Hafizə haqqında ilkin anlayış

Hafizə haqqında ilkin anlayış

İnsanın duyub qavradığı informasiyalar həmin anda silinib getmir, müəyyən zaman müddətində beyində qorunur. Bəziləri isə ömürlük qalır. Bu prosesdə hafizə önəmli rol oynayır.

Hafizə şəxsiyyətin psixi həyatının əsasıdır. Odur ki, insan hafizəsinin qanunlarının öyrənilməsi psixoloji elmlərin çox mühüm bölmələrindən biridir. Bizim hər bir hissimiz, yaşantılarımız, hərəkətlərimiz müəyyən izlər qoyurlar ki, bu uzun müddət saxlanılır, müvafiq şəraitdə yenidən təzahür edir və şüurun predmeti olur.

Ona görə də hafizə dedikdə, keçmiş təcrübənin nəqşləndirilməsi, yadda saxlanması və yada salınması başa düşülür. Bu insana imkan verir ki, informasiya toplasın, keçmiş təcrübənin izləri ilə bu təcrübəni doğuran hadisə yox olduqda da iş aparıla bilsin. Hafizə hadisələri eyni dərəcədə emosional sahəyə və qavrayış sahəsinə, hərəki proseslərin və intellektual təcrübənin möhkəmləndirilməsinə də aiddir.

Hafizə və onun mexanizmləri ta qədim zamanlardan mütəfəkkirlərin diqqətini cəlb edən bir problem olmuşdur. Bu baxımdan hafizənin psixoloji, fizioloji, biokimyəvi və s. nəzəriyyələri meydana çıxmışdır.

Hafizənin psixoloji nəzəriyyəsində hələ vaxtilə Aristotelin irəli sürdüyü assosiasiya anlayışı xüsusilə diqqəti cəlb edir. Bu anlayış bütün psixi törəmələrdə məcburi prinsip kimi irəli sürülmüşdür.

Bu prinsipə görə əgər müəyyən psixi törəmələr şüurda eyni vaxtda və ya bir-birinin ardınca meydana gəlirsə, onların arasında assosiativ əlaqə yaranır və bu əlaqələrin hər hansı bir ünsürü yenidən canlandıqda şüurda mütləq onun bütün ünsürlərinin təsəvvürünü yaradır.

Assosionistlər obyektlərin məkan-zaman yaxınlığından, oxşarlığından və fərqindən asılı olaraq üç assosiasiya tipini ayırmışlar: qonşuluq üzrə, oxşarlıq üzrə, əkslik üzrə. Bunların yaddasaxlama və yadasalmada əsas rol oynadığını göstərmişlər.

Hafizə haqqında fizioloji nəzəriyyənin əsasını akademik İ.P.Pavlov qoymuşdur. Bu İ.P.Pavlovun ali sinir fəaliyyətinin qanunauyğunluqları haqqında təliminin əsas müddəaları ilə sıx bağlıdır. Hafizə haqqında biokimyəvi nəzəriyyə tərəfdarları belə hesab edirlər ki, beyində müəyyən üzvlərin möhkəmlənməsi, hifz edilməsi və yada salınması proseslərinin mexanizmləri əsasında xarici qıcıqlandırıcıların təsiri altında sinir hüceyrələrində baş verən spesifik kimyəvi dəyişmələr durur.
Beyində psixi funksiyanın necə lokallaşdırılması haqqında ilkin məlumatlar beyin travmaları almış xəstələri müşahidə etməklə toplanmışdır.
Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti olduqca böyükdür. Əgər hafizə olmasaydı hər şey insana həmişə yeni görünərdi. Hafizə olmasaydı insan əbədi olaraq yeni doğulmuş uşaq vəziyyətində qalardı.

Bütün psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insan şəxsiyyətinin vahidliyini və tamlığını təmin edir.
Hafizə haqqında biokimyəvi nəzəriyyə tərəfdarları belə hesab edirlər ki, beyində müəyyən üzvlərin möhkəmlənməsi, hifz edilməsi və yada salınması proseslərinin mexanizmləri əsasında xarici qıcıqlandırıcıların təsiri altında sinir hüceyrələrində baş verən spesifik kimyəvi dəyişmələr durur.

Beyində psixi funksiyanın necə lokallaşdırılması haqqında ilkin məlumatlar beyin travmaları almış xəstələri müşahidə etməklə toplanmışdır.
Hafizənin tipləri. İnsanlar öz hafizələrinin bir sıra xüsusiyyətləri ilə bir-birlərindən fərqlənirlər. Bu cür fərdi fərqlər hafizənin tiplərində özünü daha aydın göstərir. Adətən psixologiyada əyani obrazlı, sözlü-mücərrəd və aralıq hafizə tipləri qeyd olunur.
Hafizənin əyani-obrazlı tipi müxtəlif təəssüratı yadda saxlamaqda analizatorlardan hansının daha çox məhsuldar olmasında özünü göstərir.
Görmə tipinə malik olan adamlar ən çox gördüklərini, eşitmə tipinə malik olan adamlar eşitdiklərini, hərəki tipə mənsub olanlar isə bilavasitə əməliyyat apardıqları, hərəki analizatorların iştirak etdiyi materialları daha yaxşı yadda saxlayıb yada sala bilirlər. Həyatı faktlardan göründüyü kimi bu tiplərə təmiz halda çox az rast gəlmək mümkündür. Həyatda ən çox qarışıq tipə: görmə-eşitmə, görmə-hərəki, eşitmə-hərəki tiplərə rast gəlmək mümkündür.

Təlim fəaliyyəti elə təşkil edilməlidir ki, ayrı-ayrı tiplərə mənsub olan şagirdlərin hamısının mənimsəməsi üçün səmərəli şərait yaranmış olsun.

Hafizə prosesləri

Hafizənin yaddasaxlama, yadasalma, tanıma və unutma kimi prosesləri vardır.

Yaddasaxlama duyub qavradıqlanmızın beyində qorunması prosesidir. Bu zaman yeni qavranılanlarm öncələr əldə etdiklərimizlə bağlantı qurularaq möhkəmləndirilməsi baş verir. Anlamadan asılı olaraq yaddasaxlamanın məntiqi və mexaniki növləri mövcuddur.

Məntiqi yaddasaxlamanın əsasında anlama dayanır. Bu zaman insan öyrəndiklərini öz sözləriylə ifadə edə bilir. Mexaniki yaddasaxlama isə quru əzbərləmə, yəni mənaya önəm vermədən yaddasaxlamadır. Belə ki, məlumatı mexaniki olaraq yadda saxlayan şagird və ya tələbə materialın ayrı-ayrı hissələrini ayrılıqda yada sala bilmir.

Ən fərdiləşdirilmiş psixi hadisələrdən hesab olunan hafizə çoxsaylı amillərdən: beynin xüsusiyyətlərindən, mərkəzi sinir sistemindən, mühitdən, fəaliyyətin xarakterindən, və şəxsiyyətin növündən asılıdır.

Qarşıya qoyulan məqsəddən asılı olaraq yaddasaxlamanın qeyri-ixtiyari və ixtiyari növləri vardır.

Qeyri-ixtiyari yaddasaxlama qarşıya məqsəd qoymadan duyub qavradığımızın yadda saxlanmasıdır. Çox vaxt bizə emosional təsir edən material qeyri-ixtiyari olaraq yadımızda qalır.

İxtiyari yaddasaxlama isə qarşıya qoyduğumuz məqsədlə bağlı olur. İxtiyari yaddasaxlamanı təmin etmək üçün önəmli şərt kimi yadda saxlanılacaq materialın planını tutmaq, qarşıya yaddasaxlama, uzun müddətdə yaddasaxlama məqsədi qoymaq, öyrəndiklərini təxəyyüldə canlandırmaq materialı qruplaşdırmaq, sistemləşdirmək, və s. gərəklidir.

Yaddasaxlamanm davamlılığından asılı olaraq qısamüddətli və uzunmüddətli növləri də vardır. Qısamüddətli yaddasaxlama saniyə və dəqiqələrlə, uzunmüddətli yaddasaxlama isə saatlarla, günlər, aylar, illərlə ölçülür.

Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya yaradaraq yaddasaxlamanı da qeyd edirlər. Bu cür yaddasaxlama mnemonik vaddasaxlama adlanır. Məsələn, 2877 rəqəmini yadda saxlamaq üçün süni assosiasiya yaradaq: 28 may- Cümhuriyyət bayramı və 1977-ci il bacımızın anadan olduğu il.

Yaxud yeni tanış olduğumuz insanın adını həmin adda olan yaxınımızın adı ilə eyni olduğuna görə yadda saxlayırıq.
Yadasalma əvvəllər psixikada möhkəmlənmiş məzmunun uzunmüddətli hafizədən operativ hafizəyə gətirilməsi nəticəsində aktuallaşdırılması, xatırlanmasından ibarət olan hafizə prosesidir. Yadasalma da ixtiyari və qeyri-
ixtiyari olur.

Beyində hifz olunanların qısa müddətdən sonra yenidən yada salınması xeyli çətin baş verir, əsasən, 2-4 gündən sonra daha aydın və əhatəli yada salınır.
Yadda saxlanılan materialların növlərinə görə müvafiq olaraq hafizənin aşağıdakı dörd növü müəyyənləşdirilmişdir.
Müxtəlif hərəkətlərin və onların yadda saxlanılması, hifz olunması hərəkət hafizəsi adlanır. Maşın sürmək, musiqi alətlərində ifa etmək, kompyuterdə yazmaq və s.

Hərəki hafizə peşə fəaliyyətini icra etmək üçün vacibdir. Sonra gerçəkliyin cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınmasından ibarət surət hafizəsi formalaşır. Surət hafizəsində hansı analizatorun daha aktiv iştirak etməsindən asılı olaraq onun beş növünü ayrırlar:

  • görmə
  • eşitmə
  • toxunma
  • iy bilmə
  • dadı

İnsan psixikası üçün görmə və eşitmə hafizəsi daha əhəmiyyətli rol oynayır.
Praktiki olaraq hərəkət hafizəsi ilə eyni vaxtda emosional hafizə formalaşır. Emosional hafizə yaranmış hisslərin,
şəxsi emosional vəziyyətin və affektlərin yada salınmasıdır.
Həyətdən qəflətən çıxan itdən qorxan şəxs uzun müddət oradan keçərkən həmin hissləri təkrar yaşayır. Hafizənin ən yüksək, ali növü verbal (sözlü-məntiqli və ya semantik) hafizə hesab olunur.

Onun köməyilə insanın intellektual bazası yaranır və fikri fəaliyyətinin (oxumaq, yazmaq, hesablamaq və s.) böyük əksəriyyəti həyata keçirilir.
Verbal hafizə təfəkkürün xüsusi formasının məhsulu kimi özündə ana dilinin qrammatik qaydalarının əsasını, təhlili
və dərk olunmasını ehtiva edir. Yəni materialın mənasının yadda saxlanılması və yada salınması təfəkkür prosesi ilə bağlıdır.
Yaddasaxlama və yadasalmanın iradi proseslərinin dərəcələrinə görə hafizənin qeyri-ixtiyari (bəzən özü də istəmədən nəyisə xatırlayır) və ixtiyari hafizələrə ayırırlar. İxtiyari hafizədə insan sanki qarşısına məqsəd qoyur. «Yada sal».

Lakin iradi səy həmişə uğurla tamamlanmır və maraqlıdır ki, insan həmişə unudacağından qorxduğu şeyi unudur.
Genetik hafizənin mexanizminin bir çox sahələri hələ də sirr olaraq qalır. İnsanın hərəkət və psixi reaksiyasının tənzim olunmasında irsi amillərin rolu, çoxalma və özünümühafizə instinktinin bu prosesdə yeri tamamilə elmi həllini tapmamışdır.
Amneziya zamanı əvvəlcə informasiyanın yada salınması, sonra isə hafizənin informasiya ehtiyatı toplamaq qabiliyyəti itir. İlk növbədə yaxın zamanlarda öyrənilənlər unudulur. Başqa sözlə, yeni məlumat və yeni assosiasiyalar, daha sonra isə həyatın son illərində baş verənlər unudulur.

Unutma. Müasir psixologiyanın bir çox tədqiqatları sübut edir ki, sağlam beyində informasiyalar uzun müddət qorunsa da onların çox hissəsi istifadə olunmamış qalır və sonda unudulur.

Unutma eyni zamanda, psixoloji müdafiə mexanizmidir. Unutma şüur və şüuraltı sahələri sarsıntı və pozulmalardan qoruyur. İnsana xüsusilə kəskin təsir etmiş hadisələrin uzun müddət həmin şiddətlə davam etməsinə təbii ki, orqanizm davam gətirməz. Vaxt keçdikcə onun təsiri azalır, tədricən unudulur. O şeylər ’’unudulur” ki, psixoloji tarazlığı pozur, davamlı neqativ gərginlik yaradır.

Hafizə insanın daha asan pozulan qabiliyyətlərindəndir. Hafizənin pozulması insanın fərdi xüsusiyyətləri ilə bağlıdır.
Uşaq və gənclik illərində baş verənlər isə hafizədə daha uzun müddət qorunur və xatırlanır. Mürəkkəb fikri əməliyyatlar, kompleks qiymətləndirmə, yeriş və s. ilə əlaqədar hafizə daha tez pozulur.
Təhrif olunmuş hafizə, səhv yadasalma (konfibulyasiya), yalnız bir istiqamətli yadasalma hafizə aldanmaları adlanır. Onlar adətən güclü istək, meyl və ödənilməmiş tələbat zamanı meydana çıxır. Məsələn, uşaq ona verilən konfeti tez yeyir və sonra tam səmimi olaraq bildirir ki, o konfet yeməyib.

Onu inandırmaq (bir çox hallarda böyükləri də) praktiki olaraq mümkün olmur. Hafizə asanlıqla ehtirasın, inam və meylin quluna çevrilir. Məhz buna görə keçmişin qərəzsiz, obyektiv xatırlanmasına az-az rast gəlinir. Hafizə aldanmaları əsasən özününkü və özgəninkini, həqiqətdə olanlarla eşitdikləri, oxuduqlarını fərqləndirmək qabiliyyətini itirdikdə baş verir.
Belə yadasalmaların dəfələrlə təkrarı nəticəsində tamamilə personifikasiya (özününküləşdirmə) yaranır. Yəni insan tədricən və təbii olaraq başqasının fikrini özününküləşdirir.

Halbuki, vaxtilə özü onları inkar edirdi. Bu bir daha göstərir ki, hafizə təxəyyüllə, fantaziya ilə sıx əlaqədardır və psixoloji reallıq adlanır.
Unutma eyni zamanda, psixoloji müdafiə mexanizmidir.

Unutma şüur və şüuraltı sahələri sarsıntı və pozulmalardan qoruyur. İnsana xüsusilə kəskin təsir etmiş hadisələrin uzun müddət həmin şiddətlə davam etməsinə təbii ki, orqanizm davam gətirməz. Vaxt keçdikcə onun təsiri azalır, tədricən unudulur. O şeylər ’’unudulur” ki, psixoloji tarazlığı pozur, davamlı neqativ gərginlik yaradır.

Hafizə insanın daha asan pozulan qabiliyyətlərindəndir. Hafizənin pozulması insanın fərdi xüsusiyyətləri ilə bağlıdır.

YAZAR: Gülaf Məhərrəmova

Həmçinin bax: Psixi proseslər. Hafizə anlayışı.

Həmçinin bax:https://tehsilim.org/mekteblinin-dostunun-2020-ci-ilde-fealiyyeti/

Həmçinin bax:https://turaz.org/rusiya-sputnik-light-covid-19-peyvendini-daha-da-ireli-aparmaq-ucun-sinaqdan-kecirecek/