Hər böyük fəlsəfənin meydan oxuması

“ Hər böyük fəlsəfənin meydan oxuması” – Friedrich Nietzsche

Bir çox ölkəni, xalqı və bir neçə qitəni görmüş bir səyyaha hər yerdə rastlaşdığı insani xüsusiyyətlər soruşuldu və o cavab verdi: kişilər tənbəlliyə meyillidirlər. Bəziləri onun daha ədalətli şəkildə danışdığını hiss edəcək: hamısı qorxaqdırlar. Onlar adətlərinin və düşüncələrinin arxasında gizlənirlər.

Şüurunun ən dərinliyində hər bir insan, bənzərsiz bir şey olaraq dünyada sadəcə bir dəfə olduğunu, heç bir təsadüfün nə qədər qəribə olursa olsun, bu qədər maraqlı və dağınıq bir çoxluğu ikinci dəfə bir araya gətirməyəcəyini çox yaxşı bilirlər: bəs bunu bilib niyə vicdan əzabı kimi gizlədirlər? Bununla özünü  gizlədən və ortaq düşüncəyə vadar edən qonşusunun qorxusundan. Bəs individual bir insanı qonşusundan qorxmağa, hər kəs kimi düşünməyə, hər kəs kimi davranmağa və özündən razı qalmamağa vadar edən nədir? Bəlkə də, nadir hallarda, utanc hissi. Böyük əksəriyyətin rahatlıq, ədalət arzusu – bir sözlə, səyyahın da dediyi kimi tənbəlliyə meyillikdir. O haqlıdır: kişilər qorxaq olduqlarından daha tənbəldirlər və yoxsulluq onlara yük olur. Yalnız sənətkarlar lovğa davranışlarla və sərbəst düşüncəli murdar həyata nifrət edir və hər kəsin pis vicdanını, hər bir insanın misilsiz möcüzə olduğu prinsipini ortaya çıxarırlar; onlar insanı olduğu kimi bənzərsizliyi ilə təbiətin hər bir əsəri kimi gözəl və haqqında düşünməyə dəyər olduğunu və heç bir vəchlə sıxıcı olmadığını göstərirlər. Böyük mütəffəkkir kişiləri təhqir edəndə təhqir etdiyi şey onların tənbəlliyidir: çünki fabrik məhsulları kimi laqeyd, yoldaşlıq və ya göstərişə layiq olmadıqları bunun açıqlaması deyil. Kütləyə aid olmaq istəməyən insan sadəcə özü ilə rahatlıq tapmaqdan əl çəkməlidir; ona bağıran vicdanını izləməlidir: “Özün ol! Hal-hazırda etdiyin, düşündüyün və arzuladığın şey həqiqətən sən deyilsən”

Bir filosofa yanlız nümunə ola biləcəyi qədər önəm  verirəm… Kant universitetdən yapışdı, hökümətə tabe oldu, dini etiqatından dönmədi, həmkarlarına və tələbələrinə tab gətirdi: onun nümunəsini aparıcı universitetlərin müəllimlərinin, professorlarının və onların fəlsəfəsində yaratmış olması kiçik təəccüb doğurur. Şopenhauer alimlərə fikir vermir, onlardan uzaq durur, dövlət və cəmiyyətin müstəqilliyi üçün səy göstərir – bu, ən xarici xüsusiyyətləri ilə başlamaq üçün onun nümunəsi, modelidir. O kənarda və təkbaşına idi; onu rahatlaşdıracaq həqiqətən canayaxın bir dostu yox idi – və biri ilə heç biri arasında, həmişə olduğu kimi bir şey ilə heç bir şey arasında sonsuz bir boşluq vardır. Həqiq dostları olan biri onu əhatə edən bütün dünya, düşmənlərdən ibarət olsa belə həqiqi təkliyin nə demək olduğunu bilməz. Alas, yalnız olmağın nə demək olduğunu bilmədiyini anlaya bilirəm. Hər yerdə güclü cəmiyyətlər, hökümətlər, dinlər və ictimai fikirlər var – bir sözlə, harda olursa olsun zülmün olduğu hər yerdə tənha bir filosofdan nifrət etmişdi: çünki fəlsəfə insana heç bir tiranlığın çata bilməyəcəyi bir sığınacaq açar: içindəki boşluq, köksündəki o çıxılmaz vəziyyət, bütün zülmkarları əsəbləşdirir. Ora yanlızların gizləndiyi yerdir, amma orada da ən böyük təhlükə ilə qarşılaşırlar… Bu Şopenhauerin inkişafını kölgələyən ilk təhlükə idi: təcrid. İkinci təhlükə isə həqiqətin ümidsizliyi idi. Kantın fəlsəfəsindən yola çıxan hər bir mütəffəkkir güman edir ki, bir insan əzab və istək içində güclü və bütöv bir insandır, sadəcə bir düşüncə və ya hesablama maşını deyil… Kant populyar təsir bağışlayan kimi, bunun parçalanmış və dağımış spektizm və relativizm şəklində əksini tapmış olacağıq və ən fəal, ən alicənab şəxslər arasında heç bir zaman tərəddüdə uğramayan Heinrich Von Kleist, məsələn, Kantın fəlsəfəsinin təsiri kimi yaşadığı bütün həqiqətlərdəki ümidsizliyi və çarəsizliyi görəcəksiniz. “Uzun zaman öncə deyildi”, bir dəfə təsirli şəkildə yazır, “Kantın fəlsəfəsilə tanış oldum və indi bunun sizi mənim qədər dərindən və ağrılı bir şəkildə məyus edəcəyindən qorxmadığım üçün bu fikri sizinlə bölüşməliyəm. Həqiqət dediyimiz şeyin həqiqətən doğru olub-olmadığına və ya bizə sadəcə bu şəkildə göründüyünə qərar verə bilmərik. Əgər ikinci doğrudursa, onda bizim burada topladığımız gerçəklər ölümümüzdən sonra heç bir şeyə yaramaz və hətta məzara qədər aparacağınız mülk arzusu əbəs yerədir. Əgər bu düşüncə qəlbinizə qədər nüfuz etməyibsə, ən dərinindən özünü yaralı hiss edən birinə gülümsəməyin. Yeganə, ən yüksək xəyalım batdı və heç nəyim qalmadı”. İnsan nə zaman yenidən Kleistin təbii duyğularına sahib olacaq? Nə zaman bir fəlsəfənin anlamını “ən müqəddəs dərinlikləri” ilə ölçməyi öyrənəcəklər?

Bu Kantdan sonra Şopenhauerin bizə görə nə ifadə etdiyini dəyərləndirmək üçün lazımdır. O bizi sonsuzadək uzanan ulduzlu səma ilə faciəvi bir mənzərənin ən pik nöqtəsnə qədər spektik qıcıqlanma və ya tənqidi etiraz boşluğundan çıxarmaq üçün bələdçi ola bilər; O özünü bu yolda gedən ilk adam idi. Onun dahiliyi, bütövlüklə şərh etsək, əgər bu görüntünün rəngləri və içindəki detalları aydın şəkildə incələyən yoxdursa, ən mahir düşüncələrin belə bir fikrə aldanmaqdan qurtula bilmədiyi halda, o bir bütün olaraq həyat obrazı ilə üzləşmişdi.

Bütün elmlərin gələcəyi, bu parça və bu rəngləri anlamağa bağlıdır, amma görüntü yox. Sadəcə həyatın və varlığın ümumi şəklini dərk edə bilən bir insan özünə zərər vermədən fərdi elmdən istifadə edə biləcəyini söyləmək olar çünki belə bir ümumi görüntü olmadan onlar heç yerdə sonlanmıyacaq, həyatımızı daha qarışıq və labirintli hala salacaq iplərdir. Bunda dediyim kimi Şopenhauerin dahiliyi belə idi: hamlet bu izin arxasından gedərkən alimlərin etdiyi kimi diqqətinin yayınmasına izin vermədən və saysız-hesabsız dialektçilərin etdiyi kimi konseptual sxolastikanın toruna düşmədən bu yolu davam etdirdi. Bütün filosofların dörddə birinin araşdırması yanlız gözəçarpan dərəcədə diqqət çəkir, çünki biz alimlərin tərəfdarları və əleyhdarları, əks fikirlərin, şübhələrin, ziddiyətlərin icazə verildiyi böyük bir fəlsəfə binasında nöqsanların necə düzəldiyini görə bilərik və beləliklə bütövlüklə götürəndə hər zaman sadəcə bunu söyləyən hər bir fəlsəfənin meydan oxumasından boyun qaçırırlar: bu bütün həyatın görünüşüdür və bundan həyatınızın mənasını öyrənin! Bəs digər tərəfdən: yanlız öz həyatınızı oxuyun və bundan həyatın heroqliflərini anlayın!

Şopenhauerin fəlsəfəsi hər zaman ilk olaraq bu şəkildə şərh edilməlidir: fərdi olaraq, hər bir insan tərəfindən öz səfaləti və ehtiyacı, öz həddi haqqında bir fikir sahibi olmaq… O bizə insan xoşbəxtliyinin həqiqi və aşkarda olan tərəflərinin arasında ayırd etməyi öyrədir: nə varlılar, nə şərəfli insanlar, nə də ki alimlər onun varlığının dəyərsizliyini üzərindəki cəsarətsiz kimliyini qaldıra bilər və bu hədəflərə necə səy göstərmək yanlız yüksək və dəyişməz bir məqsəddən məna verə bilər: təbiətə kömək etmək və onun səhvlərini, qüsurlarını bir azda olsa düzəltmək üçün güc toplamaq. Bu şübhəsiz ki, bizi dərindən və ürəkdən itaətə aparan bir istəkdir: nəticədə bu istək bizi fərdi və ya ümumi şəkildə necə və nə qədər yaxşılaşdıra bilər?..

Tərcümə etdi : Çiçək Aslanova
Redaktor : Günel Nəbisoy

həmçinin bax İqtisadi azadlıq nədir?