“Gürcüstan ordusunun “Su-25” qırıcıları və “Mi-24” döyüş helikopterləri modernləşdiriləcək”
Gürcüstanın Müdafiə naziri ölkənin aviasiya parkının modernləşdirilməsi barədə qərar verib.
Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Qərara əsasən, Gürcüstan ordusunun inventarında olan “Su-25” qırıcıları və “Mi-24” döyüş helikopterləri təmir üçün aviasiya zavoduna təhvil verilib.
Aviasiya parkının yenilənməsi prosesi müvafiq plana uyğun olaraq, “Tbilaviamşeni” və “Delta” ilə birlikdə həyata keçiriləcək.
Müxbir: kafkazh.com
Xüsusi müxbir: Aytac Cəfərova
Mənbə:Ordu.az