Güc və onun növləri- II hissə

Sezar Çavez və Dolores Huerta Birləşmiş Təsərrüfat İşçiləri (UFW) hərəkatının əsas fəallarından olublar. UFW əkinçilik əməyi ilə bağlı təhlükəsizliyi və iş şəraitini yaxşılaşdırmaq üçün aqrobiznesə və siyasi liderlərə təzyiq göstərdi. Digər tələblərlə yanaşı, UFW əmək haqqı, kollektiv müqavilə hüquqları və humanitar iş şəraiti (məsələn işçilərin iş yerindəki sanitar qovşaqlara girişi kimi) kimi tələblərə xüsusi diqqət yetirdi.

Kinq kimi, Çavez və Huerta da UFW’nin məqsədlərinə çatmaq üçün güc tətbiq etmənin şiddət olmadığı müddətcə qanuni olduğu fikrində təkid etdilər. Əsas kənd təsərrüfatı məhsullarını boykot etmə strategiyası, şiddət olmadan güc tətbiq etmə meyarlarına uyğun idi. Onlar, 1970-ci illər ərzində üzüm, kahı və Qayo şərabını milli boykot etməyə çağırdılar. Boykot bu məhsullar üçün alıcıları və dolları bazardan çıxarmağı nəzərdə tuturdu və bununla da təsirə məruz qalan sənayeləri işçilərin tələblərini yerinə yetirmədiklərinə görə cəzalandırırdı. Bu, kütləvi insan qruplarını, milli səviyyədə istehlakçıları, təsərrüfat işçilərinin təkcə edə bilməyəcəyi dərəcədə əkinçilik maraqlarına təzyiq etməyi nəzərdə tutan fiziki fəaliyyətə cəlb etmək üçün strategiya olaraq qəbul edildi. Boykot olduqca böyük təsirə malik idi və kollektiv müqavilə hüquqlarını dəstəkləyən 1975-ci ildə Kənd Təsərrüfatı Əmək Münasibətləri Qanununun qəbul edilməsinə kömək etdi. Çavez vəfat etsə də, Huerta UFW-də rəhbər kimi xidmət etməyə davam etdi.

Kinq, Çavez və Huerta, XIX əsrdə Henri Braun adlı Amerikalı tərəfindən yaradıcı şəkildə əsası qoyulan güc ənənəsinin varisləri hesab edilə bilər. 1800-cü illərin əvvəllərində Henri Braun, Virciniya, Luisa Kountidə kölə olaraq anadan olub. 1849-cu ildə köləlikdən özünü ‘poçtlanaraq’ xilas etdi. Sözün əsl mənasında. Sərbəst əyalət olan Pensilvaniyada bir ünvana göndərilməsi nəzərdə tutulmuş sandığın içərisinə girdi. Sandıq daha sonra poçt sistemi vasitəsilə göndərildi. 300 mildən çox məsafəyə və 24 saatdan çox poçtla səyahət edərək, ‘’ sahibinin ‘’ bədəni üzərində mülki əlçatarlığını fiziki olaraq, bir növ zorla rədd etdi. Azadlıq məqsədinə çatmaq üçün zorakı olmayan güc tətbiq etdi.

Yuxarda qeyd olunan tarixi nümunələrə əlavə olaraq, güc, son onilliklərdə beynəlxalq siyasətin digər mühüm hadisələrində əsas yer tutur. Prezident Buşun 11sentyabr hadisələrindən sonra ABŞ-ın terrora qarşı zəifliyini azaltmaq üçün apardığı kampaniyada, Buş administrasiyasının həm Əfqanıstandakı Taliban liderlərinə, həm də İraqdakı Səddam Hüseyn rejiminə qarşı zorakı hərbi güc tətbiq etməsi nümunələri oxuculara ən tanış olan hadisələr arasında olacaq. Digər hallarda, Nigeriya hökmdarı Sani Abaçanın Ken Saro-Vivanı susdurmaq üçün hazırladığı tədbirlərdə olduğu kimi dövlətlər öz vətəndaşlarına qarşı şiddət tətbiq etmişlərdir. Saro-Viva, Nigeriyanın Oqoni xalqı üçün ədalət axtaran aktivist idi. Son illərdə Oqoni, Nigeriya hökumətinin dəstəyi ilə çoxmillətli şirkətlərin ata-baba ərazilərinə torpaq iddiaları səbəbilə neftlə zəngin torpaqlarının çoxu üzərində nəzarəti itirdi. Saro-Viva, Oqoni İnsanlarının Yaşam Mübarizəsi Hərəkatının (MOSOP) Oqoni hüquqları naminə çalışması üçün kömək etdi. Səylərinə görə Nobel Sülh Mükafatı nominasiyası ilə mükafatlandırıldı. İnsan hüquqları qrupları, hökumətin MOSOP-a qarşı olduğunu nəzərə alaraq onun cəsarətini təriflədi, lakin təhlükəsizliyi ilə bağlı qorxularını bildirdi. Qorxuların əbəs olmaması qısa müddət sonra təsdiqləndi. 1995-ci ilin noyabrında hökumət, beynəlxalq insan haqları qruplarının absürd olaraq qınadıqları məhkəmə prosesi ilə mühakimə olunduqdan sonra Saro-Viva və digər fəalları asdı.

Baxmayaraq ki, beynəlxalq tənqidlər zor tətbiqinin ortaya çıxa biləcəyini göstərir, bu kimi güc həyata keçirilməsi, digər güc növləri ilə müqayisədə çox vaxt ucuz olduğu üçün qruplar və ya insanlar üçün cəlbedicidir. Yazıçı Saul D. Alinski izah etdi ki, çox məhdud fondları olan qruplar, nisbətən ucuz və geniş yayılmış mənbələri necə səfərbər edəcəyini bilsələr çox böyük təsirə malik ola bilərlər. Alinskinin özünün şiddət tərəfdarı olmadığını qeyd etmək vacibdir. O, sadəcə hakimiyyətə can atan bir qrupun fiziki vasitələrdən istifadə edərək çox böyük iğtişaşa səbəb olmasının, inandırma, manipulyasiya və ya mübadilə kimi digər güc növlərindən istifadə etməsindən daha ucuz olduğunu bildirən həqiqi bir müşahidəçi idi. Buna nümunə göstərsək, Timoti MakVeigin bir binanı partlatması inandırma yolu ilə fikirlərini dinc şəkildə yaymaq üçün milli media kampaniyası həyata keçirmək daha az maliyyəyə başa gəldi. Alinskinin araşdırdığı iğtişaşlar zorakı olmayan güc nümunələri idi, amma Alinksinin təlimləri həmçinin son illərin bəzi zorakı siyasi hadisələri haqqında məlumat verir. Gücün, hətta zorakı gücün ucuz başa gəldiyini nəzərə alsaq, çoxlarının gözündə əlverişli seçim olaraq qalacaq.

QAYNAQ: Eleny Grisgby- Analyzing Politics
TƏRCÜMƏÇİ: Qələm Məmmədova
HƏMÇİNİN BAX: Güc və onun növləri- I hissə
HƏMÇİNİN BAX: tehsilim.org/ehmed-bey-agaoglunun-heyat-ve-yaradiciligi/