Glendale Independent” qəzeti Azərbaycana qarşı erməni təcavüzündən yazır
“
Amerikada çıxan “Glendale Independent” qəzetində “Biz Azərbaycanın işğalına qarşı çıxış etməliyik” sərlövhəli məqalə dərc edilib.
Ordu.az xəbər verir ki, məqalədə iyulun 12-də Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycanın Tovuz rayonundakı mövqelərinin erməni ordusu tərəfindən artilleriya atəşinə tutulmasından yazılır. Qeyd olunur ki, ermənilərin hücumunun dəf edilməsinə baxmayaraq, Azərbaycan tərəfi hərbi qulluqçular arasında itki verib.
Müəllif vurğulayır ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin Ermənistan Azərbaycan ərazilərinin xeyli hissəsini hələ də işğal altında saxlamaqda davam edir.
Məqalənin sonunda vurğulanır ki, bu, ABŞ-ın Qafqazda milli maraqlarına qarşı məqsədyönlü təcavüz aktıdır.
Məqalə ermənilərin Azərbaycan ordusunun Tovuz rayonundakı mövqelərini ələ keçirmək cəhdi və bütövlükdə Azərbaycana qarşı erməni təcavüzü barədə ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətini məlumatlandırma kampaniyası nəticəsində dərc edilib.
Mənbə:Ordu.az
Müxbir:Aytac Cəfərova