Həmsədrlər Ermənistan – Azərbaycan sərhədində son toqquşmalarla bağlı bəyanat yayıb

Həmsədrlər Ermənistan – Azərbaycan sərhədində son toqquşmalarla bağlı bəyanat yayıb
APA – nın ATƏT – in saytına istinadən verdiyi xəbərə görə , bəyanatda bildirilib ki , Ermənistan və Azərbaycan Müdafiə nazirliklərinin və digər mənbələrin məlumatına görə , 12-13 iyul tarixlərində Ermənistan – Azərbaycan sərhədində atəşkəs rejiminin ciddi şəkildə pozulması nəticəsində itkilər olub , hər iki tərəfə məxsus qüvvələrin müxtəlif kalibrli artilleriyalardan istifadə etdiyi bildirilir .
Qeyd olunub ki , həmsədrlər VƏ ATƏT – in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik itkilərin olmasına təəssüflənir , həlak olanların ailələrinə başsağlığı verir :
” Həmsədrlər və ATƏT – in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi insident başlayandan bəri Ermənistan və Azərbaycan rəsmiləri ilə birbaşa təmasda olublar ” .
Qaynaq :APA Tv