Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılır
Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılır
Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılacaq.
Bu barədə APA -nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib. Qeyd olunub ki, yaxın günlərdə Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının ölkələrinə qayıtmalarına icazə veriləcək. Vətəndaşlar hər gün saat 10:00-13:00-da sərhəd keçid məntəqələrindən ölkələrinə keçə biləcəklər.
Bildirilib ki, məsələ ilə əlaqədar hər iki ölkənin aidiyyəti qurumları arasında razılıq əldə edilib və sərhədlərin açılacağı tarix müəyyənləşdirilir.
Mənbə: Lent.az
Xəbərçi: Nuray Ələkbərova