Güney Azərbaycan Erkən dövlət qurumları
E.ə lll-ll minilliklərdə Güney Azərbaycan ərazisində türkdilli tayfalar yaşayırdı.Bu tayfalar erkən dövlət qurumları yaratmışdılar.Bu tayfalara:Kuti,Lullubi,Turukki,Sular (subar),Hurrilər,Kassit (kaşşu),Kaspi,Kadusi,Naxç və Gərgər aiddir.Kutilər Urmiyanın qərbində məskunlaşmışdılar.İkiçayarası əhalisi ilə sıx mədəni- iqtisadi əlaqələr saxlayırdılar.Burda əhali Kutiləri “dağ əjdahaları” adlandırırdı.Kutilər lll minilliyin ll yarısında öz dövlət qurumlarını yaratmışdılar.Kutilər İkiçayarasında Akkat dövlətini məğlub etdikdən sonra burada onların 91 illik hakimiyyəti başladı.Kutilərin İkiçayarasındakı hakimiyyəti dövründə Şummer şəhər hakimləri müstəqil daxili siyasət yeritmişlər. Kuti sülaləsi İkiçayarasındakı idarə sistemini yenisi ilə əvəz etmədi.Çünki burada inzibati işləri və vəzifələri həyata keçirə biləcək adamlar yox idi.E.ə XXll yüzilliyin sonlarında Kuti sülaləsinin başçısı olan Tirikanın İkiçayarasındakı 40 günlük hakimiyyəti sona çatdı.E.ə 2109- cu ildə Uruk dövləti Kutilərin İkiçayarasındakı hakimiyyətinə son qoydu.
Lullubilər Urmiya gölünün cənub ərazilərində ilkin dövlət qurumu yaratmışdılar.Lullubi tayfalarını həmdə Lullu tayfaları adlandırmışlar.Lullu tayfalarının Ön Asiyadakı döyüşkənliyi onlara qonşu olan ölkələrdə vahiməyə səbəb olmuşdu.E.ə Xlll əsrdə Lullubilərin hökmdarı olan İmaşqun bu dövlət qurumunun əsasını qoymuşdur.Mənbələrdə qeyd olunduğu kimi onu “ Lullu ölkəsinin padşahlar padşahı” da adlandırmışlar. Lullubilərdə digər tayfa birləşmələri kimi İkiçayayrası ilə iqtisadi əlaqələr saxlayırdılar.Lullubi dövlət qurumunun varlığına e.ə lll minilliyin sonunda son qoyulmuşdur.
Güney Azərbaycanda mövcud olan digər tayfa birlikləri isə Turukkilər,Su,Subar tayfaları olmuşdur.Bu tayfa birlikləri yalnız Kuti və Lullubi dövlət qurumlarının süqutundan sonra müstəqil siyasət yeritmişlər.Turukki tayfa adının türk etnoniminin ilkin forması olması haqqında mənbələrdə məlumatlara rast gəlirik.Bu tayfaların varlığına e.ə ll minilliyin sonlarında Aşşur hökmdarı l Adad-Nerarinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində son qoyulmuşdur.
Urmiya gölünün Cənub – Şərq ərazilərində türk mənşəli ilk dövlət qurumu olan Arrata meydana gəlmişdir.Arratalılar əkinçiliklə məşğul olur və Şummer əhalisi ilə də ticarət əlaqələri saxlayırdılar.
Xəzər dənizinin sahilboyu ərazilərində Kaspi tayfaları yaşamışdılar.Məhz Xəzər dənizinin adınında mənbələrdə Kaspi dənizi adlandırılmasıda bu tayfalarla əlaqələndirilir.
İri Tayfa Birlikləri olan Hurri tayfaları Zaqros ətəklərində məskunlaşmışdılar .Bu tayfaların “dağ xalqları “adlandırılmasıda bu amillə bağlıdır.E.ə lll minilliyin sonlarında Hurrilərin özlərinə məxsus yazıları meydana gəldi.
Kadusi tayfaları haqqında mənbələrdə az məlumatlara rast gəlinsə də bu tayfaların Qızılüzən çayının sahillərində məskunlaşması haqqında məlumatlar vardır.
İstifadə olunmuş Ədəbiyyat siyahısı:
Məqalənin müəllifi –Rüstəmli Şahanə