sualları özümüzə ünvanladırmaqla əlimizdən gələnin ən yaxşısına qadir ola bilərik.
Müəllif: Vəsilə Allahverdiyeva