Həyatın xüsusiyyətləri
Biologiya canlı aləmi öyrənən elmdir. Canlılar müxtəlif növ forma və görünüşdə olur. Bioloqlar canlı aləmi müxtəlif üsullarla araşdırırlar. Onlar qorillalarla yaşayır, bitkilər toplayır və balinalara qulaq asırlar. Onlar virusarı təcrid edir, göbələk yetişdirir və meyvə milcəklərinin quruluşunu öyrənirlər. Onlar irsiyyət molekullarında kodlanmış məlumatları tənzimləyir və milçəyin saniyədə neçə dəfə qanad çaldığını sayırlar.
Bir şeyi canlı edən nədir? Hər kəs cəld atın canlı olduğu qənaətinə gələ bilər, amma maşının yox, niyə? Hərəkət edirsə yaşayır, deyə bilmərik. Maşın hərəkət edə bilər və jelatin bir qabda tərpənə bilər, əlbəttə ki, onlar canlı deyillər. “Canlılığı” hansı xüsusiyyətlər müəyyənləşdirir? Bütün canlı orqanizmlərin 5 əsas xüsusiyyəti var.
- Düzülüş. Bütün orqanizmlər yüksək dərəcədə nizamlı bir quruluşa sahib bir və ya daha çox hüceyrədən ibarətdir. Atomlar hüceyrələrin içərisində olan orqanoidlərini təşkil edən molekullar meydana gətirir. Bu iyerarxik struktur çoxhüceyrəli orqanizmlərdə və orqanizmlər arasında daha yüksək səviyyədə davam edir.
- Həssaslıq. Bütün orqanizmlər qıcıqlanmaya reaksiya verir. Bitkilər işıq mənbəyinə doğru böyüyür və siz qaranlıq bir otağa daxil olduğunuzda göz bəbəkləriniz genişlənir.
- Böyümə. İnkişaf və çoxalma. Bütün orqanizmlər böyüməyə və çoxalmağa qadirdir və hamısının nəsilinin eyni növdə olmasını təmin etmək üçün, ötürülən irsi molekullara sahibdir. Baxmayaraq ki, kristallar da böyüyür, onların böyüməsində heç bir irsi molekul iştirak etmir.
- Tənzimləmə. Bütün orqanizmlər daxili funksiyalarını koordinasiya edən tənzimləyici mexanizmlərə malikdir. Bu funksiyalar hüceyrələri qidalandırıcı maddələrlə təmin edir, onları orqanizm vasitəsi ilə daşınmasını əhatə edir.
5.Homeostaz dəyişən xarici mühitlə əlaqədar bir sistemi sabit vəziyyətdə tənzimləyən və ya saxlayan bir prosesdir.
Elm adamları müşahidələrdən ümumiləşdirmə aparırlar.
Elmin mahiyyəti:
Biologiya heyranedici və vacib bir mövzudur, çünki gündəlik həyatımıza və gələcəyimizə dramatik şəkildə təsir edir. Bir çox bioloq dünyada sürətlə genişlənən əhali, xərçəng və QİÇS xəstəlikləri kimi həyatımıza ciddi şəkildə təsir edən problemlər üzərində işləyir. Bu bioloqların qazandıqları bilik, dünya resurslarını uyğun bir şəkildə idarə etmək, xəstəliklərin qarşısını almaq və ya müalicə etmək, həyatınızın, övladlarımızın və nəvələrimizin həyatını yaxşılaşdırma bacarıqlarımız üçün təməl olacaqdır.
Biologiya dünyamızın necə olduğunu izah edən “təbiət elmləri içərisində ən uğurlularından biridir. Biologiyanı anlamaq üçün əvvəlcə elmin mahiyyətini başa düşməlisiniz. Bir alimin istifadə etdiyi əsas vasitə düşünülür. Elmin mahiyyətini anlamaq üçün bir anlıq elm adamlarının necə düşündüyünə diqqət yetirmək faydalıdır. Onlar iki yolla düşünürlər: Deduktiv və induktiv.
Deduktiv mülahizə:
Deduktiv mülahizə konkret nəticələri proqnozlaşdırmaq üçün ümumi prinsipləri tətbiq edir. 2200 il əvvəl Yunan Eratosfenləri yerin ətrafını dəqiq qiymətləndirmək üçün deduktiv mülahizələrdən istifadə etdilər. İlin ən uzun günü günortadan sonra günəş şüaları Misirin Syene şəhərində dərin bir quyunun dibinə deyəndə, Eratosfenlər İskəndəriyyədəki hündür bir obelisk tərəfindən kölgənin uzunluğunu təxminən şimaldan 800 kilometr məsafədə ölçdü. İki şəhər arasındakı məsafəni və obeliskin hündürlüyünü bildiyindən yerin ətrafını düzgün çıxarmaq üçün Öklid həndəsəsi prinsiplərindən istifadə edə bildi. Bu cür ümumi prinsiplərdən istifadə edərək konkret halların təhlili deduktiv mülahizə nümunəsidir. O riyaziyyat və fəlsəfənin mülahizəsidir və bütün bilik sahələrində ümumi fikirlərin doğruluğunu yoxlamaq üçün istifadə olunur. Ümumi prinsiplər qurulur və sonra konkret halların araşdırılması üçün əsas kimi istifadə olunur.
İnduktiv mülahizə:
İnduktiv mülahizə ümumi elmi prinsipləri qurmaq üçün xüsusi müşahidələrdən istifadə edir. Webster lüğəti elmdə öyrənilənin əsasını müəyyənləşdirmək üçün aparılan müşahidə və təcrübədən əldə edilən sistemləşdirilmiş bilik kimi tərif edilir. Başqa sözlə, bir alim müşahidələrdən prinsipləri müəyyənləşdirir, konkret halları diqqətlə araşdıraraq ümumi prinsipləri aşkarlayır. İnduktiv mülahizə ilk dəfə 1600-cü illərdə Avropada Fransis Bakon, Isak Nyuton və başqaları dünyanın necə işlədiyi barədə ümumi prinsiplər çıxarmaq üçün xüsusi təcrübələrin nəticələrindən istifadə etməyə başladıqda elm üçün vacib oldu. Əlinizdən bir alma buraxsanız, nə olar? Alma yerə düşür. Buna bənzər bir çox sadə, spesifik müşahidədən Nyuton ümumi bir prinsip çıxardı: bütün obyektlər yerin mərkəzinə doğru düşür. Newtonun etdiyi şey, dünyanın necə işlədiyinə dair zehni bir model, gördükləri və öyrənə bildikləri ilə uyğun ümumi prinsiplər ailəsi qurmaq idi. Bu gün elm adamları da eyni şeyi edir. Ümumi modellər qurmaq üçün xüsusi müşahidələrdən istifadə edirlər və daha sonra modellərin nə qədər yaxşı işlədiklərini görmək üçün test edirlər.
TƏRCÜMƏÇİLƏR: Zöhrə Əmrah və Xəyalə Hüseynli
HƏMÇİNİN BAX: Gaslighting-Psixoloji manipulyasiya
HƏMÇİNİN BAX: tehsilim.org/rus-dili-uzre-qiymetlendirme-aletlerinin-tekmillesdirilmesi-layihesinin-icrasina-baslanilib/