“H. Cavid əbədiyyəti” mövzusunda II Respublika elmi konfransının materialları çapa hazırlanıb

AMEA Hüseyn Cavidin Ev Muzeyi böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 138-ci ildönümünə həsr edilmiş “Hüseyn Cavid əbədiyyəti” mövzusunda II Respublika elmi konfransının materiallarını çapa hazırlayıb. Topluda ədibin həyat və yaradıcılığını müxtəlif aspektdən araşdıran maraqlı məruzələrin tam mətni yer alıb. Onlardan Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Yaşar Qarayev və Cavid romantizmi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Cavid lirikasında söz təkrarı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehriban Əsədullayevanın “Hüseyn Cavidin poeziya dilinin bədii xüsusiyyətləri”, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovanın “Cavid yaradıcılığı beynəlxalq ədəbi-mədəni əlaqələr müstəvisində”, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Hüseyn Cavidin “İblis” və Joze Saramaqonun“İsanın incili” əsərlərində iblis surətləri”, Emil Ağayevin “Azərbaycan rəngkarlığı və qrafikasında Hüseyn Cavid obrazı”, Aysel Rüstəmovanın “Hüseyn Cavid sənədli filmlərdə əbədi obrazdır”, Ellada Hacıyevanın “Hüseyn Cavid pyeslərinin tərcümə problemləri”, Aygün Amanəliyevanın “Hüseyn Cavid dramaturgiyasındakı kəmiyyət məzmunlu vahidlərin müasir Azərbaycan dili və digər türk  xalqlarının lüğət tərkibinin zənginləşməsində rolu”, Könül Məhərrəmovanın “AMEA Hüseyn Cavidin Ev Muzeyində Hüseyn Cavid əsərlərinin nəşri məsələləri”, Aytən Əzimovanın “Hüseyn Cavid – ədəbiyyat və əbədiyyət günəşi”, Cəmilə Rzayevanın “AMEA Hüseyn Cavidin Ev Muzeyinin fondunda qorunan eksponatlar və onların xüsusiyyətləri”, Fəridə Azadovanın “Uçurum” faciəsinin mətbuatda nəşr edilməsinin 100 illiyi”, Vəfa Hüseynovanın “Hüseyn Cavid dramaturgiyasında həqiqətpərəstlik və humanizm ideyaları”, Sevinc Dadaşovanın “Zamanın ədaləti” məqalələri xüsusi maraq doğurur.

Baş redaktoru AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı olan bu toplunun elektron versiyası da yaxınlarda muzeyin www.huseyncavid.az veb-saytında yerləşdiriləcək.

 

Həmçinin bax: Füzuli

Həmçinin bax: https://turaz.org/atasi-cebhede-doyusen-safiya-tecili-mualice-olunmalidir/

Həmçinin bax: https://tehsilim.org/bdu-nun-emekdasliq-etdiyi-xarici-olke-universitetlerinden-azerbaycana-destek/