Güclü insanlara xas olan ortaq davranışlar
Dünya ədalətsiz və qəddər bir yerdir.Buna görə də belə bir yerdə güclü olmağ və güclü qala bilmek vacibdir.Amma bu qədər ədalətsiz və qəddar bir dünyada güclü qalmağı bacarmağ çox çətindir.Bəs bunu bacaranlar nə edir,necə bacarır?Bu suala cavab olaraq bu məqalədə sizə güclü insanlara xas olan bəzi ortağ davranışlardan yazacağam…
1.Güclü insanlar hədəflərini ətrafındakı insanlarla bölüşməz və ya hedəflərini tez-tez dilə gətirməzlər.Bunun isə bele bir mənqtiqi vardır ki,sən hədəfinə çatdığın vaxt məmnuniyyət hissi yaşayacaqsan.Amma sən tez-tez bunu dilə gətirdikdə,insanlara hədəflərin haqqında danışdıqda səndə məmnuniyyət hissi həttda hissciyi meydana gəlir.Beləliklə hedefin səni ilk başdakı kimi cəlb etmir və motivasiyan aşağı düşür. Məncə buna məqama diqqət yetirməkdə fayda var.
2.Güclü insanlar həyyatda yaşadıqları problemləri fərdiləşdirməməyə çalışırlar. Çünki bu dünyada milyardlarla insan və hər kəsin bir biri ilə əlaqəli düşüncəsi var.Əgər yaşadığın hər problemi fərdiləşdirsən həqiqətəndə çox yorularsan və yorulan insan güclü qala bilməz.Buna görə də kimsə sənə pislik edir və ya deyirsə bunu əsla unutma ki,əlbəttə bu işdə sənində xətan ola bilər amma təməldə hamı öz haqqını qoruyur yaxud da öz içində həll edə bilmədiyi bir mövzuya görə sənə pis yaxınlaşır.
3.Güclü insanların asan həyat kimi bir gözləntiləri yoxdur.Onların gözləntisi budur:”Həyat çətindir bunu bilirəm amma buna dayanma gücünə sahib olmalıyam.Buna baxmayaraq sən asan bir həyat gözləsən ki belə bir şey mümkünsüzdür ona görə də həmişə xəyal qırıqlığı yaşayacaqsan.Uzun sözün qısası yaşayırsansa sıxıntı çəkəcəksən.Hətda bele bir söz eşitmişdim sıxıntı-insan olmağın peşə xəstəliyidir.Əsas olan çətinlikdən şikayət elemək deyil, mən bu çətinlikdən necə çıxa bilmərəm deyə fikirləşməkdədir.
4.Güclü insanlar çox danışmazlar.Az danışarlar amma öz danışırlar.Ata sözləri, deyimlər yaxud da şeirlərə fikir versək görərik ki, əksəriyyəti bizə az danışmağın gözəlliyindən bəhs edir.Amma günümüz dünyasında hər kəs bir şey paylaşarkən sanki çox paylaşmağ,danışmağ dəyərli imiş, əsas imiş kimi bir səhv düşünceye səbəb olur amma bunu deyə bilərəm ki çox danışırsansa bir müddət sora boş danışmağa başlayarsan və ətrafındakı insanların gözündə deyər itirirsən.
5.Nə tamamilə sistemə uyğun,nə də tamamilə uyğunsuzdurlar. Burda demək istədiyim odur ki əgər sən sistemə tamamilə uyğun olsan birdə baxarsan ki digər 5-10 milyar insandan sadəcə birisən,yox sistemə uyğun deyilsənsə bu dəfə də onlar tərəfindən xor görülərsən.Bu səbəblə güclü insanlar bir nöqtəyə kimi sistemə uyğun olur beləliklə güclənir, tamami ilə gücünün uyğunsuz düşüncelerini ortaya qoymağa yeteceyini düşündükdə bunu edirlər.Bunu belə bir misal ilə izah edək. Tutağ ki siz bir işə qəbul oldunuz və orda işlə bağlı çoxlu səhvlər olduğunu gördünüz.Sizi bunu insanların üzünə vursanız yaxşı halda onların qəzəbi ilə üzləşəcək, pis halda isə işdən azad olacaqsız.Amma siz orda müəyyən bir səviyyəyə gəldikdən sora bunu etsəniz bunun sizin üçün xeyri var ki ziyanı yoxdur.
6.Güclü insanlar sosial bulaşıcılığın fərqindədirlər.Sosial bulaşıcılıq dedikdə yəni sən ətrafındakı insanların xüsusiyyətlərini bir müddət sora özündə görürsən.Yəni ətrafındakı insanlar bəxtsiz, hər şeydən narazı insanlardırsa sən bir müddət sora onlara bəznəyirsən. Həttda bele bir söz var sən ətrafındakı 5 nəfərin toplamısan. Ya da göstər dostunu mənə deyim sən kimsən.
Diqqətiniz üçün təşəkkür edirem !
Yazar : Aytən Abdullayeva