Günəş kələfi

Çölyak pleksusu da deyilən günəş kələfi radiasiya edən sinir və qanqlionların kompleks bir sistemidir. Buna aortanın qarşısında –  mədə çuxurunda rast gəlinir. Sempatik sinir sisteminin bir hissəsidir. Mədə, böyrək, qaraciyər və böyrəküstü vəzilərin işində mühüm rol oynayır. Günəş kələfi ağrısının səbəbi müxtəlif ola bilər. Onlar fiziki vəziyyətdən emosional vəziyyətə qədər dəyişə bilər:

Narahatlıq. Narahatlıq günəş kələfi ağrısının ümumi səbəbidir. Günəş kələfi böyrəküstü vəzilərə və ağciyərlərə bağlıdır. Stressə qarşı mübarizə və ya uçuş zamanı tənəffüsün zəifləməsinə səbəb ola bilər. Bu narahatlıq epizodları zamanı ürək bulanması, qusma və ya digər mədə simptomlarına  səbəb olur. Digər narahatlıq simptomlarına aşağıdakılar daxildir:

  • təşviş
  • ürək bulanması
  • tərləmə
  • sürətli ürək döyüntüsü

Turşu axını və digər mədə problemləri. Turşu axını və digər mədə problemləri (mədə xoraları, qaz, həzm prosesinin çətin olması) günəş kələfi ağrısının digər bir ümumi səbəbdir. Turşu axını səbəbləri aşağıdakılardır:

  • yuxudan oyanarkən ağız qoxusu
  • boğaz ağrısı
  • udmaq problemi
  • öskürək

Mədə xoralarının xəbərdaredici simptomu yeməkdən daha da şiddətlənən bir qarın ağrısı ola bilər.

Gərilən əzələ. Günəş kələfinin digər səbəblərindən biri gərilən əzələlərdir. Bu, idman salonunda və ya normal gündəlik fəaliyyət zamanı baş verə bilər. Qarın əzələləri dartılarsa, əlavə simptomlar arasında şişlik, qızartı və ya göynəmə meydana çıxa bilər. Hərəkət zamanı isə ağrı şiddətlənir.

Travma. Travma günəş kələfi ağrısının geniş yayılan səbəbi olmasa da, rast gəlinən səbəblərdən biridir. Əraziyə birbaşa təsir və ya zərbədən sonra qan damarları və ya digər daxili strukturlar zədələnir.

Diabet. Diabet sinir zədələnməsiylə nəticələnə bilər. Buradan bu nəticəyə gəlmək olar ki, günəş kələfi sinir sisteminə təsir göstərir. Diabetin əlavə simptomlarına aşağıdakılar aiddir:

  • tez-tez sidiyə getmək ehtiyacı
  • davamlı infeksiyalar və ya sağalması normadan uzun çəkən qançırlar
  • yüksək qan şəkəri
  • əllərdə və ayaqlarda cimildəmə

Tənəffüs pozğunluqları. Bəzən astma, bronxit və ya digər tənəffüs pozğunluqları tənəffüs çətinliyi səbəbindən günəş kələfi nahiyəsinin ağrısıyla nəticələnir. Simptomlar arasında davamlı öskürək və ya xırıltı ola bilər.

Pankreatit. Pankreatit və ya pankreas xərçəngi (yaxud yayılan digər xərçənglər) günəş kələfi nahiyəsinin kəskin agrıması ilə nəticələnir. Digər simptomlara bunlar daxildir:

  • həzm problemi
  • hərarət
  • şişkinlik
  • hıçqırıq
  • qarında həssaslıq

Ağrının digər potensial səbəbləri:

  • sinir zədələnməsi
  • orqan çatışmazlığı
  • çox sürətli çəki qazanmaq və ya artıq çəki
  • hipoqlikemiya (qanda şəkərin azlığı)
  • artrit
  • dərmanların, xüsusilə ağrıkəsicilərin tez-tez istifadəsi

Həkimə nə zaman müraciət lazmdır?

  • günəş kələfi nahiyəsində bir həftədən çox davam edən ağrı zamanı
  • günəş kələfi nahiyəsində güclü ağrı hiss etdikdə və ya diabet olduğunuzu hiss etdiyiniz zaman
  • fiziki bir zərbə və ya travmadan sonra güclü qarın ağrısı zamanı

Müalicə. Ağrının müalicəsi müxtəlif səbəblərdən asılı olaraq təyin edilir. İlk dəfə günəş kələfi ilə qarşılaşırsınızsa, narahatlığı aradan qaldırmaq üçün bir neçə ev müalicəsi vardır:

  • ağrını müalicə etmək üçün həmin bölgəyə isti kompress qoyun və ya isti duş alın
  • şişkinlik varsa, nahiyəyə soyuq kompress tətbiq edin
  • istirahət edin, gərgin fəaliyyətə ara verin
  • mədə turşuluğunu azaltmağa və mədə narahatlığına kömək edən antasidlər qəbul edin.
  • dərindən nəfəs almağa çalışın. Həmçinin bu, eyni zamanda sinir sistemini rahatlada bilər və narahatlığı aradan götürər.

Günəş kələfinin qarşısını necə almaq olar?

  • Diqqətli olmaq şərti ilə, davamlı idman edin. Bu, yaralanmanın qarşısını alır, həmçinin həzmi yaxşılaşdırır.
  • Kifayət qədər istirahət edin,
  • Mümkün qədər stresdən uzaq olun,
  • Fasilələrlə az-az qidalanın. Bu həzmi yaxşılaşdırır, şişkinliyi, qazı, mədə ağrılarını azaldır. Həzmi sürətləndirmək üçün yeməkdən sonra gəzin.
  • Müntəzəm tənəffüs məşqləri edin.

 

YAZAR: Zinyət Həsənova

Həmçinin bax: Məşhur olmaq xoşbəxtlikdir, faydalı olmaq isə hər kəs üçün vacibdir

Həmçinin bax: turaz.org/tehsil-naziri-latviya-respublikasinin-olkemizdeki-fovqlade-ve-selahiyyetli-sefiri-il-gorusub/

Həmçinin bax: https://tehsilim.org/623-vakant-direktor-vezifesi-musabiqeye-cixarilacaq/