Geridə qalan qaranlıq

      Göz açaraq başladığımız və yumaraq bitirdiyimiz bu həyat hamı üçün eyni yaşam hazırlamır. Kimisi dünyaya varlı ve ya kasıb olaraq, kimisi isə normal insanlardan fərqlənən cəhətlərlə gəlir. Bəziləri istədiyi kimi yaşayaraq , qalanları isə həyata doyamadan bu dünyanı tərk edir.

      Biz insanlar doğuldumuz andan bəri arzularımızın, xəyallarımızın, qısacası, istəklərimizin arxasınca getmişik. Lakin hamımız buna nail ola bilməmişik. Bu da hədəflərimizə olan duyğu və hisslərimizi dəyişib. Kimilərinə yaxşı, kimilərinə pis təsir göstərən bu duyğular onları müxtəlif addımlara vadar etmişdir. Probemlerin , xəyal qırıqlıqlarının və s. lərin mənə pis(bəlkədə yaxşı) təsiri nəticəsində çoxunuzun, əslində hər kəsin ağlından keçənləri sətirlər şəklində yazmağım oldu. Və siz indi mənim içimdən gələrək yazdığım sətirləri oxuyursunuz. Məncə bunlar mənə pis yox, bəlkədə parlaq bir gələcək qurmaq üçün bir fürsət yaratdı. Deməli həyatda yaşananların yaxşı olmaması, gələcəyin təsəvvür belə edə bilmədiyimiz şəkildə gözəl olmasından xəbər verir. Əgər istədiyiniz həyat qarşınıza çıxmayıbsa, bilin ki, Allah sizə sizin istədiyinizi layiq bilməyərək başqa bir gələcək hazırlamışdır. Bəzən qurduğumuz xəyallar gerçəkləşməyə bilər. Çoxumuz ya həyatdan küsərik, ya da hər şeyi yarıda qoyub gedərik. Dünyanın bu cür insanlarla dolu olması insanı həqiqətən kədərləndirir. Amma biz onlara bənzəyib onlar kimi olmayaq. Özümüzü məhdudlaşdırmayaq. Həyat qısa arzular sonsuz. Nece istəyirsiniz elədə yaşayın, kiminlə istəyirsiz onunla yaşayın. Və unutmayın xəyallarınızı gerçəkləşdirmək üçün sizə mane deyil “Geridə Qalan Qaranlıq”.

YAZAR: Melissa Kılınç