Gəncədə yanacaq doldurma məntəqəsində partlayış baş verib
FHN Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən hadisə ilə bağlı növbəti açıqlamasını yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhərinin Kəpəz rayonunda “LUKOİL” yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 50 ton olan yeraltı yanacaq çəninin içərisində 7,2 ton yanacaq (benzin) yanıb. Yaxınlıqda olan 1 ədəd 50 tonluq və 3 ədəd 25 tonluq yanacaq (benzin və dizel) çəni yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
QAYNAQ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliy. APA
XƏBƏRÇİ: Kafkazh.com xüsusi müxbiri Şəbnəm İbrahimli