Görünməyəni görünən etmək

Təsəvvür edin ki, payız küləyini bir bilgi kimi götürüb onu alqoritmaya çeviririk və bir sənət əsəri yaradırıq.Ağlasığmaz gəlir elə deyilmi?Xəyalımızda canlanmır ,halbuki necə şairanə bir şeydir.Külək görə bilmədiyimiz ama var olan bir şeydir.Başqa şəkildə görə bilərikmi?Görünməyəni görə bilərikmi?

Xəyal gücü yalnızca rəsmin və ədəbiyyatın yaratma mərkəzində deyil,insanlığın var oluş təməlində də yer alır.Xəyal gücü düşüncəmizlə hüdudlu bir səmanın arxasında olan böyük,gizli bir kainat kimidir.Elə buna görə də xəyal gücü insan düşünməyə başladığı ilk gündən bəri insanlığın təməl sualı və maraq qaynağıdır.İnsanlıq tarixdə heç olmadığı qədər sürətli şəkildə irəliləyir.Bunun siqnallarını son 30 ildi alırıq.Bizi daha çox sarmalıyan  virtual gerçəklik xəyal gücümüzü bəsliyir yoxsa korlaşdır?Bu sirri çözmək üçün elm və ədəbiyyat,texnologiya və incəsənət kimi uc görünən qütbləri bir araya gətirən sənətkar Refik Anadolun xəyalları gerçək edən dünyasından danışacam.

 

Refik Anadol

1985 İstanbulda dünyaya gələn Los Angeles-də yaşayan və çalışan medya sənətkarı(Media-Artist),incəsənət və elmin birləşdiyi nöqtədə gələcəyin rəsmini çəkir.Süni intelektlə(Artificial İntelligence) informasiyanı(data) şairanə bir ifadə şəklinə çevirən Anadol imkansızı zorluyan,görünməyəni görünən qılmaq istiyir.Bəs nədir görəmədiklərimiz?Hislərimiz,xatirələrimiz,zehnimizdə gizli hisslərimiz və bəlkə də hər şeyi mümkün qıla biləcək gücə sahib xəyal gücümüz.Texnologiyanın soyuq dünyasını duyğularımızın istiliyi və canlılığı ilə birləşdirir.Bu təzadlıq tam olaraq həyatın özünü simgəliyir.Texnologiya ilə əlaqəmiz var olduğumuzdan bəri həmişə mövcuddur.Süni intelektdən əvvəl,texnologiyadan əvvəl odu ilk tapdığımızda da bənzər bir şəkildə həyəcanlandıq.Nəticədə də tapdığımız odla yemək bişirə bildik,bişirdiyimiz yeməklə birləşdik.Ama sonra odla silah düzəltdik və o silahla bir birimizdən ayrıldıq.Yəni insan ilə texnologiya əlaqəsi həmişə əks olub.Bizi inkişaf etdirən,birləşdirən və düşündürən ən yaxşı fikirlərdə,bizi ayiran,yox edən ən pis fikirlərdə ortaya çıxdı.

Refik Anadol işlərində işığı,informasiyanı və maşın öyrənməsini(Machine Learning) istifadə edərək 21-ci əsr üçün hekayələr yaradır.Bunu ifadə etmək üçün isə memarlığı yəni binaları,sarayları,divarları bir kətan kimi istifadə edir.İnformasiyalar hər şəkildə qarşımıza çıxa bilir.Bu təkcə görə bildiyimiz şeylər deyil, həm də görə bilmədiyimiz şeylərdir.

Süni intelekt ilk dəfə insanın zəka qabiliyyətinə yeni bir format gətirdi.Allen Turing kimi bir çox dahi mühəndisin xəyalıydı,20-ci əsrin başında bir çox sinir bioloqlarının və mühəndislərin xəyalı olan düşünə bilən kompüterlər çox yeni  fikir deyil.Ama əlimizdəki texnologiyanın sürətlənməsi və informasiya/data deyilən əlimizdəki məlumatın kompüterlər tərəfindən oxunulması yeni bir eranın başlanğıcıdır.Bəs informasiya/data dediyimiz şey nədir.Buna universal olaraq Big Data deyilir.

 

Big Data

Dünyadakı bütün məlumatların bir nöqtədə toplanmasından bəhs edirik big data deyərkən,yəni bütün informasiyaların rəqəmsal(digital)olaraq əl çatan olmasıdır.2000-ci ildə dünyadakı bütün məlumatların sadəcə 20% rəqəmsalmış qalan 80% köhnə üsul ilə kitablarda olan məlumatlardı.2015 etibarı ilə bu 98%  oldu.Datalar çox mücərrəd,abstraktdır.Fərqli oxuna bilər,saxlana bilər yaxud başqa şəhərdə başqa cür ola bilər.Çox böyük informasiya yığını barmaqlarımızın ucundadır.Refik Anadolun elədiyi sənət işlərində dataların yəni informasiyalarin rolu  çox böyükdür.Kommunikasıya nəzəriyyatçısı Marshall McLuhan’ın teoriyaları və 1968-de kainata fırlatdığımız ilk peykdən bəri əslində hər birimizi birbirinə bağlıyan o maşınların tamamının içində olan əlaqə dilidir. Yəni bir maşınının digər bir maşına ya da bir insana məlumat ötürə bilmesi üçün, yani anı çəkə bilməsi üçün informasiyanı hafızəyə yazması lazımdı.Google gündə 20 meqabaytlık, Facebook gündə 1 meqabaytlık informasiya yarada bilir. Sadece son iki ildə, insanlıq tarixinin minlərcə illik informasiyasının tamamına yaxın yaratmışıq. Son iki ildə! Bundan sadəcə iki il daha sonra, 50 milyardan daha çox cihaz internetə bağlanmış olacaq. 50 milyardan çox cihaz demək dünyadakı insan sayısının altı qatı qədər cihaz sayısının online olması demekdir. Bu qorxunc dəyişimin, DNAmızdakı, genlərimizdəki hərəkətləri çox maraqlıdır necə dəyişəcək.

 

Robotlar və Maşın Öyrənməsi(Machine Learning)

Dünyanı ələ keçirəcək ssenarili filmləri artıq 1900-cü illərdən heç robotların mövcud olmadığı illərdən bəri görürük.Bilinən ilk robotlara aid filmolan Metropolis 1927-ci ildə çəkilmişdir.Bu mövzularla çox əvvəlcədən qarşılaşsaqda ancaq robotlar çay dəmləməkdən irəli gedə bilmirlər.Bu mümkün deyil.Əgər siz bir robotdan ya da kompüterdən bir şey etməsini istiyirsizsə bütün addımları ilə bu əmirləri kod şəklində yazmalı, və bunları tətbiq etdirməliyik.Ancaq robotlar bir gün dünyanı ələ keçirəcəksə bunun səbəbi də yenə biz olacıyıq.Çünki komüterlərə öyrənməyi öyrətməyə başladıq.Buna da maşın öyrənməsi(Machine Learning) deyilir.Maşın öyrənməsi kompüterlərə bizim demədiyimiz şeyləri etməyi də öyrədəcək.Kompüterlərə öyrənməyi öyrədirik.Bunu necə eliyirik?Necə öyrənir maşınlar? 2şəkildə.Supervised(kontrollu) ve Unsupervised(kontrolsuz).Supervised- kontrollu öyrənmə yəni kompüterə bir giriş bilgi birdə çıxış məhsulu veririk.Sonunda ondan bu məlumatlardan  bir məna çıxarmasını gözlüyürük.Bunu məsələn puzzle nümunəsi ilə izah edə bilərik.Puzzl-in içərisindən çoxlu parçalar çıxdı.Bu parçalar bizim informasiyamız olsun.Bu məlumatlar tək başına nəsə ifadə etmir.Ama sonra içərisindən bütöv bir mənzərə şəkli çıxır.Bu şəkillə bizdə yeni bir mənzərə şəkli yarada bilərik.O mənzərə şəkli olduğu müddətdə bir problem yoxdu Maşın Öyrənməsində.Bu nümunə onu izah edir k,i Maşın Öyrənməsində kompüterə hər parçanı necə birləştirəcəyini demirik.Ona parçaları yəni məlumatı veririk, mənzərə şəklini də önünə qoyuruq.Buna supervise-kontrollu deyirik çünki kompüterə həm məlumatı veririk həm də onlarla nə edəcəyini deyirik.O da eliyir.Siz sadəcə kompüterə bu məlumatları necə sinifləndirəcəyini öyrədirik.Bunun üçün alqoritma yazırsınız.Hər bir parçanı necə birləşdirəcəyini deməkdən çox daha qısa bir kodla işi bitiririk

Ancaq digər bir öyrənmə şəkli olan unsupervise-kontrolsuzda isə işlər bir az qarışıqdır.Yenə puzzle nümunəsini xatırlıyaq.Bir giriş və bir də çıxış məhsulu varıydı.Yəni parçalar məlumat,çıxış son məhsul isə puzzl-ın son birləşdirilmiş halıydı.O mənzərə şəkli isə bizə verilən təlimatdır.Kontrolsuz öyrənmədə son məhsul yoxdu yəni parçalar var ancaq mənzərə şəkilli puzzle yoxdu.Bəs biz o parçaları birləşdirib o mənzərə şəklini almalıydıq.Bəs nə var ?Heç nə sadəcə məlumatlar var yəni parçalar.Ama elə belə deyil.Trilyonlarca,sonsuz informasiyalar.Bəs burda olan məsələ nədi?İndiki halı ilə sadəcə sinifləndirmə.Burda konrolsuz maşın öyrənməsi bu informasiyalarla nə edəcəyimizə dair ilk addımdı əslində.İndiki halda etdiyi isə bu məlumatları sinifləndirməkdi.Bəzən bizimdə koməyimiz ilə.Məsələn “Mən robot deyiləm” təsdiqləmək üçün gələn suala da bəzən web saytlar son vaxtlarda  diqqət etmisinizsə şəkildəki maşınları ya da isıqforları tapın deyə bir tapmaca şəkilli bir şeylər qarşımıza çıxarır.Bu halda siz maşın öyrənməsinə burda kömək edirsiniz.Ama niyə işıqforlar və maşınlar sizcə?Niyə yollar,körpülər soruşulur davamlı?Sürücüsüz maşınlar üçün.Gələcəkdə yollarda görəcəyimiz sürücüsüz maşınlara məlumatlar hazirliyiriq indi.Bunları sinifləndiririk.Gələcəkdə bu maşınlar bu məlumatlardan istifadə edəcək.Kontrolsuz öyrənmənin ən yaxşı nümunələrindəndir əslində.Verə biləcəyim daha yığınla örnək var.Bunlardan bir çoxunu Google vasitəsi ilə günlük həyatımızda istifadə edirik.Google şəkil albomlarına baxsanız görərsiz ki bütün şəkillər sinifləndirilib:eyni üz,eyni adam şəkilləri,heyvan şəkilləri və s.

İndi isə maşın öyrənməsinin qısa tarixi haqda danışacam.1950 illərinə qədər Rozenblatın Perception-idrak  qavramı ilə ortaya çıxdı.2010 ilinə qədər gizli-gizli ilərləyib.Xüsusi ilə bankların çek oxumasında rəqəmləri oxuması üçün istifadə etdikləri tonlarca alqoritma mövcuddur.Ama qəribə bir şəkildə 2015-ci ilin İyul ayında Googl-un Deep Dreaming-Dərin Yuxu kimi bir alqoritması internetdə link kimi paylaşıldı səhvən.Bir qrup insan labaratoriyalarında inkişaf etdirdikləri bu layihəni səhvən bir dostuyla paylaşma sırasında digər insanlara da açıq qoyaraq əl-çatan edir.Qrup onsuzda bunu açıq qaynaqlı paylaşacaqlarını deyirdi ama bu qədər sürətli yayılacağını düşünməmişdilər.Nəticə də o dövrlərdə süni intelekt hər kəsin ağlında olan bir mövzudu amma rahatca əlçatan bir təcrübə deyildi.Sonra bu qrup qərar verillər və bu kod şəklində olan alqoritmanı xalqa açıq bir şəkildə paylaşıllar.Və əlbəttə 1 gün sonra hər kəs eyni şəkil və simbolları ortaya çıxarmağı öyrənillər.Deep dreaming-Dərin yuxu adlı bu süni intellektin bəlli bir qrup simbolla yaratdığı bu şəkillərdə fərqli formalarda heyvanlar görürük daha çox.Meymunlar,itlər,pişiklər,quşlarla təxmini 35000-4000 ədəd simbolla süni intellekti öyrədir və aradakı modelləri göstərməsi üçün də başqa bir simbol yüklüyərək o şəkli xəyal etməsini təmin edir.Və bundan dərhal sonra ortaya maraqlı bir şey çıxır.Rəsmi olaraq 2011-ci ildə yəni 1 il sonra sadəcə 1 həftə içərisində texnoloji alətləri satın alma %-i  5 gün içində bir anda dəyişir.Yəni artıq Süni intellekt böyük divlərin əlində olan önəmli bir şey deyil,çox yeni koda başlıyan insanların belə çox sadə bir şəkildə əlində dönməyə başlıyır.Bu rəqəmsal bir inqilabdır əslində.Yəni artıq heç bir qürumun xüsusiliyi qalmamağa başlıyır böyük divlər dünyasında.Bu böyük bir qorxuyla bərabər,hüdudsuz bir yaradıcılıqda gətirməyə başlıyır.

Texnolojik alətlər sayəsində beyinlərimiz şəffaflaşırsa azadlıq tam olaraq nə mənaya gələcək?

Caltech-də yəni Kaliforniyada dahiyanə insanların çalışdığı bir sinir   labarotoriyası tərəfindən paylaşılan araşdırmaya görə bir insanın düşüncələrinə  özündən belə əvvəl (təxmini 11 saniyə qədər) çatıla bilir. Əslində ağlımız şüurumuzdan hər zaman daha öndə. Məsələn indi bura  yazmaq istədiklərim onsuzda yazmadan öncə ağlımda olan gerçəkliklər. Tək önəmli olan şey isə birilərinin bunu hərəkətə keçirdiyi gerçəyi. Bütün bu məlumatlarla  əlaqəli olan əsas hekayə budur: Görəsən biz nə qədər tez bu 11 saniyənin hakimi olacağıq. O araya bir maşın girməyə çalıştığı sırada problemler doğacaqdır.

 

Refik Anadol və işləri

Refik Anadol öz  yaradıcılığında informasiya(data) ilə işləyir artıq 10 ilə yaxındır.Çünki o inanır ki, bu informasiyalar bir dil olaraq bizdən gizli maşınların öz aralarında qurmuş olduqları bir gerçəklik şəklində mövcuddur.Və bu gizli gerçəkliyi kəşf etmək üçün incəsənət bir vasitə olaraq istifadə edilə bilər.Süni intellektin ən böyük müsbət tərəfi bu informasiyaya bir məna qatır.İşlərində olan Arxiv Röyası,Əriyən Xatirələr,və Walt Disney layihəsi süni intellektin işləndiyi ilk layihələrdi.Onun dediyinə görə bir sənətkar olaraq necə bir rəssam öz piqmentlərini,rəng çalarlarını tapmaq üçün rəngdən-rəngə,fikirdən-fikrə dolaşırsa oda ilk dəfə elektronik maşınların şüuruyla rəsm edə bilir və bu çox həyəcanlıdır.

Əriyən Xatirələr əsəri ən ağlasığmaz əsərlərdən biridir.İnsan şüurunun hüdudsuz olduğunu göstrərən əsərlərdən olan bu əsəri həm də adından da göründüyü kimi insan beynində olan gizli,bastırılmış,sevincli,kədərli bir çox xatirələri əks etdirir.Bunu yaratmaq üşün o həm də  insanın sinirləri ilə məşqul olan insanlarla işləyib yəni neyroloqlarla.Bildiyimiz kimi neyronlar insanların ən kiçik sinir hüceyrəsidir.Onlar birləşərək böyük bir şəbəkə yaradıllar və buunla bütün xatirələr,düşüncələr daşınır.Refik’in söylədiyinə görə Kaliforniya Üniversiteti neyroloji laboratoriyaları uzun zamandır beyin dalğalarını informasiya(dataya) dönüştürmə və bunu analiz etmək üzerində çalışmalar başlatmağı hədəfliyirmiş. Ancaq insanların beyin dalğalarını asanlıqla alıb xalqa açıq olaraq istifadə etmək mümkün deyilmiş. Bu səbəblə Kaliforniya Üniversitetində insanların xatirələri isimsiz olaraq toplanmış ve sadəcə üniversitet içində, izin alınaraq istifadə edilə bilən hala gəlmişdir. Refik Anadol da bu informasiyanı istifadə edərək  insanların xoşbəxt, hüznlü,  kədərli və daha bir çox müxtəlif xatirələrini alır və səs dalğalarını  maşın öyrənməylə birləşdirərək  görüntülüyür. Buradakı ən həssas nöqtələrdən  birisi isə EEG dalğalarına bağlı olaraq xatirələrin gücü əsərin görüntüsü də  çeşidlənir.EEG aparatı insan beyindəki dalğaları müəyyən edən aparatlardan biridir.

Digər işlərindən olan Machine Hallucination-Maşın Halüsinasiyası  əsrində isə məqsəd elektronik maşınların yuxu və xəyal görmə bacarığını yaratmaq idi.Bu layihədə Anadol Google ilə çalışmağa davam edirdi.New Yorka aid 300 milyondan çox simbol və şəkillər yüklənib.İnstagram,Facebook,Twitter ağlınıza gələ biləcək bütün məcralar və şəhər kitabxanasından ucsuz-bucaqsız bir arxiv çıxarıldı və əlimizdəki informasiyalar ilə gələcəyin məkanını xəyal etməyə çalışır.21-ci əsrdə şəhərlərin yuxularını görə bildiyi,şəhərin özünü bir daha yenidən yarada bildiyi,yaxın gələcək bənzətməsini dizayn edən bir məkan xəyal edir.

Refik Anadol NASA ilə etdiyi iş birliyi ilə Marsda çəkilən 500 min şəkli istifadə edərək maşınların halüsinasyası və yaradacağı informasiya  heykəli üzərində çalışır.Refik Anadol   kainatı və boşluğu bir elektronik maşınınn görüşü, ağlı üzərindən kəşf edir. NASA-nın  Laboratoriyası ilə birlikdə  çalışan Refik Anadol,elmi  təcrübələrdə yüksək keyfiyyətli fotoaparat kamerası  HiRISE‘ın Mars kəşf  proqramında çəktiyi təxmini 500 min şəkli yeni informasiya seti olaraq istifadə edir.Marsın bu günə qədər çəkilən bütün şəkilləri, Aya eniş macərasının arxivi, Hubble teleskopunun informasıyaları və s. GAN adlı xüsusi alqoritmanı istifadə edərək informasiya  qrupunu maşınnın girişinə buraxan Anadol, bu zaman ilə maşının gördüyü halüsinasiya ilə birlikdə bir informasiya heykəli çıxaracaq.

İncəsənət insanoğlunun xəyal qura bilmə gücüdür. İnsanoğlu olaraq xəyal qurma qabiliyyətimiz nə qədər inkişaf etsə, edilən sənətin də bu qədər anlamlı olduğunu düşünürəm. İncəsənt elit bir yanaşma deyil, hər yaşdan , hər cinsiyətdən  olan insanın bir şəkildə ruhuna toxuna bilmə ehtimalıdır.Belə düşündüyümdə əslində istər istəməz elm kimi insanlığı əhatə edən suallarımıza cavab tapma ehtimalı olan bir hadisənin üzərinə getmənin doğru olduğunu düşündüm.Bu  bizi birləşdirən bir nöqtə, eyni yerə baxmağımızı təmin edən ortaq bir güc kimi hiss edirəm və bunun vasitəsi ilə əslində bizləri ayıran deyil, fərqliliklərə deyil, bənzərliklərə fokuslana bildiyimiz zaman bəlkə daha sürətli bir yerə gedə bilməyi, problemləri həll edə bilməyi, yox etdiyimiz təbitəti ya da düşünə bilmədiyimiz bir çox problemi həll edə bilmə  ehtimalımızın o optimist gerçəklikdə olduğunu düşünürəm. Onun üçün də incəsənətin bəlkə də ilham verə bilmə, oyandıra bilmə ehtimalının gücünü istifadə edə biləcəyimiz bir yaxın gələcək xəyal edirəm.

 

İSTINADLAR

  1. http://refikanadol.com
  2. https://www.alem.com.tr/roportajlar/refik-anadol-ile-sanat-ve-yapay-zeka-uzerine-936327
  3. https://www.dataversity.net/a-brief-history-of-machine-learning/#
  4. https://www.youtube.com/watch?v=NejoZ1o89Cs&list=PLdbeYAM5mGiS0AoQQsOKyRow-PEUSKFxE
  5. https://proente.com/makine-ogrenimi-nedir/
  6. https://www.davisart.com/blogs/schoolarts-room/what-is-media-art/YAZAR: Xanım Səbi