“Goranboyda otla dolu yük avtomobili yanıb”
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində baş verib. Yuk maşının qoşqusuna yığılan ot bağlamaları qəfil alışıb.
Hadisə yerinə FHN-nin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb.
Hadisə zamanı Bakı-Qazax avtomagistralında tıxac yaranıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Müxbir: kafkazh.com
Xüsusi müxbir: Şəbnəm Heydərli
Mənbə:Qafqazinfo