Göbələklər

Tarix boyu bir çox inanclarda göbələklərin müqəddəs və xəstəliklərin dərmanı olduğu düşünülmüşdür.Bunun səbəbi göbələklərin bitikilərdən tamamilə fərqlənməsi idi.Hətta göbələklər əvvəllər bitkilər aləminə daxil edilirdi lakin,daha sonralar fərqli özəllikləri olduğu  üçün fərqli bir aləm olaraq şəkilləndirilir.Hal-hazırda göbələkləri öyrənən elm Mikologiya adlanır( yun.”mikes”-göbələk, “logos”-elm deməkdir.)

*Göbələklər hetetrof qidalanır,xloroplastları yoxdur

*Göbələklərdə hüceyrə divarı xitin və qlükondan ibarətdir.

*Kök gövdə və yarpaq kimi orqanları yoxdur.

*Göbələklər aləminin saprofit və parazit yaşayış növü mövcuddur.Mikoriza isə göbələk mitselisinin ali bitki kökləri ilə simbioz yaşamasıdır.

*Sporla çoxalırlar

*Təkhüceyrəli və çoxhüceyrəli növləri vardır.

*Göbələklər mitseli adlanan ağ tellərdən ibarətdir.İbtidai göbələklərin mitselisi birhüceyrəli ,ali göbələklərin mitselisi isə çoxhüceyrəlidir.

Göbələklər  kökləri ,gövdələri ,yarpaqları ,çiçəkləri və xlorofili olmayan eukariotik hetetrofik birhüceyrəli və çoxhüceyrəli orqanizmlərdir.Xlorofilin olmaması səbəbindən fotosintez prosesi getmir onlarda.Prokariotlardan  çoxhüceyrəli və böyük çoxalma tərzinə,həyat dövrünə,nüvənin ətrafında bir membranın olması,çoxlu xromosoma sahib olması və s. görə fərqlənir.Göbələklər təbiətdə çox yayqın (torpaq və su) həyat sürür.Onların əksəriyyəti saprofit həyat tərzi keçirir.Zəruri qida maddələrin cansız materiallardan və sadə üzvi maddələrdən alırlar.Bəzi göbələklər isə insanların ,balıqların, bitkilərin ,yosunların ,böcəklərin və s. üstündə parazit həyat tərzi keçirir.Bu günə qədər 110000-dən çox növ göbələk müəyyən edilmişdir və bəzilərinin xüsusiyyətləri hələ tam izah edilməmişdir.Belə böyük və müxtəlif növün xüsusiyyətlərini ətraflı şəkildə müəyyənləşdirmək çox çətin və vaxt aparması təbiidir.Əslində bəzilərinin biokimyəvi,sitoloji,fizioloji və genetik xüsusiyyətləri hələdə tam aydınlaşdırılmır.Göbələkləri təsnif edərkən onların makroskopik və mikroskopik  morfologiyası, miselyal xüsusiyyətləri ,sporları,sporulasiya və sporangim formaları,həyat dövrləri,çoxalma tərzi və digər vacib amillər nəzərə alınır.

Papaqlı göbələklər:

Papaqlı  göbələklərin yerüstü cismi meyvə adlanır.Əksər göbələklərdə yesütü cisim papaq və kötükcükdən ibarətdir.

Papaqlı göbələklər də özləri 2 yerə bölünür:yeməli və zəhərli göbələklər

Yeməli göbələklərə sarı-qırmızı göbələk,tülküqulağı göbələyi,yağlı göbələk ,ağ göbələk,şampiyon göbələyi,qırmızıbaş göbələyi,tozağacı göbələyi aiddir.

Zəhərli göbələklərə isə yalançı tülküqulağı,solğun əzvay,yalançı tülküqulağı,milçəkqıran göbələyi aiddir.

1.Parazit göbələklər-Göbələklər hər cür mühitdə yaşamağa uyğunlaşıblar.Göbələklərin böyük bir qismi parazit həyat tərzi keçirir.Belə göbələklərdən biridə Qov göbələyidir.Qov göbələyi ağacın oduncağı üzərində bitir,onun kökləri ağacın daxili özəyinə doğru yönəlir.O ağacın daxilindəki şirəni soraraq onun qurumasına səbəb olur.Göbələyin alt hissəsində sporangilər yerləşir.O tumurcuqlanaraq ağacın bütün ətrafın bürüyür və nəticədə ağacın gövdəsinin sınmasına gətirib çıxarır.Bu parazit daha çox çılpaqtoxumlu bitkilərdə olur.Ümumilikdə parazit göbələklərə aiddir:

*Qov göbələyi

*Plazmapola-Vitukola

*Sürmə

*Kartof göbələyi

*Çovdar mahmızı

*Pas göbələyi

*Dəri göbələyi                           

2 Simbiotik göbələklər-Təbiətdə parazit göbələklərdən başqa simbioz həyat sürən göbələklərdə vardır.Bu göbələklər adətən aid olduqları ağacın yanında bitir və onunla şərikli həyat keçirir. Məsələn, palıd ağacının yanında palıd ağacı göbələyi, çinar ağacının yanında çinar ağacı göbələyi, şam ağacının yanında yağlı göbələk, küknar ağacının yanında sarı göbələk və s. tapmaq olar. Bu göbələklər bitki tərəfindən çətin mənimsənilən humus maddəsini mənimsəməyə kömək edir, əldə etdikləri mineralları ağaca, ağac isə öz növbəsində göbələyə lazimi üzvi maddəni, oksigeni azotsuz birləşmələri kök vasitəsilə ötürür. Simbiotik göbələklərə mikoriza misal ola bilər. Mikoriza-göbələk tellərinin ali bitkilərin kökləri ilə birləşməsidir. Bu hadisə 1971-ci ildə F. M. Kamenski tərəfindən aşkar olunub.

3.Saprofit göbələklər

Göbələklərin 3/4 hissəsi saprotrofdu. Bunlara aşağıdakılar aiddir.

*Papaqlı göbələklər

*Pensil göbələyi

*Kif göbələyi

*Maya göbələyi

Göbələyin faydası

 Göbələklər zülal və karbohidratlarla, aminturşularla, B, S, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir. Lakin göbələkdə yağlar az olduğu üçün onlar azkalorili qida sayılır və arıqlamaq məqsədilə pəhriz saxlayanlar göbələkdən istifadə edə bilərlər. Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir. Ateroskleroz, piylənmə, diabet, hipertoniya və s. xəstəliklərinin profilaktikası üçün göbələklərdən istifadə edilməsi yaxşı effekt verir. Sink və B qrupu vitaminlərlə zəngin olduğu üçün göbələklər fiziki və əgli yorğunluq, stress, gərginlik zamanı insan orqanizminə çox yaxşı kömək edir. Bundan əlavə göbələklər xüsusi maddələr — antioksidantlarla olduqca zəngindir. Bu maddələr onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək edir. Göbələklərin rasiona daxil olması immunitetin yaxşılaşmasına, orqanizmin möhkəmləndirilməsinə kömək edir.

Bütün bu faydalı xüsusiyyətlərlə bərabər, göbələklər kifayət qədər çətin həzm olunur və bu səbəbdən 3 yaşına çatmamış uşaqlara göbələkdən hazırlanmış yeməkləri vermək olmaz.

Çoxalması

1.Vegetativ-mitselinin bir hissəsi ilə gedir.

2.Qeyri-cinsi-spor və zoospor vasitəsilə gedir.

3.Cinsi-İzo, hetero və ooqomiya usulları ilə çoxalırlar.

YAZAR: Əsədzadə Mahizər

Həmçinin bax: https://kafkazh.com/seleksiyanin-vezifeleri-suni-secme/