Həyatın yaranmasının mərhələləri və zəminləri

Alimlər Yer üzərində həyatın yaranmasını və inkişafını öyrənmək üçün uzunmüddətli tarixi vaxtlar müəyyənləşdirmişlər. Onlardan ən uzun müddətlisi eondur. Həyatın yaranmasının təqribən 3,5-4 milyard il bundan əvvəl baş verdiyi güman edilir. İlk canlılar suda yaranmış, sonra isə quruya çıxmışlar.
Canlı və cansız arasında fərq, həyatın bu mahiyyəti hələ qədim zamanlardan insanları düşündürmüş, min illər ərzində dinlə elm, materializm ilə idealizm arasında həmişə mübarizə getmişdir.
İdealistlər ilahi qüvvə tərəfindən yazıldığını söyləyirlər; onlar söyləyirlərdilər ki, həyatın qeyri-maddi başlanğıcı olan can, ruh təşkil edir. Materialist dünyagörüşünə görə isə həyat materiyanın varlıq, hərəkət forması olub, fəzada yerdəyişməsi deyil, həm də onda gedən dəyişikliklərin, inkişafını və mürəkkəbliyin məcmusu kimi başa düşülür. Materialistlərə görə canlı və cansız arasında uçurum yoxdur. Həm canlılar, həm də cansızlar materiyanın mövcudluğunun müxtəlif formalarıdır.
Həyat anlayışı – biologiya elminin inkişafı canlılar və cansızlar arasında kəskin sərhəddin olmadığını müəyyən etdi. Hələ qədimdən həyatın canlılarla cansızları fərqləndirən cəhətini tapmaq. Ona dəfələrlə tərif verilsə də bu, həyat anlayışını tam əks etdirmir. Belə təriflər içərisində özünə nisbətən yer tutan F.Engels və M.V.Volkenşteynin həyata verdiyi təriflərdir. F.Engels həyata belə bir tərif vermişdir: ” Həyat zülallardan ibarət cisimlərin yaşama üsuludur. Həmin cisimlər kimyəvi tərkibinin və hissələrinin daim özü özünə yeniləşməsindən ibarətdir. ” Engelsin bu tərifi 2 hissədən təşkil olunmuşdur. Birinci hissə canlıların cansızlardan fərqli olaraq zülalardan təşkil olunması, 2-ci hissədə isə zülalların yaşama üsulu – maddələr mübadiləsini göstərir.
Həyatın müasir tərifi isə M.V.Volkenşteynə məxsusdur. M.V.Volkenşteyn həyata belə tərif vermişdir. “ Yer üzərində yaşayan bütün canlı varlıqlar zülallar və niklein turşularından ibarət biopolimerlərdən qurulmuş özünütörədən və tənzimləyən açıq sistemdir”.  Açıq sistem dedikdə ətraf mühitlə daim maddələr və enerji mübadiləsi aparan sistem nəzərdə tutulur. Yer üzərində həyatən yaranması haqqında bir şox fərziyyələr irəli sürülmüşdür. Bu fərziyyələrin düzgünlüyünü sübuta yetirmək üçün bir çox cəhdlər edilsə də, onların hamısı həyatın canlı və cansızlardan yaranması tərəfdarı kimi 2 qrupa ayrılır. Həyatın cansızlardan yaranmasını iddia edənlər balığın lildən, qurdların torpaqdan, milçəklərin çirkdən əmələ gəlməsi fərziyyəsini irəli sürmüşdür. 1661-ci ildə italyan bioloqu F.Redi canlıların cansızlardan əmələ gəlməsi fərziyyəsinə qarşı çıxaraq öz təcrübəsinin nəticəsini elan etdi. O, səkkiz qaba ət qoyaraq dördünün ağzını açıq qoydu, dördünün isə ağzını tənziflə bağladı. Açıq qabda qurdların əmələ gəlməsinə istinad edərək, canlı orqanizmlərin cansızlardan əmələ gəlməsini inkar etdi. Lakin buna baxmayaraq bir çox alimlər bu fikrə qarşı çıxırdılar.
Həyatın özü-özünə yaranmasının mümkünlüyü haqda mübahisəyə son qoymaq Paris Akademiyası 1860-cı ildə xüsusi mükafat təyin etdi. Üç il sonra 1863-cü ildə bu mükafatı L.Paster aldı. O, bir ədəd kolba götürdü. S şəkilli şüşə borunu kolbaya əlavə edərək təcrübəni davam etdi. Kolbada mikroorqanizmlərin inkişafı üçün lazım olan qidalı mühit yaratdı və qaynatdı. Bura şüşə borudan sərbəst  surətdə hava girirdi. Bakteriyalar borunun əyri olan hissəsində çökdüyü üçün qidalı mühitdə çürümə baş vermədi və uzun müddət dəyişilmədi. Kolbadakı mayeni şüşənin dar boğazına toxundurduqda məhlulda tez bir zamanda çürümə getdi. Paster bu təcrübəsi ilə sübut etdi ki, canlı elə canlıdan yaranır.
Bəzi alimlər yer üzərində həyatın başqa planetlərdə gətirilməsi fərziyyəsini irəli sürdülər. Bu fikrə kimyaçı S.Arrenius və V.İ.Vernadski də tərəfdar olmuşdur. Arreniusa görə Yer və planetlər bir-birindən təcrid olmamışdır. Buna görə də həyatın rüşeymi kosmik fəzada işığın təsiri ilə başqa planetə sürətlə ötürülür. Bu fərziyyənin düzgünlüyü şübhə altındadır. Çünki canlı orqanizmlər yerə gəlib çatana qədər radiasiyaya məruz qalırlar, həmçinin atmosferin yuxarı qatlarında yanmalı idilər. Buna görə də bu fikir qəbul edilmir.

YAZAR: Gülaf Məhərrəmova

 

Həmçinin bax: Okeanların faydası

Həmçinin bax: turaz.org/son-deqiqe-qardas-turkiyeden-aci-xeber-olenler-var/

Həmçinin bax: tehsilim.org/nizami-ganjavi-880-beynelxalq-sahmat-turniri-kecirilib/