Hərbiçi
Əlləri qırışıq yaman sərt olur.
Görəsən onu da çətinlik yorur ?
Həsrətdən gözləri arada dolur.
Hər qızın sevdiyi hərbiçi olmur.
🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱
Üzündə hər qırış bir tarix yazar.
Hərbiçi düşmənə bir məzar qazar.
Daima vüqarla, əzimlə gəzər.
Düşmən görən kimi bir anda əzər.
🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱
Qeyrətli namuslu bir ömür sürər.
Atdığı addımı yüz ölçüb biçər.
Sevdiyi qızı da o cəsur seçər.
Vətəni canindan üstün də bilər.
🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱
Allah pənahında daima olun.
Veten keşiyində əzmlə durun.
Düşmənə düşmən dosda dost olun.
Ey xalqın qeyrətli mərd oğulları. !
Yazar: Lamiyə Rəhimli