Genlərin cinsiyyətlə ilişikli irsiliyi

Morqanın əməkdaşı Bridces ağgöz drozofil xətti üzərində apardığı resiprok çarpazlaşdırmanın birində ağgözlülük əlamətini öyrəndiyimiz kimi yalnız erkəklərdə deyil, həm də çox az miqdarda (0,1 – 0,001%) dişilərdə də göründüyünü müşahidə etmişdir. Bu müstəsna hal ilk baxışda öyrəniləngenlərin cinsiyyət xromosomları ilə nəslə keçməsi nəzəriyyəsini inkar edir. Lakin təcrübəni diqqətləizlədikdə bu fakt həmin nəzəriyyəni inkar deyil, əksinə, bir daha təsdiq etmiş olur. Bu müstəsna hal necə ola bilər? Bəzən meyoz prosesində iki X xromosomu öz ucları ilə birləşərək qütblərə birgə XX keçir. Nəticədə bu cür qamet bir X əvəzinə XX daşımalı olur. Hadisəni əyani olaraq təsəvvürəgətirmək üçün aşağıdakı şəkillər diqqətlə gözdən keçirilməlidir.
Təcrübə üçün dişi ağgöz milçəkləri normal qırmızıgöz W erkəklə çarpazlaşdırmışlar. Ağgöz dişi milçək normal halda ancaq üzərində ağgözlülük geni daşıyan W bir tip qamet hazırlamalıdır. Lakin bu dəfə meyoz prosesində X xromosomlarının bəzən ayrılmaması nəticəsində qeyd etdiyimiz diş eyni zamanda üç tip qamet hazırlanmışdır: 1 – normal X-xromosomu daşıyan, 2 – iki bitişik X-(XX) daşıyan, 3 – X xromosomu olmayan qametlər. Bu üç tip yumurta hüceyrəsi qırmızıgöz erkək milçəklərin əmələ gətirdiyi iki tip spermatozoidlər ilə (birinin X-xromosomunda normal allel – W digərində isə allel olmayan Y- xromosom) mayalandıqda 6 kombinasiya əmələ gəlir.
Yumurta hüceyrələrindən birində hər iki X xromosom saxlanıldıqda onun xromosom yığımı w+w olduğu halda, digər yumurta hüceyrəsi cinsiyyət xromosomundan məhrum olur.

Cinsiyyət xromosomuolmayan yumurta hüceyrəsi ilə spermatozoidin (X və ya Y xromosomu) mayalanması baş verdikdə ağgöz dişilər və qırmızıgöz erkəklər meydana çıxa bilər. Bu kombinasiyalar içərisində üç X-xromosomu (XXX) daşıyan dişi fərdlərin, bir Y-xromosomu daşıyan fərdlərin yaşama qabiliyyəti aşağı enir, məhv olur. Yalnız bir X xromosomu daşıyan və Y-xromosomundan məhrum olan kombinasiya (XO) erkək orqanizm kimi formalaşırsa da, lakin dölsüz olur. Yuxarıdakı təcrübənin nəticəsinə görə xromosomların aralanmaması şəraitində ağgözlülük və qırmızıgözlülük allellərinin həqiqətən də X-xromosomu ilə ilişikli irsiliyi bir daha təsdiq olunur. Xromosomların aralanmaması hadisəsi yalnız ovogenez prosesində deyil, həm də spermatogenez də baş verə bilər.

Cinsiyyətin formalaşmasında X və Y xromosomlarının rolu. Bu mövzuda indiyə şərh etdiyimiz materiallarda X xromosomunun cinsiyyətin təyinində müəyyən rol oynadığını gördük. Müəyyən edildi ki, dişi cinsiyyətin (♀ A+XX) təşəkkülündə iki X-xromosomunun mövcud olması şərtidir. Erkək cinsiyyətdə (♂ A+XY) isə yalnız bir X – xromosomu iştirak edir. Hətta xromosomların aralanmaması hadisəsinin nəticəsi olaraq Y-xromosomu iştirak etməyib, yalnız bir X-xromosoma malik kombinasiyalar (XO) erkək fərd kimi təşəkkül edir. Hətta drozofildə iki X-xromosomuna malik ziqota əlavə olaraq bir və ya bir neçə Y-xromosomu düşsə belə yenə də o, dişi cinsiyyət kimi formalaşmış olur.

Cinsiyyətin formalaşmasına görə drozofil tipinə (♀ A+XX; ♂ A+XY) mənsub olan insanlardaaralanmaması nəticəsində cinsiyyət xromosomlarına görə müxtəlif tərkibdə qametlər əmələ gəlir. Belə qametlərin mayalanması sayəsində XX, XXX kombinasiyalı qadın cinsiyyəti təşəkkül edir,lakin X-xromosomu normadan (XX) nə qədər artıq olsa da, ziqotaya bir və ya bir neçə Y-xromosomu düşdükdə, XXY, XXXY, XXXXY o kişi fərdi kimi formalaşır. Buradan belə anlaşılır ki, bəzi hallarda cinsiyyətin təşəkkülündə Y-xromosomu da müəyyən rol oynayır. Bitkilər aləmində də cinsiyyətin formalaşmasında Y-xromosomunun əhəmiyyətini göstərən misallar vardır. Quzuotu (mürgotu) Melandrium album bitkisində diploid xromosom sayı 2n=24-dür. Bunlardan ikisi XY cinsiyyət xromosomlarıdır. Maraqlıdır ki, bu bitkidə Y-xromosomu X-xromosomundan iridir. Cinsiyyətin əmələ gəlməsində xromosomların rolunu kinandromorfizm bir daha sübut edir.

 

YAZAR: Rüstəmli Ləman

 

Həmçinin bax: https://kafkazh.com/krossinqoverin-sitoloji-subutu/

Həmçinin bax: https://turaz.org/sovket-mirziyoyev-angela-merkelle-onlayn-gorus-kecirecek/